![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
![]()
Allaha yaxınlıq kamillik zirvəsidir
Bəs kamilliyin zirvəsi nədir? Nə zaman insanı tam kamil hesab etmək olar? İlahi peyğəmbərlərin tə`limlərinə əsasən tam kamillik Allaha yaxınlıqdır. Bütün peyğəmbərlər bu nəzəriyyəni tə`lim etmişlər. Eləcə də, Allaha yaxınlıq fitri bir ehtiyacdır. Qeyd etdik ki, hətta müşriklər və bütpərəstlər də Allaha yaxınlığa cəhd etmişlər. "Zumər” surəsi, ayə: 3.Bu da mə`lum oldu ki, insan özündə Allaha yaxınlığın heç olmazsa ən aşağı mərtəbələrini hiss etməsə, bu yaxınlığın həqiqi mə`nasını dərk edə bilməz. Amma bu qaranlıqdan çıxmaq mümkündür. Biz yaxınlıq dedikdə adətən məkan və ya zaman yaxınlığını təsəvvür edirik. Görənsən Allahla bu cür yaxınlıq mümkündürmü? Allaha zaman və məkanca yaxınlaşmaq olarmı? Allah-təala üçün zaman və məkan anlayışları mövcud olmadığından Onunla belə bir yaxınlıq qeyri-mümkündür. Bə`ziləri elə güman edirlər ki, Allah göydədir və insan göyə qalxarsa, Allaha yaxınlaşar. Bu fikir Allah haqqında mə`lumat-sızlıqdan doğur. "Nəcm” surəsinin 7-9-cu ayələrində İslam Peyğəmbərinin me`racına işarə ilə buyurulur: "O lap uca üfüqdə idi; sonra yaxına gəldi və aşağı endi, iki yay məsafəsində, yaxud ondan da yaxın oldu.” Allah cism olmadığından Onun maddi məkan baxımın-dan Peyğəmbərlə yaxınlığı tam məntiqsiz bir fikirdir. Hansı ki, həmin ayələri dəlil gətirərək Allahın göydə olduğunu iddia edənlər var. Ayədə isə heç şübhəsiz ki, məkan və zamanca yaxınlıq nəzərdə tutulmamışdır.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









