
Yenə mahi-Məhərrəmdir
Yenə mahi-Məhərrəmdir, yenə fürsət əzadarə.
Mənim Rəbbim lütfkardır, verib möhlət əzadarə.
Axar gözlərdən, əlbətdə, bu neysanlar olar cari,
Bu yaşlar ki, axar gözdən olar rəhmət əzadarə.
Əbaəbdillah(ə) eşqində gələr vəcdə könül daim,
Bu sevdadan ötüb keçmək böyük qəflət əzadarə.
Hüseyn(ə) eşqində divanə olan kəslər olar aqil,
Bu cür divanəlik, əlbət, verər izzət əzadarə.
Nahaq ilə edər cəngi, olar əzmi bu minvalda,
Bütün şərlər ona məhrum,budur ismət əzadarə.
Uzaq bizlərdən ol zillət, tutaq zalim sözün rəhbər,
Bu sözdən dönmərik, asi ola millət əzadarə.
Bu eşq uğrunda, ey Azər, fəda eylə canın daim,
Vəfadardır sənin Rəbbin edər diqqət əzadarə.
Müəllif:Azər Elşadoğlu