» » Seyid ibn Tavusun imam Zaman (ə.f) haqqında nəql etdiyi dua (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Seyid ibn Tavusun imam Zaman (ə.f) haqqında nəql etdiyi dua (tərcüməsi)
    +4
    Müəllif: Fatimə Nuri Xuda | 29-05-2016, 18:00 | Baxılıb: 2 192
     
    Seyid ibn Tavusun imam Zaman (ə.f) haqqında nəql etdiyi dua (tərcüməsi)
     
    Bu duanı dörd bayramda, yəni, Fitr, Qurban və Qədir-Xum bayramlarında və cümə günündə oxumaq müstəhəbdir və dua belədir: Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı olsun sərvərimiz, ağamız və Onun Peyğəmbəri Məhəmməd və Əhli-beytinə! İlahi, Özün və dinin üçün saflaşdırdığın övliyalarınla bağlı cərəyan edən qəza və qədərində Sənə həmd olsun. Çünki onlara Öz dərgahında olan əbədi nemətlər bəxş etdin ki, həmin nemətlər ötəri deyil və heç vaxt aradan getməz. (O nemətləri) bu alçaqtəbiətli dünyanın, onun bər-bəzək və zər-zivərli dərəcələrində zahidliyi onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə sadiq olduqlarını bildikdən sonra əta etdin və onları qəbul və (Öz dərgahına) yaxınlaşdırdın. Yüksək zikri, aşkar tərifi onlara təqdim etdin. Mələk nazil edib Öz vəhyinlə onları əzizlədin, Öz elminlə onlara yardım etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bəzilərini (həzrət Adəmi) cənnətdən çıxarana qədər orada məskunlaşdırdın. Bəzilərini (həzrət Nuhu) nicat gəmisinə mindirib, onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlakətdən nicat verdin. Bəzilərini Özünə dost seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil (həqiqəti söyləyən, düzdanışan canişin) istədi. Sən də onun istəyini qəbul edib, onları uca məqama yüksəltdin. Bəziləri (həzrət Musa) ilə ağac vasitəsi ilə danışdın və qardaşını (Harunu) onun üçün arxa, kömək və vəzir təyin etdin. Bəzilərini isə (həzrət İsa) atasız olaraq dünyaya gətirdin və ona aşkar möcüzələr əta edib, Ruhul-Qudusla təsdiqlədin. Onların hər birinə "şəriət” verdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini qoruyub-saxladılar. Sənin dinini bərqərar edənlər (dirçəldənlər) bəndələrinə höccət və dəlil olsunlar ki, haqq öz yerindən çıxıb aradan getməsin və nəticədə, batil əhli haqq əhlinə qələbə çalmasın. Həmçinin bir kəs deməsin ki, "Ey Rəbbimiz, nə üçün bizi (əzabından) qorxudan bir elçi göndərmədin? Nə üçün biz xar olmamışdan qabaq (onları) bizə hidayətçi göndərmədin ki, Sənin möcüzələrinə tabe olaq?” Nəhayət, işləri həbibin və seçilmiş bəndən Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) həvalə etdin. Beləcə, o, Sənin seçdiyin bir şəxs, məxluqatın ağası, seçdiyin bəndələrin üstünü, onların əfzəli, etimad etdiyin bəndələrin ən kəramətlisi oldu. Sən onu Öz peyğəmbərlərindən önə keçirtdin, Öz bəndələrindən olan "səqəleyn”ə (cinlər və insanlara) peyğəmbər seçdin. Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin. "Büraq”ı ("Büraq” – Peyğəmbəri-Əkrəmin (s) "merac”a gedərkən mindiyi vasitə, at) ona ram etdin, ruhunu səmaya apardın, xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini ona əmanət verdin. Sonra (düşmənlərinin möminlərdən qorxması ilə) onu qələbəyə yetirdin, onu Cəbrail, Mikail, xüsusi əlamət və nişanəsi olan mələklərinlə əhatə etdin. Ona vəd etdin ki, onun dinini müşriklər xoşlmasalar da, bütün dinlərə qalib edəsən və bu hadisə onu dini qorumaq üçün təyin etdikdən sonra baş verdi və oranı (qayıtdığı evi) onun və Əhli-beyti üçün ilkin ev qərar verdin ki, "Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkətlə dolu və aləmdəkilər üçün hidayət vasitəsidir. Onda (Allahın tövhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı var. Kim ora daxil olsa amandadır ("Ali-İmran” surəsi, ayə 96-97). Əhli-beyt (ə) barəsində buyurdun: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Əhli-beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak-pakizə etmək istəyir.”( "Əhzab” surəsi, ayə 33) Sonra Məhəmmədin (Sənin salamın olsun ona və Əhli-beytinə) muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki: "(Ya Məhəmməd!) Xalqa de: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm.” Yenə buyurdun: "Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir.” Həmçinin buyurdun ki: "Bu iş müqabilində sizdən bir haqq, muzd istəmirəm.” "De: Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm.” Yalnız onlar (imamlar) Sənə və Sənin razılığına doğru bir yol və vasitədirlər. Onun ömrü sona çatdıqda, (Qədir-Xumda) Əli ibn Əbu Talibi (Sənin salamın olsun onların hər ikisinə və onlaırn övladlarına) ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi təyin etdi. Çünki o (Peyğəmbər), hamını ilahi əzabdan qorxdudur və hər bir qövm üçün bir hidayətçi idi. O həzrət öz ətrafına toplaşan camaata buyurdu: "Mən hər kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. İlahi, onu sevənləri sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!” Sonra buyurdu: "Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmiridir.” Yenə buyurdu: "Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndirlər.” Peyğəmbər özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: "Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.” O həzrət aləmlərin qadınlarının xanımı və sərvəri olan öz qızını ona ərə verdi və məscidi ilə bağlı özünə halal olanları ona (imam Əli) da halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona tapşırıb buyurdu: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, hər kəs həmin şəhərə daxil olub hikmət istəsə, onun qapısından daxil olmalıdır.” Sonra buyurdu: "Ey Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin sülhün mənim sülhüm və sənin müharibən mənim müharibəmdir. İman mənim ət-qanıma qarışdığı kimi, sənin ət və qanınla da qarışıb. Sən qiyamət günü "Kövsər” hovuzu kənarında canişinimsən. Sən mənim borclarımı ödəyib, vədlərimə vəfa edəcəksən. Sənin şiələrin cənnətdə, mənim ətrafımda nurdan olan minbərlər üstə, üzləri ağ olacaq. Onlar mənim qonşularımdır. Ey Əli! Sən olamasaydın, məndən sonra möminlər tanınmazdılar (münafiqlərdən seçilməzdilər).” Əli Peyğəmbərdən sonra (insanların) azğınlıqdan çıxmaq üçün hidayət məşəli, korlar üçün nur, Allahın möhkəm əlaqə ipi (vasitəsi) və Onun düzgün yolu oldu. Peyğəmbərlə qohumluqda heç kim ondan qabağa keçə bilmədi və heç kəim ondan qabaq İslamı qəbul etmədi, heç kim fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Daim Allahın Rəsulunun (Allahın salamı olsun onların hər ikisinə və övladlarına) qədəm qoyduğu yerə qədəm qoyurdu. Quranın təvili (batini təfsiri) əsasında cihad edirdi. Allah yolunda (çalışanda) məzəmmət edənlərin məzəmməti ona əsla təsir göstərmədi. Onun yolunda ərəblərin pəhləvanlarını haqlayıb öldürür, ərəb quldurlarını tuturdu. Bu da onların "Bədr”, "Xeybər”, "Hüneyn” və digər müharibələrdən ona qarşı kin-küdurət bəsləmələrinə səbəb oldu. Nəhayət, ona qarşı düşmənçilikdə əlbir olub əleyhinə qiyam etdilər. O da "nakisin”lər, (Cəməl döyüşü), "mariqin”lər (Nəhrəvan döyüşündə dindən çıxanlar) və "qasitin”lərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi. Ömrü sona çatdıqda və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (İbn Mülcəm) onu şəhadətə yetirdikdə, Allahın Rəsulnun (Allahın salamı olsun ona və Əhli-beytinə) bir-birinin ardınca gələcək rəhbərlərlə (xəlifələr) bağlı fərmanı yerinə yetirilmədi. Onun haqqına riayət edən az bir qrupdan savayı, ümmət ona qarşı amansız düşmənçiliyə qalxıb onunla qohumluq əlaqlərini qırmaq və övladlarını sürgün etmək üçün cəm olaraq bu işə israr etdi. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəza-qədəri onlar üçün gözəl savab ümidi ilə ötüb keçdi. Çünki Allah Öz bəndələrindən istədiyi şəxsi yer üzünə varis edəcək. Gözəl aqibət isə təqvalılar üçündür. Hər bir eyib və nöqsandan pakdır bizim Rəbbimiz! Şübhəsiz, Onun vədləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədinin əksinə çıxmaz. O, izzət və hikmət sahibidir. Elə isə Məhəmməd və Əlinin (Allahın salamı olsun onlara və onların övladlarına) pak və məsum Əhli-beytinə ağlayanlar ağlamalı, ahu-fəğan edənlər onların halına ahü-fəğan etməli, yalnız onlar kimilərə göz yaşı axıdılmalı, fəryad edənlər fəryad etməli, şivən edənlər şivən etməli, nalə edənlər nalə etməli, ürəkləri yananlar onların halına ürək yandırmalıdır. Haradadır Həsən? Haradadır Hüseyn? Haradadır Hüseynin oğulları? Salehdən sonrakı saleh (insan), sadiqdən sonrakı sadiq insan haradadır? Başqa yoldan sonrakı düz yol haradadır? Yaxşı insanlardan sonrakı yaxşı insanlar haradadır? Nur saçan günəşlər haradadır? Nur yayan (verən) aylar haradadır? Haradadır parlaq ulduzlar? Haradadır dinin nişanələri, elmin sutunları? Haradadır Allahın yer üzündə saxladığı "Bəqiyyətullah” (imam Zaman), elə bir şəxs ki, Peyğəmbərin pak Əhli-beytindən kənarda deyil. Haradadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Haradadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Haradadır zülm və düşmənçilliyi məhv etmək üçün ümid olunan şəxs? Haradadır vacibləri və sünnələri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Haradadır din və şəriəti əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Haradadır Allahın kitabı və Onun hədd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Haradadır din və din əhlinin nişanələrini dirildən şəxs? Haradadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Haradadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Haradadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Haradadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Haradadır nəfsin istəklərinə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Haradadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Haradadır təkəbbürləri, inadkarları məhv edən? Haradadır inad edib zəlalətə salanların və küfr əhlinin kökünü kəsən? Haradadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Haradadır təqva kəlmələrini toplayıb cəm edən? Haradadır nemətlərin əta olunduğu Allah qapısı? Haradadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi (vasitəsi)? Haradadır yerlə səma arasındakı əlaqə səbəbi? Haradadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Haradadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Haradadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Haradadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira yaxsa məğlub olar? Haradadır o möhtac kəs ki, dua etdiyi halda qəbul olunar? Haradadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Haradadır Peyğəmbəri-Mustafanın, Əli-Mürtəzanın, alnıaçıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda, sənə gələn bəlalara sipər olaq! Ey (Allah dərgahına) yaxın olan sərvərlərin övladı! Ey (Allah yanında) kəramətli və əziz olan seçilmişlərin övladı! (Allah tərəfindən) hidayət olunan, yolgöstərən rəhbərlərin oğlu, nəfslərini saflaşdırmış xeyirxah insanların övladı? Haradadır ən nəcabətli, səxavətlilərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu! Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu! Ey nur saçan səma cisimlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar bayraqların oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnə və qayda-qanunların oğlu! Ey zikr olunmuş iman nişanələrinin oğlu! Ey mövcud möcüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu! Ey "Sirati-müstəqim”in (doğru yol) oğlu! Ey "nəbəil-əzim”in (böyük xəbər) oğlu! Ey uca və hikmətli Allah yanında olan "Ümmül-kitab"dakı şəxsin oğlu! Ey ayə və dəlillərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış nemətlərinin oğlu! Ey "Taha” və "möhkəm ayələr”in oğlu! Ey "Yasin” və "Zariyat”ın oğlu! Ey "Tur” və "Adiyat”ın oğlu! Ey (meracda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, "əli” və əla (ucaməqamlı) şəxsin tərəfindən idi. Kaş biləydim ki, harada qəlblər sənin zühurunla aram olacaq! Sən harada məskunlaşmısan? ”Rizvan” (Allahın behiştində) bir məkandasanmı, yoxsa ayrı yerdə? Yaxud "Zi-Tuva”da məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma səni görünməyəm və sənin mənə həzin səsin və gizli pıçıltın çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda, səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın! Canım sənə fəda olsun, sən elə bir gizli həqiqətsən ki, bizdən uzaqda deyilsən! Canım fəda olsun sənə, ey bizdən ayrı olmayan şəxs, həqiqətən də, bizdən ayrı deyilsən! Canım fəda olsun sənə, sən mömin və möminələrin arzuladığı şəxssən! Onlar səni yad edib ah-fəğan edirlər. Canım fəda olsun sənə, sən misli-bərabəri olmayan izzət sahibisən! Canım sənə fəda olsun, misli olmayan əzəmət və alicənablıq sahibisən! Canım fəda olsun sənə, sən Allahın xalis və misilsiz nemətlərindənsən ki, həç nə ona çatmaz! Canım fəda olsun sənə, ey başında şərafət əmmaməsi olan və tayı-bərabəri olmayan! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Nə vaxta qədər və hansı sözlərlə, münacatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsin. Mənə çox çətindir ki, mən sənin (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr (böyük qeyb dövrü) sənin üçün baş versin. Bir şəxs varmı mənə ah-nalə edib ağlamaq səsimi ucaltmağa köməkçi olsun? Bir ah-nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ah-fəryadından qüvvə alam? (Qan) ağlayan göz varmı ki, mənim gözlərim də ona kömək edib zar-zar ağlasın? Ey Əhmədin (Peyğəmbərin (s)) oğlu! Görəsən səninlə görüşmək üçün bir yol varmı? Görəsən, bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin rəhmət çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin saf və dadlı suyundan içəcəyik(yəni zühurundan faydalanacağıq)? Halbuki sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq)? Nə vaxt sən bizi görəcək və biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcək və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlü şəxslərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun?! İlahi!, Sən bəlaları, müsibətləri aradan qaldıransan, mən Səndən qəlbimin fəryadına yetməyini istəyirəm, çünki Sən fəryadlara yetənsən və Sən dünya və axirətin Allahısan! Yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır. Onda imtahan olunmuş (bəlalara mübtəla olmuş) bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını (aşkar et) göstər! Ey böyük qüdrət və əzəmət sahib! Onun vasitəsilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir! Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf yönəldiyi şəxs! İlahi, biz Sənin və Peyğəmbərini yad edən vəli (imam) və dostunu arzulayan bəndələrik! Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan möminlərə imam təyin etdin, elə isə bizdən ona salam yetir! Ey Rəbbim! Onun vasitəsilə bizə Öz kərəmini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver! Onu bizə təqdim etməklə Öz nemətlərini tamamla ki, bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən! İlahi, Peyğəmbər və onun Əhli-beytinə salam və salavat yetir, onun (imam Zamanın (ə)) cəddi və Sənin rəsulun Məhəmmədə – ən böyük ağamıza və onun atasından (Peyğəmbərdən) kiçik olan ağamıza (həzrət Əliyə), nənəsi Siddiqeyi-Kubraya – Fatimə bint Məhəmmədə və onun çox xeyirxah və düzdanışan atalarından (sair məsum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salam və salavat göndər! Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlara yetir və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər! İlahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz dostlarını onun vasitəsi ilə qalib, düşmənlərini isə zəlil et! İlahi, bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (imamlar və peyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxarsın! Bizi onun kəmərindən yapışıb kölgəsində yerləşənlər sırasına qat. Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et! Ona itaət etməkdə, çətinlikdə, ona asi olmamaqda bizə yardımçı ol!. Onun bizdən razı olması ilə bizə minnət qoy! Onun mehribanlığını, rəhmətini, dua və xeyir-bərəkətini bizə əta et! Belə ki, biz onun səbəbinə Sənin rəhmətinin genişliyinə və səadətə çataq! Namazlarımızı onun xatirinə məqbul, günahlarımızı onun xatirinə əfv et, dualarımızı onun xatirinə qəbul buyur! Ruzilərimizi onun xatirinə bol və firavan, qəm-qüssələrimizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver! Öz kərəm və rəhmət vəchinlə bizə doğru nəzər et! Sənə doğru təvəssül və yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə! O rəhmət səbəbi ilə Sənin yanından olan kəraməti kamil surətdə əldə edək, sonra da o rəhməti Öz ehsanınla heç vaxt bizdən başqa tərəfə çevirmə (bizdən alma)! Onun cəddinin (Allahın salam və salavatı olsun ona və Əhli-beytinə) (Kövsər) hovuzunda bizi o həzrətin camı və mübarək əli ilə sirab et! O dadlı və şəffaf su ilə elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey mehribanların ən mehribanı! Sonra əvvəl deyilən ziyarət namazı qıl, hər nə istəsən dua elə ki, inşaallah Allah taala qəbul edər.
     
     
    Kitabın adı: Məfatihul Cinan
     
     
    Bölmə: Dualar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.