Hər halda Allahı xatırlamaq
"Nisa" surəsində, müsafir namazını və döyüş cəbhələrindəki qorxu namazını bəyan etdikdə, Allahın bütün hallarda xatırlamaq tövsiyə olunur, buyurur:
"Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə namazı öz qaydasında qılın! Çünki, namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.”(Nisa surəsi, ayə:103 )
Duran, oturan və uzanan hallarda Allahı yad etməkdən məqsəd, döyüş meydanında fasilə vaxtı edilən istirahət halları ola bilər. Həmçinin, əsgərlərin müxtəlif hallarda oturan, duran, uzanan vaxtı döyüşüb silahdan istifadə etdiyi də nəzərdə tutula bilər.
Əslində, İslamın ən mühüm göstərişi budur ki, insan heç bir halda Allah-taaladan qafil olmamalıdır; Yuxarıdakı ayə, bir çox rəvayətlərdə xəstələrin necə namaz qılmalarına aid edilmişdir.
Ayədəki, "kitabun məvquf"i fadəsi, "həmişə vacib" kimi məna olunmuşdur.(Təfsiri nümunə, cild. 4, səh. 104-105 )
Məhəmməd Ğəzzalinin dediklərindən
Namazın əsas ruhu təvazökarlıqdır. Qəlbin hazır və Allah-taala ilə düz olması, heybət və təzim yolu ilə Allahı zikr etmək, namazın hədəflərindəndir. Necə ki, Allah-taala buyurur:
"Məni xatırlamaq üçün namaz qılın!”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Elə namaz qıl ki, sanki kiminləsə vidalaşırsan. Yəni, bu namazla, özün və həvayi-nəfsinlə vidalaşırsan. Bəlkə də, haqqdan başqa hər şeylə vidalaş. Həmişə özünü namazda hiss et!”(Kimyayi səadət. C.1. səh. 165-166 )
Bura kimi Qurani-Kərimdən namazın əhəmiyyətinə və bəzi hikmətlərinə işarə olundu.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi