Yaxınlıq yolu
Bütün mövcudlar Allah-təalaya ehtiyaclıdırlar və mütləq istiqlala malik deyillər. «Muminun» surəsinin 62-ci ayəsində buyrulur: «Bu sizin Rəbbiniz, hər şeyin yaradanı olan Allahdır». «Fatir» surəsinin 15-ci ayəsində oxuyuruq: «Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür tə’rifə layiqdir». «Qəsəs» surəsinin 88-ci ayəsindəki «Allahdan başqa hər şey məhvə məhkumdur» buyruğu bir daha göstərir ki, bütün mövcudların varlığı, yalnız bəndə və mülk olmaqdan ibarətdir.
«Taha» surəsində oxuyuruq: «Bütün çöhrələr əzəli və əbədi Allaha təslim olub, zəlil bir görkəmə düşər».
«Məryəm» surəsinin 93-cü ayəsində belə buyrulur: «Göydəki və yerdəki məxluqlardan eləsi yoxdur ki, Allahın hüzuruna bir qul kimi gəlməsin».
Əslində mövcudlardan baş verən fəaliyyətlər onları vücudunun ali varlığa aidiyyatının nişanəsidir. «Ali-imran» surəsinin 83-cü ayəsində oxuyuruq: «Göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslimdir».
«Nəhl» surəsinin 49-cu ayəsində buyrulur: «Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər». «İsra» surəsinin 44-cü ayəsində uyğun mövzu bir daha təsdiqlənir: «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib, Ona şükr etməsin, lakin siz onların təqdisini anlamazsınız».
İnsan da bu ümumi qanunauyğunluqdan istisna deyildir. Lakin o özünü müstəqil zənn edib, öz bəndəliyini sezmir. Ona elə gəlir ki, bütün mövcudlar müstəqildir. Hətta öz tə’sir dairəsini genişləndirib, qüdrətlənmək fikrinə də düşür. Sanki bununla öz müstəqilliyini möhkəmləndirmək istəyir. Onda fitrətən ehtiyaclı olduğunu xatırladan duyğu olsa da, dünyəvi və heyvani istəklər bu duyğuya qalib gələrək, onun dərk olunmasına maneçilik törədir.
Əqli yetkinliyə çatmış insan, öz vücudunun möhtaclığını anlamaq qüvvəsinə malikdir. O, dünyanın yaradıcısı haqqında düşünsə, getdikcə daha çox dəlillər toplayıb, elmə yiyələnə bilər. Lakin hisslər, meyllər fitri mə’rifətin zühuru üçün daimi bir maneədir. Amma insan həmin meyillərin tüğyanının qarşısını almaq qərarına gəlsə, ruhunda Allahına doğru bir yol açılar. Allaha yönəlmiş diqqət gücləndikcə, fitri mə’rifət də güclənər və insan Allaha daha da yaxınlaşar.
Məhz bu zaman insanın kamilləşmə fəaliyyəti həqiqi və fitri məqsədə doğru üz tutur. İnsan azad iradə və seçimlə Allahla əlaqə yaratmaq üçün sə’y göstərir, eləcə də, öz möhtaclığını və acizliyini e’tiraf edir. Məhz bu zaman insan özünə və başqalarına məxsus hesab etdiyi hakimiyyəti həqiqi sahibinə qaytararaq, Allahın əzəmət ridasını Ona təqdim edir. «Əhzab» surəsində buyrulduğu kimi «sitəmkar və nadan olan insan» xalis bəndəlik məqamına ucalanadək, nadanlığını davam etdirir.
Deyə bilərik ki, insan kamilliyinin zirvəsi xalis bəndəlik və zatən möhtaclığın e’tirafıdır. Kamilliyə çatmağın yolu isə, bəndəlik etməklə Allahın razılığına çalışmaqdır. Yə’ni Allahın istəyini öz istəyi bilmək! «O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edir» .
Demək, əsl təkamül yolu Allaha bəndəlik və möhtaclığın e’tirafıdır. «Mənə pərəstiş edin, budur doğru yol!» .
O fəaliyyəti Allaha yaxınlıq yolunda fəaliyyət hesab etmək olar ki, bəndəlik rənginə malik olmuş olsun. Allaha ibadətdən savayı heç bir iş insanı həqiqi kamilliyə apara bilməz.
Kitabın adı: Nəfsi saflaşdırmadan qabaq özünütanıma
Müəllif: Ustad Misbah Yəzdi