Mühəqqiq Ərdəbili yazır: "Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: "Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.(Üsul Kafi. Cil. 2. Səh. 349)”
Şəhid Saninin "Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: "Şübhəsiz ki, əcnəbilərə haram və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.
Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.
İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki, şübhəli məsələnin tərki müstəhəbdir.
Üçüncü: Əgər xüsusi hökm olmasa, valideyin övladının cəbhəyə getməsinə mane ola bilər.
Dördüncü: Əgər iş, namaz qılmaqla, valideynə itaət arasında təzaddolsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.
Beşinci: Valideyn bəzi vaxtlar övladını camaat namazından saxlaya bilər.(Usul Kafi. Cil. 2. Səh. 749 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi