» » » Şəban ayının birinci günü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəban ayının birinci günü
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 6-04-2019, 22:08 | Baxılıb: 4 835
     
     
    Şəban ayının birinci günü
     
    Orucun çoxlu fəziləti var. İmam Sadiqdən (ə) rəvayət olunur ki, hər kəs şəbanın ilk günü oruc tutsa, mütləq cənnət ona vacib olar.
    Seyid ibn Tavus peyğəmbərdən (s) bu ayın üç gününün gündüzlərini oruc tutan və gecələrində hər rükətdə bir dəfə "Həmd” və on bir dəfə "İxlas”la iki rükət namaz qılan şəxs üçün çoxlu savab nəql etmişdir.
    Bil ki, imamın təfsirində bir hədisdə şəban ayı və onun ilk günü barəsində çoxlu savablar və faydalar yazılmışdır. Bizim şeyximiz siqətül-islam Nuri o hədisi tərcümə etmiş və "Kəlimeyi təyyibə” kitabının axırında gətirmişdir. Hədis çox uzun olduğundan və bizim məqama uyğun gəlmədiyindən onun xülasəsini burada gətiririk. Hədisin qısa məzmunu belədir:
    Şəban ayının günlərindən birində Həzrət Əli (ə) məsciddə oturub qəza və qədər haqqında mübahisə edən bir dəstənin yanından keçirdi. Səs-küyləri ərşə qalxmışdı, artıq cidal (nahaq sözü yeritmək üçün mübahisə ki, şəriətdə haramdır) edirdilər. Həzrət onların yanında dayanıb salam verdi. Onlar da salamın cavabını qaytarıb ayağa qalxdılar və həzrətin onlarla oturmaqlarını istədilər. Həzrət onlara fikir verməyib buyurdu: "Ey faydasız sözlər danışan insanlar, bilmirsiniz ki, Allahın elə bəndələri var ki, danışmaqdan aciz olmadıqları halda Allahın xovfundan sakitdirlər. Onlar hər zaman Allahın əzəmətini fikirlərinə gətirirlər dilləri tutulur, ürəkləri partlayır, ağılları başlarından çıxır və ilahi əzəmətə heyran olurlar. Özlərinə gəldikdə isə pak əməlləri ilə Allaha tərəf üz döndərirlər, öz nəfslərini zalımlar, günahkarlar ilə bir tuturlar, halbuki onlar günahlardan, xətalardan pak və təmizdirlər. Onlar Allaha xatir az işə razı deyirlər, özlərinin çoxlu əməllərini çox saymırlar. Daima yaxşı əmələ məşğuldurlar. Hər vaxt onlara baxsan görərsən ki, qorxu ilə, iztirab ilə ibadətə dayanıblar. Siz hələ hardasız, (hansı məqamdasız) ey təzə iman gətirmiş insanlar, bilmirsiniz ki, sizdən qəza və qədərə ən bilikliniz ən sakitinizdir və ən nadanınız ən çox danışanınızdır. Ey təzə iman gətirənlər, bu gün şəbanın ayının əvvəlidir. Allah taala onu, onda xeyiri səpələdiyi üçün şəban adlandırmışdır. O, öz xeyir və həsənat qapılarını bu ayda açmışdır. Özünün hündür, qiymətli saraylarını çox ucuz qiymətə və asan əməllərlə sizə göstərmişdir. Onları alın! Lənət olunmuş İblis sizə şərr və bəla yollarını göstərmişdi. Həmişə azğınlığa, tuğyana, üsyana əl atmağa çalışırsınız. İblisin yollarına üz gətirirsiniz və sizin üzünüzə açılmış xeyirlərdən üz döndərirsiniz. Bu şəbanın əvvəlidir. Onun xeyirli yolları- namaz, oruc, zəkat, əmr be məruf, nəhy əz münkər, valideynə, qohumlara, qonşulara yaxşılıq, küsmüşləri barışdırmaq, fəqirlərə, miskinlərə sədəqə verməkdir. Sizin əlinizdən alınmış şey haqqında özünüzü əziyyətə salırsınız (yəni qəza və qədər haqqında mübahisə edirsiniz). Siz onda dərindən fikirləşməkdən və Allahın sirrini aşkar etməkdən nəhy olunmuşsunuz. Hər kim Allahın sirrini aşkar etməyə çalışsa zəlil və xar olar. Agah olun ki, əgər siz itaətkar bəndələr Allahın bu gündə sizin üçün nə hazırladığını bilsəydiniz, tutduğunuz işdən əl çəkərdiniz və sizə əmr olunan işlərə başlayardınız. Dedilər: "Ya Əmirəlmöminin, o nədir ki, Allah öz itaətkarları üçün hazır¬lamışdır?” Həzrət onlara peyğəmbərin(s) kafirlərlə cihada göndərdiyi qoşunun başına gələn hadisəni onlara danışdı.
