» » » Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (2-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (2-ci hissə)
0
Müəllif: Aşiqi Rüqəyya | 22-05-2016, 19:20 | Baxılıb: 1 287
 
 Hədislərdə İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin səbəbləri (2-ci hissə)
 
İkinci mərhələ. Hədislərin sənədləri və dəlalət etdikləri mənaların araşdırılması

İlk hədisin (Allah-taalanın peyğəmbərlərin (qeybəçəkilmə) ənənəsini İmam Mehdi (ə.f)  barədə də icra etməsi) mənasının araşdırılmasından başlayaq.
Hənnan ibn (Sədir) Sudeyr atasından İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bizim Qaimimizin (ə.f) uzun sürən qeyb dövrü olacaqdır”. "Ey Peyğəmbər övladı! Bunun səbəbi nədir?” – deyə İmamdan (ə) soruşdum. İmam (ə) belə buyurdu: "Allah-taala peyğəmbərlərin qeybəçəkilmə ənənəsini onda da (imamda) davam etdirməkdən başqa bir şey istəmir”. (Kəmalüd-din, c/2, səh/481, fəsil/44, hədis/11,)
 Bu mərhələdə mövzunu dörd əsas üzərində araşdıracağıq:
1. Hədisi nəql edən ilk kitab və mənbə;
Bu hədisin nəql olunduğu ilk ünvan və mənbə "Kəmalüd-din” və "İləlüş-şərayi” kitablarıdır. Hər iki kitabın müəllifi Şeyx
Səduq kimi tanınmış Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qumidir (vəfatı: h.q 381-ci il).
Bu hədisi nəql edənlər də ya bu iki kitabdan birindən, ya da ki bu iki kitabdan birinə yetişən vasitə ilə nəql etmişlər.
2. Hədisin sənədinin araşdırılması;
Müzəffər ibn Cəfər Ələvi – Şeyx Səduqun hədis nəql etdiyi şeyxlərdən (ustadlarından) biridir. Ayətullah Xoyi və mərhum Tüstəri onun barədə bir söz deməmiş, yalnız adının çəkilməsi ilə kifayətlənmişlər. Lakin mərhum Mamaqani onun barəsində belə deyir: "Onun şiə olmasında heç bir şəkk-şübhəyə yer yoxdur. Həmçinin o, Şeyx Səduqa hədis nəqlini icazə verən şeyxlərdən biridir. Bu məsələ bizim onun etimadlı şəxs olub-olmadığını araşdırmağımıza ehtiyac qalmadığını bildirir. Ona görə də o, etimadlı şəxs (siqə) hökmündədir”. (Şeyx Abdullah Mamaqani, Tənqihül-məqal, c/3, səh/220.)
Buna görə də mərhum Mamaqani əvvəlcə onun şiə olmasını qeyd edərək onun etimadlı birisi olmasını sübut etməyə çalışır. Sonra isə onun etimadlı ravi hesab olunması barədə öz metodunu təqdim edərək bildirir ki, o, hədis nəql etmək üçün icazə verən şeyxlərdən biridir. Hədis nəql etmək üçün icazə verən şeyxlərdən biri olması onun etimadlı (siqə) ravilərdən olmasına dəlil olaraq qeyd edir.
Buna görə də əgər mərhum Mamaqaninin metodunu qəbul etsək, o zaman  ravi (Müzəffər ibn Cəfər Ələvi) etimadlı siqədir. Hədisin raviləri arasında onun varlığına görə hədisin sənədinə irad etmək olmaz.
Cəfər ibn Məsud – Bu ad "İləlüş-şərayi” kitabındakı hədisin sənədində qeyd olunur. Rical kitablarında bu şəxs barədə heç bir məlumat yoxdur. Belə olan halda isə hədisin sənədində problem yaranır. Lakin "Kəmalüd-din” kitabında qeyd edilən hədisin sənədin də isə ravi Cəfər ibn Məsud deyil, Cəfər ibn Muhəmməd ibn Məsud kimi qeyd edilmişdir. Mərhum Şeyx Tusi deyir: ”Bu şəxs fəzilət sahibidir.” Əllamə Məclisinin "Vəcizə” və Mühəddis Süleyman ibn Abdullah Maxuzinin "Bəliğə” kitabında qeyd edilir: ”O, mədh olunmuş şəxslərdəndir”.
