Allahın xalis bəndələri necə yol yeriyirlər?
Allah-taala "Furqan" surəsində, xüsusi bəndələrdən (ibadur-rəhman) on iki xüsusiyyət zikr edir və onlardan birincisi belə bəndələrin yol getməsidir. Buyurur:
"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzərlər.”(Furqan surəsi, ayə: 63 )
Məsdərin iş görən mənasında işlənməsi burada təkid üçündür
Yəni, sanki onlar eyni təmkin və təvazökardırlar.(Təfsiri nümunə, cild. 15, ) Bəli! Allahın xalis bəndələrinin ilk xüsusiyyəti, təkəbbür, qurur və özbaşınalığı inkar edib, insanın bütün əməllərində hətta, yol yeriməyində də təvazökarlıq izhar etməsidir. Çünki, əxlaqi xüsusiyyətlər həmişə özünü insanın əməlləri, sözləri və hərəkətləri arasında nişan verir.
Allahın bu mövzuda Peyğəmbərə (s) mühüm göstərişi
Allah-taalanın, Peyğəmbərə göndərdiyi mühüm göstərişlərdən biri budur ki:"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki, sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.”(İsra surəsi, ayə:37 )
Bu ayə işarə edir ki, məğrur təkəbbürçülər yol yeriyərkən ayaqlarını yerə möhkəm vururlar. Bununla da, əhalini öz yol yeriməkliklərindən agah edirlər. Başlarını yuxarı tuturlar ki, öz üstünlüklərini başqalarına göstərsinlər. Quran belə şəxsə buyurur: Sən ki, ayağını yerə vurursan, yeri yara bilərsənmi? Sən bu böyük yer üzündə zərrəyə bənzəyirsən. Başını niyə yuxarı tutursan, məgər başın dağlara çatarmı? Öz boyunu ən azı bir neçə santimetr ucalda bilərsənmi?
Bəzi şəxslərin belə hala düşmələrinin səbəbi odur ki, özlərini unudub, təkəbbürlük bəlasına mübtəla olublar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan maraqlı bir hədisdə oxuyuruq:
"Günlərin birində küçədən keçirmiş. Bir nəfər dəli özünün gülünc əməlləri ilə əhalinin diqqətini özünə cəlb etmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əhalini özlərini anmağa dəvət edib buyurdu: Əsl dəlinin kim olduğunu sizə tanıtdırımmı? Hamı sakit olub bütün vücudları ilə qulaq asırdılar. Buyurur:O kəs ki, həmişə o tərəf bu tərəfinə baxa-baxa, təkəbbür və qürurla yol gedər. Çiyni ilə ətraflarını hərəkətə gətirər. (Özündən başqasını görməz və fikri özündən yuxarı olmaz) O kəs ki, əhalinin ondan xeyir iş baş verməsinə ümidi yoxdur və şərrindən də amanda deyillər. Əsl dəli, odur. Amma bu gördüyünüz, təkcə bir xəstədir.”(Təfsiri nümunə, cild. 15, səh. 149 )
Yol yeriyərkən təvazökarlıq bu demək deyil ki, yorğun, yavaş-yavaş qədəm atasan. Əksinə, təvazökarlıqla yanaşı, addımlarını möhkəm, ciddi və qətiyyətlə atmalısan!
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi