Dediyiniz o şeytandan sizin də yanınızda var?
Bir gün İslam peyğəmbəri öz səhabələrinə deyir:”Hər bir insanın yanında onu pisliyə,uğursuzluğa,bədbinliyə doğru yönəltmək istəyən, ona mənfi fikirləri vəsvəsə edən bir şeytan vardır.Bu şeytan insan dünyaya gələndən bəri onun yanında olar və ölənə qədər də onu tərk etməz”.
Səhabələrdən biri soruşur: ”O dediyiniz şeytandan sizin də yanınızda var?”.
Peyğəmbər cavab verir: “Bəli,mənim də yanımda var idi,lakin mən onu haqqa təslim etdirdim.İndi o, mənə mənfi fikirləri vəsvəsə etməz.Haqq sözləri deyər”.
Mənfi batini qüvvələrimizi islah etmək mümkündür.Lakin necə?
Müdrik dərvişlərdən birindən soruşurlar ki,içimizdə olan pislikləri,ümidsizlik doğuran fikirləri aşılayan nəfsimizi necə islah edək?
Cavab verir ki, ”nəfsi onun dediklərini etməklə islah etmək qeyri-mümkündür.Onun şərindən xilas olmaq üçün ancaq onun dediklərinin əksini etmək lazımdır.Belə ki,hər bir kəslə dostluq etmək istəsən,ona xidmət etmək və dediyini etmək lazım olduğu halda,nəfslə dostluq yalnız onu sıxmaq,onunla sərt olmaqdan və dediklərinin əksini etməkdən ibarətdir”.
Bu fikirlərə əhəmiyyət vermədən həmişə onların əksini et.Bir müddətdən sonra görəcəksən ki,artıq səndən əl çəkmiş,ya da səsləri eşidilməz dərəcədə azalmışdır.
Kitabın adı:Çətin olsa da,həyat davam edir
Müəllif:Rövşən Abdullaoğlu