Fatimeyi Zəhranın (s.ə) Salmana qızdırma üçün öyrətdiyi dua
Ərəbcə
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ بِسْمِ اللَّهِ النُّورِ بِسْمِ اللَّهِ نُورِ النُّورِ بِسْمِ اللَّهِ نُورٌ عَلَى نُورٍ بِسْمِ اللَّهِ الَّذِي هُوَ مُدَبِّرُ الْأُمُورِ بِسْمِ اللَّهِ الَّذِي خَلَقَ النُّورَ مِنَ النُّورِ الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ النُّورَ مِنَ النُّورِ وَ أَنْزَلَ النُّورَ عَلَى الطُّورِ فِي كِتَابٍ مَسْطُورٍ فِي رَقٍّ مَنْشُورٍ بِقَدَرٍ مَقْدُورٍ عَلَى نَبِيٍّ مَحْبُورٍ الْحَمْدُ لِلَّهِ الَّذِي هُوَ بِالْعِزِّ مَذْكُورٌ وَ بِالْفَخْرِ مَشْهُورٌ وَ عَلَى السَّرَّاءِ وَ الضَّرَّاءِ مَشْكُورٌ وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
Oxunuşu
Bismillahir rəhmanir rəhim, bismillahin nur, bismillahi nu-rin nur, bismillahi nurun əla nur, bismillahilləzi huvə mu-dəbbirul umur, bismillahilləzi xələqən nurə minən nur, əl həmdu lillahilləzi xələqən nurə minən nur, və ənzələn nurə ələt turi fi kitabin məstur, fi rəqqin mənşurin bi qədərin məqdurin əla nəbiyyin məhbur, əl həmdu lillahilləzi huvə bil izzi məzkur, və bil fəxri məşhur, və ələs sərrai vəz zərrai məşkur, və səlləllahu əla səyyidina Mu-həmmədin və alihit tahirin.
Tərcüməsi
Seyid ibn Tavus "Muhcud-dəəvat” kitabında Salmandan nəql edir ki, qısa məzmunu belədir; Həzrət Fatimə Zəhra(s) mənə peyğəmbərin ona öyrətdiyi və gecə-gündüz oxuduğu duanı öyrətdərək buyurdu:- "Əgər istəsən səni dünyada heç vaxt qızdırma tutmasın bu duanı oxumağa davam elə!” Dua belədir:
Bağışlayan və mehriban Allahına adı ilə! Nur olan Allahına adı ilə! Nurun nuru olan Allahına adı ilə! Nur üstə nur olan Allahına adı ilə! İşləri idarə edən Allahına adı ilə! Nurdan nur (aləmi nurdan) yaradan Allahına adı ilə! Həmd nurdan nur yaradan, nuru dağa – yazılmış kitab və açıq səhifədə, müəyyən miqdarda alim və saleh peyğəmbərə nazil edən Allaha məxsusdur. Həmd izzətlə yad edilən, böyüklüklə tanınan, rahatlıq və çətinlikdə şükür olunan Allaha məxsusdur. Allahın salamı olsun sərvərimizi Məhəmməd və onun pak Əhli-beytinə!
Salman deyir:- "Mən Fatimə Zəhradan(s) duanı öyrəndim , Allaha and olsun qızdırması olan mindən çox Məkkə və Mədinə əhalisinə öyrətdim hamısı Allahın iznilə şəfa tapdılar.”
Kitabın adı: Məfatihul Cinan