Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Müxtəlif vəsiyyətlər
Ey oğul, (Allah səni hər xeyirə nail və bütün şərdən uzaq etsin) sənə tövsiyə edirəm ki, heç vaxt dünya məhəbbətinə qəlbində yer verməyəsən. Çünki dünya məhəbbəti acı zəhər kimidir və dərmanı olmayan bir dərddir. Səni atəşə çəkər və Allahın lütfündən uzaq salar. Dünya məhəbbətini ürəkdən çıxarmaq üçün bu haqda düşünməlisən ki, əgər bu iş bəyənilsəydi onu hamıdan qabaq əql sahibləri (peyğəmbərlər) özləri üçün seçərdilər, insanın yırtıcıdan qorxub qaçdığı kimi ondan qaçmazdılar, və bu qədər bu barədə təkidlə vəsiyyətlər etməzdilər. Mütəal Allah dünya məhəbbətini əksər ayələrdə məzəmmət etmişdir və bu ayələr hədislərdə açıqlanmış və təfsir edilmişdir. Məsələn, Allah kafirlərin barəsində buyurdu: Dünya həyatı kafirlərin gözündə zinətləndirilmişdir” yəni dünya onların gözünə gözəl görünər, onun məhəbbəti ürəklərində yer salar və özlərini dünyadan ötrü həlakətə salarlar. Möminlərin yoxsullarını, acizlərini məsxərə edib, gülərlər. Lakin möminlərin təqvaları qiyamətdə onlardan (kafirlərdən) yuxarı və yüksəkdədirlər (illiyyin təbəqəsindədirlər) kafirlər isə alçaqda (siccində) və peşmanlıqdadırlar.
Dünyanı məzəmmət edən hədislərimiz lap çoxdur və bizi onun məhəbbətindən çox ehtiyatlı olmağa dəvət edir. Hətta hədisdə var ki, dünya məhəbbəti axirəti insana unutdurar. Dünyanı sevənin axirətinə, axirət ardınca olanın isə dünyasına zərər dəyər. Sən bax gör bu iki zərərin hansı biri azdırsa onunla razılaş və qəbul et. Bu iki zərər heç vaxt bir yerə yığışmaz.
Bunlar şərq ilə qərb kimidir ki, birinə nə qədər yaxınlaşarsansa o, birindən bir o qədər uzaq olarsan. Yaxud od ilə su kimidir ki, bir yerə yığışa bilməzlər. Çünki dünyanı sevmək axirətə, Quran və hədislərdə buyrulanlara yəqinin olmadığını aşkar edir. Dünyanın axirətə zid olduğu bəlli olduqdan sonra onu sevmək əqlə müvafiq deyil.
Oğul, dünyanın haramını axirətdə əzabından qorxaraq şübhə doğuran şeylərin (bilmirsən halaldır ya haram) peşmanlıq çəkməmək üçün, hətta halalının belə hesabından uzaq olmaq üçün zahidcəsinə onlardan vaz keç. Lakin şəriətin buyurduqları evlənmə kimi hökmlərə riayət olunmalıdır. Dünyada, sənə ayrılmış ruzi və lazımi qədər geyimlə razılaş və ona qane ol, məqsədin axirət olsun. Əgər dünyada zahid olub özünü onun əsarətindən azad edə bildinsə bu dünyada rahat olub, axirətdə onun ləzzətini duyarsan. Zahidlik tam şəkildə yemək, içmək və geyimin qarşısını almaq deyil, zahidlik qənaətlə yaşamaq, həddini aşmamaq, imkanlı vaxt israfçılığa yol verməməkdir. İmam Sadiq əleyhissalam buyurmuşdur: “Zahidlik əldə olan malı zay edib, halalı haram bilmək deyil, zahidlik budur ki, əlində olan dünya nemətlərinə Allah yanında olan nemətlərdən çox bel bağlamayasan”.
Həmçinin Əli əleyhissalam buyurmuşdur: “Zahidlik arzularla yaşamamaq, hər bir nemətə şükür etmək və Allahın bütün haram etdiyi şeylərdən qorxub, çəkinməkdir”.
Oğul, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak əhli-beytinə əleyhissalam təvəssül etmək ən mühüm məsələlərdən biridir. Mən bütün hədislərə diqqətlə nəzər salıb görmüşəm ki, Allah heç bir peyğəmbərin hər hansı bir kiçik səhvinə görə Peyğəmbərimiz və onun əhli-beytinə təvəssül etmədən tövbəsini qəbul etməyibdir.
