Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Çətinliklər tərəqqinin pilləkənləridir
Bizi yüksəkliklər cəlb edir,ora gedən pilləkənlər deyil.Zirvəyə baxdığımız halda,düzənliklə getməyə üstünlük veririk.
İoqan Höte
“Tərəqqi və inkişafa nail olmaq istəyənin çətinliklərdən keçməsi zəruridir” -ibarəsi yaradılışın dəyişməz qanunudur.Uğur və tərəqqi yolu çətinliklərlə əhatə olunmuşdur.Hələ XVIII əsrdə dahi Fransız filosofu Volter deyirdi: “Heç bir zaman böyük çətinliklərsiz böyük işlər olmur”.Bu yerdə “havayı pendir yalnız tələdə olar” deyimi tam yerinə düşər.Tərəqqi və uğur yolları isə daim tikanlı və sərt olmuşdur.Gözü zirvələrdə olan insanın isə qarşılaşdığı çətinliklərdə yalnız bir yolu vardır-səbir etmək və yoluna davam etmək.Həyatda müvəffəq olmuş hər bir insan mütləq bu yolları keçmişdir.Heç şübhəsiz,bu müvəffəqiyyət həm maddi,həm də mənəvi yollara aiddir.Hətta peyğəmbərlər belə, o böyük ilahi məqama seçilməmişdən əvvəl Allah tərəfindən sınanmış,çətinliklərlə qarşı-qarşıya qalmışlar.Yəqin ki,bundan böyük bir nümunə yoxdur.
Rəbbi İbrahimi kəlmələrlə (imtahanlarla) sınadığı zaman o, onları (layiqincə) tamamladı. (Bundan sonra Rəbbi) dedi:Mən səni insanlara imam qərar verəcəyəm”. (Bəqərə surəsi, ayə 124)
Daha çox çətinliyə səbir edən peyğəmbər daha çox ucalmışdır.
VIII əsrdə yaşamış dahi mütəfəkkir Cəfər Sadiq ibn Məhəmməd deyir:
“Allah-Taala Adəmdən Məhəmmədə qədər olan bəndələrindən heç birini çətinliklərlə sınağa çəkməyincə və onlar da bunları layiqincə keçməyincə mədh etməmişdir.Ona görə Allahın əta etdiyi üstünlüklər həqiqətdə əvvəli çətinliklər olan sonluqlardır”.(“Misbahuş şəriə”, “Bəla” fəsli )
İlahidən gələn hər bir uğurun,yüksəlişin əvvəli çətinliklərdən ibarətdir.Hədisdə deyildiyi kimi, “üstünlük,uğur və yüksəliş həqiqətdə əvvəli çətinlik olan gözəl sonluqdur”.Bu,bütün sahələrdə keçərlidir.Tarixdə bir nəfər insan belə tapılmaz ki,yüksək nailiyyətə heç bir çətinlik keçmədən nail olmuş olsun.Hər bir uğurun əvvəlində bir çox yuxusuz gecələr, ac-susuz günlər, yorğun vəziyyətlər, sıxıntılar, baş ağrıları, narahatçılıqlar, qorxular, həyəcanlar, pulsuzluq kimi hallar mövcuddur.
Kitabın adı: Çətin olsa da, həyat davam edir
Müəllif: Rövşən Abdullaoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |