Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bəndəlik məqamına nail olmağın yolu
Qeyd etdik ki, kamilliyin zirvəsi Allaha yaxınlıq, bu zirvəyə aparan yol isə ibadət və bəndəlikdir. Bəndəliyin mə`nası Allaha bəndə, yə`ni qul olmaqdır. Kamillik odur ki, insan Allahın iradəsi olmadan heç nəyə qadir olmadığını anlasın. Nə qədər ki, Allahla bəndə arasında pərdələr mövcuddur, həqiqəti dərk etmək qeyri-mümkündür. Allaha bağlı olduğunu qəlb gözü ilə görən insan bütün hərəkət və fəaliyyətində Onun tə`sir qüvvəsini hiss edir.
Belə bir məqama çatmaq üçün ilk addım insanın özünü Allahın iradəsinə tabe etməsidir. Adi insanlar öz iradəsini müstəqil bilir. Belə ki, çoxlarının istəyi Allahın istəyindən fərqlənir. Nə qədər ki, insan üçün iki iradə mövcuddur, o, özünü azad hiss edir. Allahlıq iddiasına düşən Fir`on da özünü azad bilirdi. Fir `onun adi bəndələrdən fərqi azadlıq hissində ifrata varması idi. Əlbəttə ki, bu azadlıq həqiqi azadlıq deyil. Həqiqi azadlıq Allaha qul olub başqala-rının əsarətindən çıxmaqdır. İnsanın öz nəfsinə və özü kimi insanlara tabe olub Allahın qanunlarına itaət etməməsi bu günkü dünyada azadlıq hesab olunsa da, həqiqətdə əsl əsarətdir. Amma Allah insana buyurur: "Səni azad yaratdım, başqalarına qul olma!” Söhbətimizdəki azadlıq da məcazi mə`na daşıyır. "Allahın istəyinin mənə dəxli yoxdur” deyən insanın özünə elə gəlir ki, o azaddır. Bəndəlik odur ki, insan həqiqəti, yə`ni hər şeyin Allah iradəsindən asılı olduğunu anlayır. Nəfsin azadlığı bəndəliklə bir araya sığmır. Bəndəlik yolunda irəliləyən insan nəfsini cilovladıqca kamal məqamına yaxınlaşır. Kamillik zirvəsinə çatdıqda isə nəfs unudulur və insan Allahın iradəsi ilə "nəfəs alır”.
Əgər bəndəlik məqamına çatmaq istəyiriksə, bizi bədbəxtliyə sürükləyən nəfsani istəkləri bir kənara qoyub Allahın istəklərini mehvər seçməliyik. Şəriətdəki vacib əməllər və haramlar ilahi istəyin təcəssümüdür. Bu hökmlərə əməl etməklə insan Allah iradəsinə təslimini möhkəmləndirir.
Bəndəliyin buxov deyil
İslam tə`limlərinə əsasən, bəndəlik buxov və məhdudiyyət demək deyil. Bəndəlik o deyil ki, insanın heç bir şəxsi nəzəri olmasın. Bəndəliyin müxtəlif mərtəbələri vardır. Həzrət Əli (ə) buyurur: "İbadət üç növdür: qulların ibadəti, tacirlərin ibadəti, azad insanların ibadəti. Bir qrup insan Allaha cəhənnəm əzabı qorxusundan ibadət edirlər—bu, qulların ibadətidir. Digər bir qrup Allaha behişt tamahı ilə ibadət edir—bu, tacirlərin ibadətidir. Bir qrup da var ki, Allaha pərəstişə layiq olduğu üçün ibadət edir—bu, azadların ibadətidir.”
İslam bu ibadətlərin heç birini rədd etmir. Əsas məsələ Allahın iradəsinə tabe olmaqdır. Əlbəttə ki, əsl bəndə Allahı ibadətə layiq bilərək azadanə ibadət etməlidir. Bir hədisdə buyurulduğu kimi, Allaha cəhənnəm qorxusu və behişt tamahı ilə yox, Onu ibadətə layiq bilərək pərəstiş etmək lazımdır. Belə abid əsl aşiqdir. Onu Allah qarşısında vadar edən mə`rifət və məhəbbətdir. Belə insan Allaha tərəf bir addım atdıqda, Allah ona on addım yaxınlaşır. Belə bəndə gecənin qaranlığı və gündüzün işığında Allahla ünsiyyətdən ayrılmır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |