Batini təyyul-ərz
İslam təlimlərində buyurulur ki, əgər pis bir işə mürtəkib olsan, dərhal xeyir əməl et ki, sənin pis əməlinin əvəzi çıxsın. ("Əmali", Tusi, səh. 186.) Çünki pisliklər toplaşdıqca, insanın canında çirkinliklər yaradır, onu kor və kar edir.
Bunun üçün daim Allahı zikr etməyi tövsiyə ediblər.
Bəzi dini göstərişləri yerinə yetirmək üçün müəyyən vaxtlar təyin edilmişdir. Məsələn Qurani-kərimdə buyurulur:
إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا
"Namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir". ("Nisa" surəsi, ayə 103.)
Lakin Allahı zikr etmək üçün vaxt təyin edilməmişdir. Necə ki, Qurani-kərimdə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا
"Ey iman gətirənlər! Allahı çox zikr edin!" ("Əhzab" surəsi, ayə 41.)
Allahı davamlı olaraq xatırlamaq insanın qəflətə düşməsinin qarşısının alınmasına səbəb olur.
Nəql olunub ki, Peyğəmbər (s) bir bağın yanından keçirdi. Ağac əkməyə məşul olan bağbana buyurdu: "İstəyirsən, sənə daha faydalı ağac əkməkdən xəbər verim?" Bağban dedi: Bəli, ey Allahın rəsulu! Peyğəmbər (s) buyurdu: "Sənin əkdiyin ağacın meyvəsi müvəqqətidir. Amma hər gün səhər və axşam desən: Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" – Subhan Allah hər bir təsbihin müqabilində sənin üçün cənnətdə bir meyvə ağacı əkər və bu ağac həmişə meyvə verər. ("Əl-məhasin", c. 1, səh. 37, "Bihar əl-ənvar", c. 83, səh. 257.)
İmam Baqir (ə) buyurdu:
مَن قالَ سُبحانَ اللهِ وَ الحمد للهِ وَ لَا إلهَ إلّا اللهُ وَ اللهُ أکبر، خَلَقَ اللهُ مِنها أربَعة أطیارِ تُسَبّحهُ وَ تُقَدّسهُ و تُهَلّلهُ إلی یَومِ القیامة
"Hər kəs bu dörd təsbihi (Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) desə, Mütəal Allah bu zikrlərdən dörd quş yaradar və o quşlar Qiyamət gününə kimi Allahı təsbih, təqdis və təhlil edərlər". ("Əl-məhasin", c. 1, səh. 37, "Bihar əl-ənvar", c. 90, səh. 172.)
Bu əməllərin təcəssümünün nişanəsidir. Allahın bu dörd zikrə xatir yaratdığı quşlar yerdə və göydə deyildir, onlar zikr və təsbih deyənin canında vücuda gəlir. O vaxt salik mömin uçuşu öz daxilində hiss edir və zahiri təyyul-ərzin əvəzinə təyyul-ərzi və səmavi batini qazanır, yəni bir yerdə oturduğu halda dünyəvidir və bir guşədə oturmuşdur.
Kitabın adı: Ayətullah Cavadi Amulinin "Əməli irfani də pərtovi elmi vəhyani"