» » » Bəndəliyin mərtəbələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bəndəliyin mərtəbələri
0
Müəllif: Aşiqi Rüqəyya | 18-05-2016, 11:00 | Baxılıb: 704
 
 
Bəndəliyin mərtəbələri

Qeyd etdik ki, insanı yaranış hədəfinə çatdıracaq yeganə yol bəndəlikdir. "Şə`baniyyə” münacatında mə`sum imamların istədiyi məqam həqiqi bəndəlk məqamıdır. Allahın dərgahında izzət nuruna qovuşmaq istəyənlər Onunla öz aralarında olan rabitəni gücləndirməlidirlər. Əlbəttə, insanın varlığının özü Allahla rabitədir. Sadəcə olaraq biz bunu dərk etmirik. Belə bir dərketmə hüzuri elm vasitəsi ilə mümkündür. Bunu dərk etməyən insan özü kimi kimdən və nədənsə asılı olan min bir vücuda bağlanır. Amma Allaha bağlanan kəs bütün səmərəsiz bağlılıqlardan azad olur. Bu mərtəbəyə qalxmış bəndə Allahdan qeyrisini görmür və Ondan qeyrisinin ətəyindən yapışıb kömək istəmir.
Bəndəliyin digər bir mərtəbəsində insan Allaha ibadət edir, iradəsini Allahın iradəsinə tabe edir. Bu bəndə anlayır ki, Allah onun səadət şərtlərini daha yaxşı bilir. Deyilənləri dərk edərək yerinə yetirilən ibadət şəksiz ki, qəbuldur. Allah yalnız insanın xeyri üçün nəyi isə vacib, nəyi isə haram buyurur. Bunu anlayan insan vacibə əməl edib haramdan çəkinir. Amma bu ibadət Həzrət Əlinin (ə) buyurduğu ibadət deyil. Çünki bu mərtəbədəki bəndə öz xeyirini düşündüyü üçün Allahın iradəsinə tabe olur. Belə itaət həkimin göstərişinə itaət kimidir. Xəstə həkimin sevdiyi üçün yox, öz sağlamlığını qorumaq istədiyi üçün ona itaət edir. Belə bir ibadət "azadanə” olmasa da qəbuldur. Amma bu ibadətdə özünəpərəstiş əlamətləri var. Onu tacirlərin ibadətinə aid etmək olar.
Hürr insanlar isə ibadət zamanı özlərini düşünmürlər. Onlar üçün ən mühüm məsələ mə`şuq qarşısında boyun əyməkdir. Mə`sum imamlar məhz bu sayaq ibadət etmişlər. Onlar Allahı ibadətə layiq bildikləri üçün ona səcdə edirlər. İmam Zeynül-abidin (ə) belə dua edir: "Xudaya, məni təkrar-təkrar cəhənnəmə aparıb oda çəksən də məhəbbətindən əl götürmərəm.” Mə`sumların mə`rifəti ilə bizim mə`rifətimiz arasındakı fərq aydın görünür. İstəyimiz həyata keçməyəndə necə də dilxor olur, naşükürlük edirik! Allah insana Onun xəlifəsi olmaq iste`dadını vermişdir. Bu məqama çatan insan Allahdan qeyrisini görmür, Allahdan qeyrisini köməyə çağırmır.
Belə bir məqama çatmaq arzusunda olub çalışan insanlar üçün mümkündür. İnsan aşağı mərtəbədən başlayıb addım-addım yuxarı qalxmalıdır. İlk addımda öz iradəmizi Allahın iradəsinə tabe edib nəfsin istəyini yox, Allahın istəyini yerinə yetirməliyik. Növbəti addımda öz razılığımızı Allahın razılığına tabe edib onun razılığına fədakarlıqla çalışmalıyıq. Kamillik zirvəsinə çatmaq üçün təkrar-təkrar sə`y göstərmək lazım gəlir. İnsan hər bir söz, hər bir hərəkətindən qabaq Allahın razılığını düşünməlidir. Bir dəfə nəfsi azad buraxmaq insanı xeyli geri atır. Amma çox-çox sə`y göstərənlərin işini Allah öz öhdəsinə götürür, öz zikri ilə bəndənin qəlbini işıqlandırır. Bəli, Allahın lütfünün nazil olduğu məqam vardır. "Sad” surəsinin 82-83-cü ayələrində oxuyuruq: "Şeytan dedi: And olsun Sənin izzətinə müxlis bəndələrindən savayı hamısını azdıracağam.” Qur`ani-kərim təsdiq edir ki, yalnız Allahı görən, yalnız Allahdan istəyən, yalnız Allahın iradəsi və razılığına tabe olan xalis bəndələr vardır. Onlar danışarkən, dinləyərkən, baxarkən, iş görərkən, hətta düşünərkən Allahın razılığını əsas götürürlər. Belə bəndənin həyatının hər dəqiqəsi ibadətdir. İbadət təkcə namaz və oruc deyil. Namaz və orucu ibadət edən bəndənin Allah iradəsinə tabe olmasıdır. Əgər bir insan namaz qılıb oruc tutmaqla Allahı yox, bir başqasını razı salmaq istəyirsə belə namaz və oruc ibadət sayılmır. Əksinə, Allahı razı salmaq üçün bir insanın acı sözünə səbr edən bəndə üçün bu səbr ibadətdir. Bəli, insan qəlbindən bütün bütləri qovub yalnız Allaha pərəstiş edə bilər. "Ən`am” surəsinin 79-cu ayəsində buyurulur: "(İbrahim dedi) mən, həqiqətən, müvəhhid olaraq üzümü göyləri və yeri yaradan şəxsə tərəf döndərmişəm və mən müşriklərdən deyiləm.” Həmin surənin 162-ci ayəsində oxuyuruq: "De ki, namazlarım, ibadətlərim, diriliyim və ölülüyüm aləmlərin Rəbbi olan Allah üçündür.”
 

Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)

Müəllif: Ustad Misbah Yəzdi

 
 
Bölmə: Dərslər / Əxlaq
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.