    Çox qaranlıq və zülmət gecə idi. Düşmənlər qoşuna gecə, onların xəbəri olmadan hücum etdilər. Müsəlmanların hamısı yatmışdı. Zeyd ibn Harisə, Abdullah ibn Rəvahə, Tətadə ibn Numan və Qeys ibn Asimdən başqa heç kim oyaq deyildi. Hərəsi bir tərəfdə ibadət və Quran oxumaqla məşğul idi. Düşmənlər müsəlmanları ox atəşinə tutdular. Gecə çox qaranlıq olduğundan müsəlmanlar özlərini qorumaq üçün oxları görmürdülər. Az qalmışdı hamı həlak olsunlar. Birdən o dörd nəfərin ağzından nur saçmağa başladı və müsəlmanların ordusu bu nurlarla işıqlandı. Bu da onların cürətlənməsinə, igidlik göstərməsinə səbəb oldu. Qılınclarını çıxarıb düşmənləri öldürüb, yaralayıb, əsir tutdular. Hadisəni peyğəmbərə (s) danışdılar. Peyğəmbər (s) buyurdu: "Bu nurlar sizin qardaşların şəbanın əvvəlində etdikləri əməllərinə görə idi”. Həzrət bir-bir o əməlləri saydı. Sonra buyurdu: "Şəbanın ilk günü olduqda İblis öz qoşununu bütün yer üzünə səpələyir və onlara deyir ki, çalışın Allahın bəndələrini özünüzə tərəf çəkin. Allah taala da öz mələklərini yer üzünə göndərir və onlara deyir ki, mənim bəndələrimi qoruyun və onları hidayət edib yol göstərin. Əgər onlar imtina və tuğyan etməsələr xoşbəxt olacaqlar. Həddini aşmışlar İblisin dəstəsinə qoşulurlar. Həqiqətən, Allah taala şəban ayının birinci günü olduqda cənnət qapılarına əmr edir, onlar da açılırlar, Tuba ağacına əmr edir. O, öz budaqlarını bu dünyaya yaxınlaşdırır. Bu an Allahın carçısı belə nida edir: "Ey Allahın bəndələri, bu Tuba ağacının budaqlarıdır, onlardan sallanın ki, sizi cənnətə qaldırsın. Bu da Zəqqum ağacının budaqlarıdır ki, ondan çəkinin, sizi cəhənnəmə aparar.” Allahın rəsulu buyurdu: "Məni düzgüncəsinə peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kəs bu gün bir xeyir işin qapısını döysə, Tuba ağacının budaqlarından birindən tutmuşdur. Ondan asılın ki, sizi cənnətə qaldırsın. Hər kəs şər qapılarından birini döysə, həqiqətən Zəqqum ağacının budaqlarından asılmışdır ki, onu cəhənnəmə çəkib aparır”.
    Bu an Allahın rəsulu buyurdu: "Hər kəs bu gün bir müstəhəb namaz qılsa, onun bir budağına əl atmışdır, hər kəs oruc tutsa bir budağına, hər kəs ər-arvad, oğul-ata, qohumlar və qonşular arasında sülh yaratsa bir budağına, hər kəs alacağı olan qüdrətsiz şəxsin borcunu azaltsa bir budağına, hər kəs öz hesablarına baxa və onun borcunu qaytarmaqdan məyus olan şəxsin borcunu qaytarsa bir budağına, hər kəs bir yetimi öz öhdəsinə götürsə bir budağına, hər kəs bir axmaq insanı möminin abrına toxunmağının qarşısını alsa bir budağına, hər kəs Quran oxusa, ya ondan bir ayə oxusa bir budağına, hər kəs Allahı yada sala, onun nemətlərinə şükür edə bir budağına, hər kəs xəstəyə baş çəksə bir budağına, hər kəs ata-anasını, ya onlardan birinə yaxınlaşsa bir budağına, hər kəs bu gündən qabaq birini hirsləndirsə bu gün onu sevindirsə bir budağına, hər kəs bir cənazəni dəfn etsə bir budağına, hər kəs müsibətə düçar olmuş şəxsə baş sağlığı versə bir budağına və hər kəs hər hansı bir xeyrin qapısını açsa o ağacın bir budağından yapışmışdır.” Sonra Allahın rəsulu buyurdu: "Məni peyğəmbəriliyə seçən Allaha and olsun ki, hər kəs şər və günah qapılarından birini döysə Zəqqum acağının budaqlarının birindən asılmışdır ki, onu cəhənnəmə çəkmişdir.” Bu an buyurdu: "Məni peyğəmbərliyə göndərənə and olsun, hər kəs vacib namazlarında səhlənkarlıq edə, onun bir budağına, hər kəs zəif, fəqir insan onun yanına gələ, onun vəziyyətindən agah ola və özünə ziyanı olmadan ona kömək etməyə imkanı ola və onun əlindən tutan olmaya, amma ona kömək etməyə, onu həlak olmağa qoysa bir budağına, hər kəs ondan günahkar insan üzr istəyə, amma onun üzrünü qəbul etməyə və onu günahının miqdarında pisləyə, bəlkə ondan artıq pisləyə bir budağına, hər kəs ər-arvad, ata-oğul, qardaşla qardaş, qohumlar, qonşular, dostlar, bacılar arasında ayrılıq salsa bir budağına, hər kəs kasıb insanın işində çətinlik yaratsa, onu sıxsa, halbuki bilir o şəxs kasıbdır onun çətinliyinı, bəlasını artırsa bir budağına, hər kəs boynunda borc ola, onu sahibinə inkar edə və o borcu boynundan götürməyə çalışsa, bir budağına, hər kəs yetimə zülm edə, ona əzab verə və onun malını xarab edə bir budağına, hər kəs möminin namusuna daxil ola və camaatı da ona vadar edə bir budağına, hər kəs elə avaz oxuya ki, camaatı günaha sala bir budağına, hər kəs otura və öz döyüşlərdə etdiyi pis işləri Allahın bəndələrinə zülmlərini sadalaya və onlarla iftixar etsə bir budağına, hər kəs qonşusu xəstə ola, ona baş çəkməyi özünə sığışdırmaya və ona dəyməyə getməyə bir budağına, hər kəsin qonşusu pis, alçaq olduğu üçün onu basdırmağa getməsə bir budağına, hər kəs zülm görmüş, müsibət çəkmiş insandan həqarət üzündən ondan üz döndərsə bir budağına, hər kəs valideyninin üzünə qayıtsa bir budağına, hər kəs valideynlərin üzünə qayıda və onları sevindirməyə imkanı olduğu halda onları sevindirməsə bir budağına və hər kəs hər növ şər, günah iş görsə o ağacın bir budağına asılmışdır. Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, Tuba ağacına asılmışlar cənnətə tərəf gedəcəklər.” 
    Bu anda Allahın rəsulu başını bir az göyə qaldıranda güldü və sevindi, başını aşağı saldıqda isə qaşqabağını yığıb üzünü turşutdu. Üzünü səhabələrinə tutub buyurdu: "Məhəmmədi peyğəmbərliyə göndərən Allaha and olsun ki, gördüm Tuba ağacı yuxarı qalxır və ondan asılmışları cənnətə tərəf özü ilə aparır. Onlardan bəzisi bir budağına, bəzisi iki budağına, bəzisi üç budağına, bəzisi isə gördüyü işlərə əsasən daha çox budaqlara asılmışdılar. Sonra Zeyd ibn Harisəni görürəm ki, bu ağacın budaqlarının çoxuna asılmışdır. Budaqlar da onu cənnətin ən uca məqamına (əla illiyyinə) qaldırır. Ona görə güldüm və sevindim. Sonra yerə baxdım, məni peyğəmbərliyə seçən Allaha and olsun ki, Zəqqum ağacının budaqlarının aşağı getdiyini və özü ilə ondan asılanları cəhənnəmə tərəf apardığını gördüm. Onların bəzisi bir budaqdan, bəzisi iki budaqdan, bəzisi isə etdikləri pis əməllərə əsasən daha çox budaqlardan asıldığını gördüm. Bəzi münafiqləri gördüm ki, daha çox budaqlara asılmışlar və onları cəhənnəmin dibinə (əsfələ safilinə) aparır, ona görə üzümü turşutdum və qaşqabağımı yığdım.
     
     
    Kitabın adı: Məfatihul Cinan
     
     
    Bölmə: Hicri-Qəməri təqvimi / Şaban
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 7 Nisan 2019 10:16 | İstifadəçi | Şərh yazdı
    Allahin rehmetine siqiniram

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Kerbela Gunesi | Status: İstifadəçi Offline | 8 Mayıs 2016 16:19 | İstifadəçi | Şərh yazdı
    Salam aleykum, Allah razı olsun bacım, Allah elmini kamil və bərəkətli etsin inşaallah, çox gözəl mövzudur. Allah təala bizi bu Şaban ayında hidayət olmuşlardan qərar versin, bu ayın çox gözəl fəzilətli əməlləri var Allah bu əməlləri etməyi bizə nəsib etsin inşaallah. Allah təala bizim ürəklərimizi Özünün eşqi ilə doldursun o qəlbdə ki Allah eşqi var o qəlblər heç bir vaxt dərd görməz. İnşaallah bu ayda da dualarımız ağamız İmam Zamanla olsun inşaallah ki tez bir müddətdə gəlsin haqq ədalət öz yerini tapsın. Bu ay nurla dolu olan bir aydır, gözəl seçilmiş günləri var Allah təala o gözəl günlərin hörmətinə ağamızın zühurunu təcil etsin. Onun həsrətindən xəstə düşmüş ürəklərə onun gəlişiylə şəfa versin inşaallah. Allah bizi 14 məsumun bu dünyada ziyarətindən axirətdə isə şəfaətindən binəsib etməsin inşaallah..
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 8 Mayıs 2016 00:44 | Redaktor | Şərh yazdı
    Allah bu müqeddes aylarda tutduğumuz orucları etdiyimiz duaları qebul etsin Allah günahlarımızı bağışlasın Amin.Allah senden razı olsun bacım sayende şaban ayının feziletleri haqqında etraflı bildik ellerin derd görmesin İnşAllah çox sağ ol Allah axiretini gözel etsin bacım Amin.Videoda gözel hazırlanıb quşların ceh-cehi çox gözeldi İnşAllah behiştde eşiderik Allah Tural qardaşdan razı olsun Allah her zaman kömeyi olsun Amin.Şaban ayınız mübarek olsun.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 7 Mayıs 2016 22:25 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim cox gozel movzudur ,Allah butun namaz, oruc,dualari qebul etsin ,Allah bu mubarek aylara xatir biz gunahkarlarin gunahlarini bagislasin .in se Allah amin.


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 7 Mayıs 2016 19:12 | Sayt nəzarətçisi | Şərh yazdı
    Sitat Alemdar Salamun Alleykum Allah razı olsun mubarek ayımızın ilk gunu mubarek olsun ugurlu olsun mujdeli olsun ziyyaret dolu olsun Amin cox sevirem bu ayı en cox sevdiyim sebirsizlikle gozlediyim aydır ozumde yungulluk hiss edirem rahat oluram ele bilirem her wey eminamanligdır Ramazanıda cox sevirem ama her zaman icimde bir heyacan olur kewke hec bitmeseydi  her zaman Ramazan olsaydı qurtarana yaxın ele bir hissyawayıram ele bilki Kerbeladan eve qayıdıram bowlug olur adamın qelbinde  inwallah Allah uc ayın feyzinden bizleri binesib etmesin tutdugumuz oruclar verdiyimiz ehsanlar movludlar  namazlar butun ibadetlerimiz Allah terefinden ali derecede qebul olar Amin Allahdan arzu ediremki bu ayların hormetine hesret cekenlere Kerbela nesib olsun Amin Allah ehlibeyt hormetine Eliye wefa versin OL DESE OLUR her weye gore admin qardawa borcluyuq   ibadetlerinizde onun ovladına dua etmeyi unutmayın inwallahki dualarımız qebul olar Amin
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 7 Mayıs 2016 16:56 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum Allah razı olsun mubarek ayımızın ilk gunu mubarek olsun ugurlu olsun mujdeli olsun ziyyaret dolu olsun Amin cox sevirem bu ayı en cox sevdiyim sebirsizlikle gozlediyim aydır ozumde yungulluk hiss edirem rahat oluram ele bilirem her wey eminamanligdır Ramazanıda cox sevirem ama her zaman icimde bir heyacan olur kewke hec bitmeseydi  her zaman Ramazan olsaydı qurtarana yaxın ele bir hissyawayıram ele bilki Kerbeladan eve qayıdıram bowlug olur adamın qelbinde  inwallah Allah uc ayın feyzinden bizleri binesib etmesin tutdugumuz oruclar verdiyimiz ehsanlar movludlar  namazlar butun ibadetlerimiz Allah terefinden ali derecede qebul olar Amin Allahdan arzu ediremki bu ayların hormetine hesret cekenlere Kerbela nesib olsun Amin Allah ehlibeyt hormetine Eliye wefa versin OL DESE OLUR her weye gore admin qardawa borcluyuq   ibadetlerinizde onun ovladına dua etmeyi unutmayın inwallahki dualarımız qebul olar Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 7 Mayıs 2016 13:17 | İstifadəçi | Şərh yazdı
    bele bir movzunu paylawdiqin ucun cox saq ol baci Allah bizlere bu Waban ayindan yeterince faydalanmqi nesib etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.