Hər axşam bayramdır mahi Ramazanda
Bu günüm şamadək keçir amanda,
Hər axşam bayramdır mahi Ramazanda.
******************************
Bir il ibarətdir on iki aydan,
Bu ay şərəflidir başqa aylardan,
Ruzisi elə bil gəlir dəryadan,
Süfrə gözlüyürük günəş batanda,
Hər axşam bayramdır mahi Ramazanda.
********************************
Ac qalıb acları xatırlayarsan,
Aclığın özündən ibrət alarsan,
Yeməyin qiymətin onda duyarsan,
Gözün qalar bozbaş bişən qazanda,
Hər axşam bayramdır mahi Ramazanda.
********************************
Allah əgər ruzi veribsə sənə,
Qonaq çağır iftar vaxtı süfrənə,
Çox olmasa, xurma versən bir dənə,
Şad olarsan iftarını açanda,
Hər axşam bayramdır mahi Ramazanda.
********************************
Bu ay nail olub bizlərə Quran,
Nə gözəl xidmətdi edib yaradan,
Şərəfli insandı borcu qaytaran,
Tanrıya borcunu qaytaran anda,
Hər axşam bayramdır mahi Ramazanda.
********************************
Bir qədir gecəsi min aya dəyər,
Hər kəs Allahına burda baş əyər,
Qiyamət günündə xeyrini görər,
Qəlbi xoş hal olar əcrə çatanda,
Hər axşam bayramdır mahi Ramazanda.
********************************