İmam Həsən Əsgəri (ə) - ın 13 tövsiyəsi
İmam Həsən Əsgəri (ə) buyurur:
"Sizlərə tövsiyə edirəm ki...
1). Təqvalı olun və Allahdan qorxun;
3). Allah yolunda çalışın;
4). Doğru danışın;
5). Xəyanət etməyin;
6). Səcdə də çox qalın;
7). Qonşularla yaxşı davranın, bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir.
8). Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarını riayət edin, haqlarını əda edin.
9). Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.
10). Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin.
Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin. Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.
Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.
Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!
Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia edərsə yalançıdır.
11). Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun.
12). Quran çox oxuyun.
13). Peyğəmbərə (s) çoxlu salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.
Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm".
Kitabın adı: Töhəful-üqul
Müəllif: Mərhum ibni Şöbə Hərrani