 
Mərhum Mamaqani deyir: "Bu şəxs yaxşı insanlardandır və nəql etdiyi hədislər də həsəndir”.
Mərhum Xoyi isə Cəfər ibn Muhəmməd ibn Məsudu Cəfər ibn Məruf kimi qeyd etmişdir. Belə olan halda isə bu şəxsin etimadlı olub-olmaması araşdırılmalıdır.
Bura qədər bəzi metodlara əsaslanaraq deyə bilərik ki, hədisin sənədində problem yoxdur. Əgər Cəfər ibn Muhəmməd ibn Məsudun dəlalətini və etimadlı şəxs olduğunu isbatlaya  bilməsəydik belə, hədisin sənədində qeyd olunan digər raviyə Heydər ibn Muhəmməd Səmərqəndiyə yönələcəkdik. Hədis bu iki nəfərdən nəql olunur. Yəni hədis terminologiyasını nəzərə alaraq desək, hədis iki yolla nəql olunub.
Heydər ibn Muhəmməd Səmərqəndi – Mərhum Şeyx Tusi deyir: "Bu şəxs etimadlı fəzilət sahibi və dəyərli bir şəxsdir”. Şeyx Tusi onun adını iki yerdə qeyd edir. "Əl-Fehrest” kitabında deyir: "Fəzilətli və dəyərli bir şəxsdir”. (Şeyx Tusi, Əl-Fihrist, səh/64)  "Rical” kitabında isə buyurur: "Alim və dəyərli şəxsdir”. (Şeyx Tusi,  Rical, səh/463)
Əllamə "Xülasətül-əqval” kitabının birinci hissəsində deyir: "Alim, siqə (etimadlı) və dəyərli şəxsdir”.
Mərhum Mamaqani bu iki nəzəri birləşdirərək "O, siqədir (etimadlı şəxsdir)” – deyir.
Ayətullah Xoyi isə daha ehtiyatla davranaraq deyir: "Onun yaxşı və dəyərli insan olmasında irad yoxdur və bu barədə Şeyx Tusinin buyurduqları kifayətdir. Lakin bu deyilənlərə əsasən, onun etimadlı birisi olduğunu isbat edə bilmərik. Digər tərəfdən də Əllamə və İbn Davuddan öncə onu etimadlı hesab edən bir alimə rast gəlmədim. Mümkündür ki, bu iki alim Şeyx Tusinin onun dəyərli şəxs hesab etməsindən yanlış çıxarış etmişlər”. ( Xoyi, Rical, c/6, səh/316)
 Muhəmməd İbn Məsud (Əbu Nəzr) – O, "Əyyaşi” təfsirinin müəllifidir. Əvvəl əhli-sünnə alimlərindən olub, sonra isə şiəliyi qəbul edərək bu məzhəbə çox böyük xidmətlər edib.
Nəcaşi deyir: "O, etimadlı, doğru danışan və böyük şəxsiyyətlərdəndir. Əvvəllər əhli-sünnə məzhəbindən olmuş və onların hədislərindən çox eşitmişdir. Sonra isə şiə məzhəbini qəbul etmişdir”. (Nəcaşi, Rical, səh/35)
 Şeyx Tusi deyir: "O, dəyərli şəxslərdən idi. Çoxlu sayda hədislər bilirdi. Və onlar barədə əhatəli məlumata və aydın görüşə malik idi. Səhih hədisləri zəiflərdən ayırd etməyi bacarırdı. Hədislər (hədis elmi) barədə kifayət qədər məlumata malik idi”.( Şeyx Tusi, Əl-Fihrist, səh/136)
 Şeyx Tusi həmçinin "Rical” kitabında da onun barəsində belə deyir: "O, öz zamanında Şərqdəkilərin (Xorasan ətrafında) elm, fəzilət, ədəb, dərrakə və yüksək hafizə baxımından ən üstünü idi”. (Şeyx Tusi, Rical, səh/497, Xülasətül-əqval, birinci hissə, səh/247,  Möcəmür-rical, c/2, səh/315)
 Ayətullah Xoyi deyir: "Hədisin sənədində Cəfər ibn Muhəmməd ibn Məsudun varlığına əsasən Şeyx Səduqun nəql yolu da, həmçinin Şeyx Tusinin nəql yolu kimi zəifdir”.(Ayətullah Xoyi, Rical, c/17, səh/230)
 Mərhum Ayətullah Xoyi cənabları xırda bir nüansı nəzərdən qaçırmışdır. Tutaq ki, Şeyx Səduqun Sudeyrə yetişən yolunun İbn Məsudun varlığına görə zəif hesab edək. Lakin Şeyx Səduqun Heydər ibn Muhəmməd ibn Səmərqəndiyə yetişən başqa bir nəql yolu da vardır ki, Ayətullah Xoyinin özü belə Səmərqəndinin siqə və fəzilətli şəxs olmasını qəbul edir. Həmçinin Şeyx Tusi və Əllamə Hilli kimi digər böyüklər də onu etimadlı şəxs hesab etmişlər. Deməli, bura qədər hələki hədisin sənəd baxımından bir problemi yoxdur.
Cəbril ibn Əhməd əl-Faryabi – Şeyx Tusi onun barəsində deyir: "O, "Kəşş” məntəqəsinin sakini idi. İraq, Qum və Xorasan alimlərindən çoxlu sayda hədis nəql etmişdir”. (Şeyx Tusi, Rical, səh/458, Əl-Möcəmül-Muvəhhid, c/1, səh/172.)
 Mərhum Mamaqani "Vəcizə” və "Bəliğə” kitablarına əsasən, onun mədh olunduğunu deyir. Həmçinin Vəhid Bəhbəhaninin öz "Təliqəsində” belə buyurduğunu deyir: "Dayım (Əllamə Məclisi) onu mədh olunmuşlardan hesab etmişdir. Çox güman ki, bu nəzər Şeyx Tusinin onun çoxlu hədis nəql etdiyinə işarə edib ravisi olduğu hədislərə etimad edərək nəql etməsinə görədir”.
Buna əsasən, Cəbril ibn Əhmədin çoxlu sayda hədis nəql etməsi, Kəşşinin onun qeyd etdiklərinə etimad etməsi və dəyərli şəxs olması barədə şeirləri əl-Faryabinin etimadlı birisi olduğunu çatdırır.  
Mamaqani "Məcməür-rical” kitabının haşiyəsində müəllifin belə qeyd etdiyini deyir: "Kəşşinin onun adını çəkərək ondan hədis nəql etməsi onun etimadlı şəxslərdən biri və əlyazılarının etibarlı olduğunu çatdırır”.
Mərhum Mamaqani alimlərin nəzərini qeyd etdikdən sonra sonda öz rəyini qeyd edərək deyir: "Alimlərin fikirləri yerində deyilmiş və məqbuldur. Cəbril ibn Əhmədin nəql etdiyi hədisləri "müvəssəq” hesab etməsək belə,  onlar "həsən”hədislərdəndir”. (Tənqihül-məqal, c/1, səh/207)
Ayətullah Xoyi deyir: "Kəşşi ondan çoxlu sayda hədis nəql edir. Belə ki onun əlyazmasına rast gələn kimi etimad edərək nəql etmişdir. Lakin bildiyiniz və dəfələrlə işarə etdiyimiz kimi, qədim alimlərin etimadlılığına və hədislərinin həsən olmasına dair heç bir dəlil olmayan  şəxslərə etimad etmələri (əsalətül-ədalət) "ədalətin əsas olması” prinsipinə görədir”. ( Möcəmür-ricalül- hədis, c/4, səh/33)
Mərhum Tüstəri tənqidçi və hər ravinin etimadlılığını asanlıqla qəbul edən şəxs olmasına baxmayaraq, onun barəsində belə deyir: "Tədqiqat nəticəsində məlum olur ki, o,  Şeyx Əyyaşidir və Kəşşi ondan və əlyazmalarına etimad edərək çoxlu sayda hədis nəql etmişdir”.(Qamusur-rical, c/2, səh/565)
Ayətullah Tüstəri iki məqama, onun Şeyx Əyyaşi olmasına və Kəşşinin ona etimad etməsinə işarə etməsi həqiqətdə öz metodunun ortaya qoyulmasıdır. Lakin bu iki məqamın Cəbril ibn Əhmədin etimadlı olmasına dəlalət edib-etməməsi geniş və öz yerində müzakirə olunası bir mövzudur. Lakin müəyyən məqamları nəzərə alaraq demək olar ki, onun hədislərinin həsən olmasında bir problem yoxdur.
Musa ibn Cəfər Bağdadi – Mərhum Mamaqani onun barəsində belə deyir: "Onun imami və şiə məzhəbli olduğu ehtimal edilir. Lakin onun tərcümeyi-halı naməlum və məchuldur. Onun necə adam olması barədə bir söz deyə bilmərik. Bircə o qalır ki, onun həmin İbn Vəhəb Bağdadi olduğunu deyək”.
O, bu şəxs barədə belə deyir: "On iki imamçı şiələrdən olduğu ehtimal edilir, lakin tərcümeyi-halı naməlumdur”.
Mamaqani deyir: "İbn Vəhəbi bir yolla naməlumluqdan çıxara bilərik. İbn Davud onun adını etibarlılar sırasında  çəkir, deməli, ən azından nəql etdiyi hədislər həsəndir.  İbn Vəhəbin elə həmin Musa ibn Cəfər olması ehtimalı da var. Belə olan halda o Muhəmməd ibn Əhməd ibn Yəhyanın "Nəvadirül-hikmə” kitabında istisna etdikləri şəxslər arasında deyil. Yəni bu kitabda adları qeyd olunan hər bir kəs zəif, adları qeyd olunmayanlar isə zəif hesab edilmir. Ona görə də "əz-Zəxirə” kitabında hədisi nəql etdikdən sonra "hədisin nəql edən vasitələrdən biri də Musa ibn Cəfər Bağdadidir ki, etimadlı hesab edilməsə də, "Nəvadirül-hikmə” kitabındakı istisna olunmuş zəif ravilərdən də deyil” – deyir. Onun mədh edilməsi barədə bənzər ifadələr və şeirlər kifayət qədərdir”.
Digər tərəfdən də mərhum Mamaqani Vəhid Bəhbəhaninin belə dediyini nəql edir: "Muhəmməd ibn Əhməd ibn Yəhya ("Nəvadirül-hikmə” kitabının müəllifi) onu istisna etməmiş və ondan hədis də nəql etmişdir. Onun istisna olunmaması və ondan hədisin nəql olunmaması onun ədalətli şəxs olmasına dəlildir...” (Tənqihül-məqal, c/3, səh/255)
İbn Davud İbn Vəhəbi etibarlı şəxslər arasında qeyd edir, digər tərəfdən də onun Musa ibn Cəfər Bağdadi olması ehtimalı da vardır ki, o da "Nəvadirül-hikmə” kitabında istisna edilmiş zəif ravilərdən hesab olunmur. Buna əsasən, onun siqə və etimadlı şəxs olmasını qeyd etmək olmasa da, etibarlı və nəql etdikləri hədislərin də həsən olması qənaətinə gəlirik.
Həsən ibn Muhəmməd ibn Səmaə – Əllamə Hilli və Şeyx Tusi onu belə tanıtdırırlar: "Həsən ibn Muhəmməd ibn Səmaə, Əbu Muhəmməd Əl-kindi əs-Səyrəfi əl-Kufi vaqifi məzhəbindəndir. Ancaq barəsində yaxşı sözlər deyilir. Hədis seçimi və tənqidində məharətli olması ilə yanaşı, çoxlu sayda hədis bilirdi”. 
Nəcaşi və Əllamə onun  barəsində deyir: "Fəqih və etimadlı şəxsdir”. (Vəsailüş-şiə, c/20, səh/170, əl-xatəmə, Xülasətül-əqval, Nº 212,  İbn Davud, Rical, Nº 442,  Şeyx Tusi, əl-Fihrist, səh/51)
Ayətullah Xoyi deyir: "O, çoxlu hədis nəql etmiş fəqih, vaqifi şeyxlərindən biri və etimadlı şəxsdir (siqədir)”. (Xoyi, Möcəmür-ricalul hədis, c/4, səh/33)
Deməli, əqidəsində problem olmasına baxmayaraq, bu onun etimadlı şəxs olmasına xələl yetirmir.
 
 
Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 22 Mayıs 2016 19:26 | İstifadəçi | Şərh yazdı
ELINIZ QOLUNUZ VAR OLSUN BACIM COX GOZEL HEDISLERDIR ALLAH QEBUL ETSIN ,ALLAH SIZLERIN HER BIRINIZI AGAMIN ESGERLERINDEN QERAR VERSIN IN SE ALLAH AMIN.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.