فَحَقُّ أُمِّكَ، فَأَنْ تَعْلَمَ أَنَّهَا حَمَلَتكَ حَيْثُ لا يَحْمِلُ أَحَدٌ أَحَدًا وَأَطْعَمَتكَ مِنْ ثَمَرَةِ قَلْبها مَا لا يُطْعِمُ أَحَدٌ أَحَدًا، وَأَنَّهَا وَقَتكَ بسَمْعِهَا وبَصَرِهَا ويَدِهَا وَرِجْلها وَشَعْرِهَا وبَشَرِهَا وَجَمِيعِ جَوَارِحِهَا مُسْتَبشِرَةً بذَلِكَ، فَرِحَةً مُوَابلَةً مُحْتَمِلَةً لِمَا فِيهِ مَكْرُوهُها وأَلَمُها وثِقْلُها وَغَمُّهَا حَتَّى دَفَعَتهَا عَنْكَ يَدُ القُدْرَةِ وَأَخرَجَتكَ إلَى الأَرضِ فَرَضِيَتْ أَنْ تَشْبَعَ وتجوعُ هِيَ، وَتَكْسُوكَ وَتعْرَى، وَتُرْوِيكَ وَتَظْمَأُ، وَتُظِلُّكَ وتَضْحَى، وَتُنَعِّمَكَ ببُؤْسِهَا، وَتُلَذِّذُكَ بالنَّوْمِ بأَرَقِهَا، وَكَانَ بَطْنُهَا لَكَ وِعَاءً، وَحِجْرُهَا لَكَ حِوَاءً وثَدْيُهَا لَكَ سِقَاءً، ونَفْسُهَا لَكَ وِقَاءً، تُبَاشِرُ حَرَّ الدُّنيَا وبَرْدِهَا لَكَ وَدُونَكَ، فَتَشْكُرَهَا عَلَى قَدْرِ ذَلِكَ وَلا تَقْدِرُ عَلَيْهِ إلاّ بعَونِ اللَّهِ وَتَوفِيقِهِ.
"Ananın sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtınıbütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.
O, narahatlıq içində olarkən, sən nemət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsiolub.
Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan! "
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi