Qur`ani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır ("Ən`am” surəsi, ayə 151).
Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.
Mö`min insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr be mə`ruf və nəhy əz münkərin, yə`ni yaxşıya də`vət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər tə`lim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.
Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən tə`sirli vasitədir. İmam Sadiq (ə) buyurur: "Həya imandandır, iman isə behiştədir”. İslam Peyğəmbəri (s) buyurur: «Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar.»
Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: "Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et.”
Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian