Dost da, düşmən də Əliyə (ə) ağlayırdı...
Günlərin birində Müaviyyə (Allah lənət eləsin) Zərrara deyir: "Əlini mənə təsvir et”.
Zərrar deyir: "Məni bu işdən üzrlü bil”.
Müaviyyə yenə deyir: "Əlini təsvir etməkdən başqa yolun yoxdur".
Zərrar deyir: "İndi ki, çarəsizəm, deyərəm. Allaha and olsun ki, Əlini tanımaq bizim dərk və düşüncələrimizdən uzaqdır. Danışığı haqla batili tanımaq vasitəsidir. Həzrətdən ədalətdən başqa bir şey görünməmişdir.Bütün varlığından elm tökülürdü. Bütün şəxsiyyəti və mahiyyəti hikməti bəyan edirdi. Dünyadan dəhşətdədir. Gecənin qaranlığı ilə qəribə bir ünsiyyət qurur, Haqqın əzəmətinin qorxusundan çox göz yaşı tökürdü.Həmişə düşüncədə və təfəkkürdədir. Kobud paltarları xoşlayır, yeməyi də arpa çörəyindən və bir neçə ləzzəti olmayan şeylərdən ibarət idi.Bizim aramızda olan zaman bizdən fərqlənmirdi. Hər bir dini suala cavab verməkdən imtina etmirdi. Onu nə zaman dəvət edərdik, qəbul edərdi.Allaha and olsun ki, ona yaxın olduğumuz üçün, o da bizə yaxın idi. Din əhlini fövqəladə əziz tutardı, yoxsullarla oturub durardı.Hökuməti dövründə heç bir qüdrət sahibi səltənətlik edə bilmirdi. Heç bir zəif Əli ədalətinə gəldiyi üçün məyus olmurdu.Allah bilir ki, mən Əli gecələrinə şahid idim. O zaman ki, gecənin qaranlığı dünyanı bürüyürdü, ulduzlar dünya səmasında cilvə edirdilər, o, saqqalını əlinə alır və ilan vurmuş adam kimi bükülərdi, qüssəli insan kimi ağlayardı. Deyərdi: "Dünya, get, məndən qeyrisini aldat. Özünü mənə təqdim etmə, məni cəlb etmək üçün yeddi qələmlə bəzənmə. Nə qədər uzaqdır, uzaqdır ki, məni aldadasan. Mən sənə üç dəfə təlaq vermişəm. Sənin qayıtmağın üçün heç bir yol qoymamışam. Müddətin çox qısa və Adəm övladı üçün xətərlərin çox böyükdür. Ah ki, axirət yüküm çox azdır, vay ki, qabaqda məni gözləyən dəhşətləri dəf etmək üçün ibadətlərim azdır”.
Müaviyyə (lən) ağlamağa başladı və dedi: "Allah Əbul Həsənə rəhmət etsin! Allaha and olsun ki, belə idi. Ey
Zərrar! Ona görə qəm və qüssən necədir?”.
Dedi: "O kəs kimidir ki, sanki övladının başı kəsilmişdir və qəhər onu boğur, qüssədən aram olmur. Qəmi sona çatmır”.