Xaçpərəst həkimin Harun barəsində nəzəri
Dahi Quran təfsirçisi Şeyx Təbərsi özünün "Məcməul-bəyan" təfsir kitabında belə nəql edir ki, Harun Ər-Rəşidin tibb sahəsində tanınmış bir həkimi varmış. Günlərin birində, bu həkim İslam alimlərindən birinə dedi: Sizin səmavi kitabınızda tibbdən bir şey görmürəm. Halbuki, ən faydalı elm, din və bədən elmləridir?!
Müsəlman cavabında dedi: Allah-taala bütün tibb göstərişlərini bir ayənin yarısında buyurub: "Yeyin, için, lakin israf etməyin!”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) tibb haqqında göstərişini belə buyurub:
"Bütün xəstəliklərin evi mədədir. Pərhiz etmək, bütün xəstəliklərin dərmanıdır. Bədəninə nə adət vermisənsə, ondan qaçma!”
Xaçpərəst həkim dedi: Sizin kitabınız və Peyğəmbəriniz tibb elmində Calinusa (özünün adı) bir şey saxlamayıb.”(Təfsiri-nümunə, cild. 6, səh. 153 )
İslamda başqa sağlamlıq göstərişləri
Çox yemək və az yemək hər ikisi pislənir. Əli (əleyhissalam) bu barədə belə buyurur: "Az yeməklik, bir çox xəstəlikləri aradan aparır.”(Fehreste Ğurərul-hikəm, səh. 13 )
Əlbəttə, o qədər az yox ki, insana zəiflik gətirsin. İmam Səccad (əleyhissalam) buyurur: "Əmirəl-möminin (əleyhissalam) buyurur: Çox yeməklik və yeməkdə ifrat-təfrit və yuxu, nəfsi fasid edir və bədəni isə pis zərərlərə salır.”(Fehreste Ğurərul-hikəm, səh. 14 )
İmam Kazim (əleyhissalam) buyurur:
"Pərhiz, bütün dərmanların başlıcasıdır. Xəstəliklərin məkanı mədədir.”(Səfinətul-Bihar, cild. 1, səh. 340 )
Qarnın doymasında pəhriz etmək lazımdır
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Doyduqdan sonra təzədən yemək, "bərəs" xəstəliyinə səbəb olur.”(Məkarimu-Əxlaq, səh. 147 )Yenə də buyurur:"Qəlbi, çox yeyib-içməklə öldürməyin. Çünki, tarlaya çox su veriləndə xarab olduğu kimi, qəlb də bununla ölür.”(Məkarimul-Əxlaq, səh. 15 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi