Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Fiqur və fon”un çətinlik və problemlərdə tətbiqi
Həyatda (faydalı) fəaliyyətə keçməyə çalışmayan fikir qüsurludur və xaindir. Romen Rollan İnsan gündə yüzlərlə hadisə ilə qarşılaşır, yüzlərlə müxtəlif formalı informasiyanı qəbul edir. O, ətrafında baş verən hadisələrə baxan zaman onların malik olduğu bütün cəhətləri görmək imkanına malik deyildir. Belə ki, o cəhətlərdən hər biri müəyyən fikir və məna daşımaqdadır. Hər bir hadisə və informasiyaların malik olduqları bütün cəhətlər də mənfi və müsbət olaraq iki hissəyə ayrılır. Bir misal ilə mövzunu aydınlaşdıraq. İşə qəbul olmaq üçün sənədlərini vermiş gəncin istəyini rədd edirlər. Bu hadisədəki iki baxışı qeyd edək. Onlardan biri: “mənim bütün işlərim belədir. Yaxşı işlər mənə qismət olmaz”.
İkinci: “hər bir şeydə bir hikmət var. Yəqin ki, bu iş mənim üçün xeyirli deyildi və gələcəkdə mənə daha gözəl bir iş nəsib olacaqdır. Elə buna görə də bu işim alınmadı”. Hər bir hadisədə bu cür müxtəlif mənaları ifadə edən cəhətlər, fərqli baxış tərzi vardır. “Fiqur və fon”a görə, insan qarşılaşdığı hadisələrin mənfi tərəfini gördüyü zaman müsbət tərəfləri fona çəkilir və insanın nəzərindən kənarda qalır. Fiqura çevrilmiş mənfi düşüncələr dominantlaşır və insana təsir qoyaraq onda mənfi hislər yaradır. Yaranmış mənfi hislər də, öz növbəsində, həyatı və şəraiti öz təsiri altına alır, insan ətrafa pessimist baxışlarla baxmağa başlayır. Hər xırda çətinlik onun üçün aşılmaz bir dağ kimi görsənir. İnsan eyni qayda ilə qarşılaşdığı hadisələrin müsbət cəhətlərini də görə bilər. Eyni hadisə, lakin iki fərqli baxış. Baxışların birində fiqur olan digərində fondadır. İki müxtəlif cəhət eyni anda fiqur ola bilmədiyinə görə, siz diqqətinizi müsbət cəhətə və ya daxilinizdə olan müsbət hislərə yönəltdiyiniz andan etibarən mənfi cəhətlər hamısı fona çəkilərək itəcəkdir. Lakin bir şeyi bilin ki, fonun da sonradan fiqur olmaq imkanı vardır. Ona görə daim özünüzə nəzarət edərək çalışmalısınız ki, mənfi düşüncələr, mənfi hislər həmişə fonda qalsın. İslam peyğəmbəri Məkkə şəhərində böyük təzyiqə məruz qalır. Digər tərəfdən də Yəsrib şəhərinin camaatı onu öz şəhərlərinə dəvət edirlər. Peyğəmbər şəhərə daxil olan zaman bir nəfər yəsribli sakin ona yaxınlaşaraq deyir:
-“Ey Allahın peyğəmbəri, bu şəhərin insanları çox xeyirxahdırlar. Sən çox yaxşı etmisən ki, bura gəlmisən”. Bu zaman İslam peyğəmbəri ona cavab verir:
-“Sən həqiqəti deyirsən”. Elə bu zaman başqa bir kişi peyğəmbərə yaxınlaşır və əvvəldə deyilən sözlərin tamamilə əksini deməyə başlayır:
-“Ey Allahın elçisi, bu şəhərin camaatı şər insanlardır. Sən nahaqq yerə bura gəlmisən. Yaxşı olardı ki, sən bura heç gəlməzdin”. Bu zaman Allahın elçisi: “Sən düz deyirsən”, -deyərək eyni cavabı onun üçün də təkrarlayır. Bunu eşidən insanlar çox təəccüblənirlər. Peyğəmbərin nəyə görə onların hər ikisinə də eyni cavabı verdiyinin səbəbini soruşurlar. Onda peyğəmbər deyir: “Onlardan hər biri düşündüklərini, batinlərində olanları əks etdirirdi. Hər biri özünə uyğun danışırdı. Ona görə də hər ikisi düz deyir”. Yəni həqiqətdə insanlar sözləri və izhar etdikləri fikirləri ilə öz batini aləmlərini əks etdirirlər. Dedikləri sözlər də batinlərində olan ab-hava ilə uyğun olduğuna görə həqiqəti deyirdilər. Peyğəmbərə Yəsrib şəhərinin insanlarını tərifləyən şəxsin nəzərində fiqur olan obyekt o şəhərin insanlarının müsbət xüsusiyyətləri və şəhərdə baş verən müsbət hadisələr idi. İkinci şəxsin nəzərində isə bütün bunlar fonda qərarlaşdığından fiqurda şəhərin insanlarının mənfi cəhətləri qərar tapmışdı. O səbəbdən də ikinci şəxs şəhərin insanlarını mənfi xüsusiyyətdə görürdü.
Kitabın adı: Çətin olsa da həyat davam edir
Müəllif: Rövşən Abdullaoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |