Əbəlfəzl (ə)-ın künyə və ləqəbləri
1- Qəməri Bəni Haşim:
O çox gözəl, nurani, fəzilət və kəramət sahibi olduğundan görə ona çoxlu ləqəblər vermişlər. O günəş tək nur saçırdı. Həzrət, öz atasının məktəbində həyat dərsi aldığı üçün onun kimi səxavətli, saleh, gücl, imanlı idi. Xalqın ehtiyaclarını həll etməkdə tayı-bərabəri yox idi. Ərəb içində nümunə idi. Onun qılıncının zərbəsi hər bir qüdrətli insanı qorxuya salırdı.
Həzrətin digər ləqəbləri bundan ibarətdir.
2-Babəl-Həvaic:
Bu ləqəb şiələrin və qeyri şiələrin, hətta müsəlman olmayan kəslərin yanında da məhşurdur. Mənası (Hacətlər qapsı), amma açıq mənası dərdi olanların bağlı qapsını açmaq deməkdir. Rəvaət olunur ki, hər kəs bir məclisdə 133 dəfə desə:
"Ya kaşifəl-kərbi ən vəchikəl Hüseyn ikşif kərbi bihəqqi əxikəl-Hüseyn". Allah onların əzəməti xatirinə o kəsin şəri istəklərini verəcəkdir.
3-Əbu Qirbə:
(Mənası su tuluğu, yaxud su qabı) deməkdir.
Həzrət Kərbəlada qoşunun çoxluğuna baxmayaraq, niyzə, qılınc və kəman oxundan qorxmadan onlara hücum çəkdi. Fərat çayından tuluğu su ilə doldurub qayıtdığda düşmən onu amansızcasına şəhid etdi. Bu adı ona görə o Həzrətə vermişlər.
4-Səqqa:
Su çatdıran deməkdir. Susuz həyat fəna deməkdir. Necə ki, Allah tala buyurur: "Vəcəəlna minəl mai küllə şəy`in həyy"(Ənbiya surəsi ayə 31)
Hər mövcudun həyatını sudan yaratdıq.
5-Əbdi Saleh:
Saleh bəndə deməkdir. Bu Həzrətin dərəcəsidir. İnsan ağlı və fikri onun bu məqamını dərk edə bilməz.
6-Atlas:
Bu ləqəb ona üzünün çox nurlu olmasına və düşmənlərə cəsarətlə hücüm çəkməsinə görə vermişlər.
7-Şəhid:
8-Yəqin:
9-Təyyar:
Yəni cənnətin müqəddəs aləm fəzasının ən ali dərəcələr və məqamlarında pərvaz etmək.
10-Əzzəinə:
Bu adı ona qadınları müdafiə etdiyinə görə vermişlər. O Həzrət Kərbəla səfəri boyunca qadınların dəvəyə mindirilib düşürülməsini öz öhdəsinə götürmüşdü.
11-Əlqəmi:
Çay adıdır ki, Həzrət onun kənarında şəhid olub.
12-Ələmdar:
İmam Hüseyn (ə) ın azadlıq bayrağını əlində tutmasına görə səhabələr onu bu adla adlandırdılar.
Kitabın adı: Hacətlər qapsı (Əbülfəzl Abbas əleyhissalam)
Müəllif: Dilavər Quliyev