Hədislərdə var ki, Mütəal Allah Adəm peyğəmbəri yaratmaqla Həzrət Məhəmməd və onun Əhli-beytinin ruhlarını ərşin zirvəsindən Adəmin sülbünə köçürdü. Deməli Allahın, mələklərə Adəmə səcdə etməyini əmr etməsi elə onlara xatir imiş. Mələklərin səcdəsi də Allaha ibadət və bəndəliyi, Peyğəmbər və onun Əhli-beytinə olan təzimi (böyük tutmaq) və Adəmə olan itaəti göstərir. Mütəal Allah Adəmin onların kimliyi haqda soruşduqda ona belə buyurdu: “Bunlar Mənim məxluqatımın ən seçilmiş kəramətli bəndələridir, onlara görə nemətimi alaram və verərəm, onlara görə cəzalandıraram və savab verərəm. Ey Adəm, onlara təvəssül et, hər vaxt sənə böyük bir müsibət üz versə onları mənim yanımda şəfaətçi bil. (de: İlahi, onların xatirinə mənə bu müsibətdən nicat ver) Mən özümə and içmişəm ki, onlara ümid edib gələni heç vaxt peşman etmərəm (istədiyini verərəm), onlara təvəssül edib məndən hacət istəyən kimsəni əli boş geri qaytarmaram”. Adəm də öz xətasından sonra onlara təvəssül edib, Allaha yalvardı və Mütəal Allah da onun tövbəsini qəbul edib, xətasını bağışladı. Adəmdən sonra Yəqub, Yusif və başqaları
Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beytinə təvəssül etməyincə nicat tapmayıblar. Oğul, imkan dairəsində hər gün İmam Hüseyn əleyhissalama əza saxla və məclisinin xərcini də öz imkanına uyğun nəzərdə tut. Əgər imkanın yoxdursa heç olmasa əhli-əyalını gündə bir dəfə cəm edib, onlara əza kitabından mərsiyə oxumaqla kifayətlən. Çünki İmam Hüseyn əleyhissalam Allahın əziz bəndəsidir ki, ona itaətdə misilsiz bir dərəcəyə çatmışdır, öz canı, malı, ailəsi və bütün əshabını Allahın yolunda qurban vermişdir. Ona təvəssül etməklə insan hər iki dünyanın xeyrinə və səadətinə nail olar.
Oğul, gündə bir dəfə İmam Hüseyni (duası ilə uzaqdan) ziyarət et, ayda bir dəfə Həzrətin ziyarətinə get və əgər imkanın yoxdursa yaxşı olar “yeddi mərhələ”nin birində, əgər uzaq şəhərlərin birindəsənsə ildə bir dəfə gedəsən
Hər kəs hədisləri diqqətlə nəzərdən keçirə və dediklərimə düzgün əməl edib gördüyüm təsirləri o da görərsə heç vaxt mənim sənə dediklərimi əldən buraxmaz. Mən o Həzrətin ziyarəti və ona əza məclisləri qurmağın nəticəsində ağıla sığmaz kəramətlər görmüşəm. Əgər gördüklərimi dilə gətirsəm rahat deyə bilərəm ki, hər ziyarətdən sonra müşküllərim həll olmuş, ruzim artmış və bəndələr üçün Mütəal Allahın yanında olan nemətlər daha çox xeyirli, tükənməz və həmişəlikdir.
Oğul, (Allah səni bəyəndiyi işlərdə müvəffəq etsin və sənə ömür versin) qoca kişi və qadınların ehtiramını saxla, Allah onlara xatir öz bəndələrindən bəlaları dəf edər. Məbadə onlara əziyyət edəsən, mən onlara hörmət bəsləməklə elə şeylərə nail olmuşam ki, burada onları qeyd etməyə fürsət yoxdur. Oğul, ata-anaya hörmət və yaxşılıq etməkdə son dərəcə ciddi ol. Quranda və hədislərdə ən çox təkid edilmiş şey ata-ananın ehtiramını saxlamaqdır və bu işdə heç vaxt süstlük etmə. Hədisdə var ki, İmam Sadiq əleyhissalam buyurubdur: Yusif peyğəmbər (padşah olduqdan sonra) bir dəfə qoca atası Yəqub onu görməyə getdi. Yusif peyğəmbər mindiyi heyvandan enmədən padşah kimi qürurla onun qarşısına çıxdı. Cəbrayıl enib, Yusifə dedi: aç əlini Yusif əlini açdıqdan sonra əlindən parlaq bir işıq çıxıb asimana getdi. Yusif dedi: Ey Cəbrayıl bu əlimdən çıxıb gedən nur nə idi? Cəbrayıl dedi: Daha sənin nəslindən Peyğəmbərliyi kəsdik. Çünki qoca atan Yəqubu qarşılayarkən yerə enmədiyinə görə səni cəzalandırdıq və səndən olanlara peyğəmbərlik yetişməyəcəkdir.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |