» » Günahın təmizlənməsi haqqında bir neçə hekayə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Günahın təmizlənməsi haqqında bir neçə hekayə
    +5
    Müəllif: RuQeYyA | 3-05-2016, 14:30 | Baxılıb: 413
     

    Günahın təmizlənməsi haqqında bir neçə hekayə
     
    1. Əbu Lübabə Peyğəmbərin (s) səhabələrindən idi. Onun qabaqcadan yəhudilərin Bəni-qüreyzə qəbiləsi ilə qohumluğu var idi. Yəhudilərin Peyğəmbərin (s) qarşısında müqavimət göstərmələrindən sonra, O Həzrət yəhudi qəbilələrini islam dininin mərkəzi olan Mədinə şəhərindən sürgün etməyi və onların başçılarını qətlə yetirməyi qərara aldı. Bəni-qüreyzə qəbiləsi bu vaxt bir qalada mühasirədə idilər. Ovs qəbiləsindən bə’zi şəxslər Peyğəmbərin (s) hüzuruna gəlib yəhudilərin bağışlanmasını xahiş etdilər. Peyğəmbər (s) onlara buyurdu:
    Razısınızmı ki, yəhudilərin haqqında qəzavət (mühakimə) etməyi sizin qəbilənizdən bir nəfərə tapşırım?
    Ovs tayfasından gələnlər bu suala müsbət cavab verdilər. Peyğəmbər (s) Sə’d ibn Məazı bu iş üçün tə’yin etdi. Lakin Bəni-qüreyzə qəbiləsi Sə’din bu işə tə’yin olunmasına razı olmadılar. Onlar Əbu Lübabəni onlarla müzakirə etməyə tə’yin olunmasını tələb etdilər. Peyğəmbər (s) Əbu Lübabəni onlarla müzakirə etməyə göndərdi. Onlar Əbu Lübabənin ətrafına toplaşıb özlərinin yazıq və zəif olmalarını izhar etdilər. Onlar həmçinin Əbu Lübabədən soruşdular ki, Sə’d ibn Məazın bizim haqqımızda hakim olmasına razı olaq, ya yox?
    Əbu Lübabə dedi: Eybi yoxdur. Lakin əli ilə boynuna işarə etdi. Yə’ni Sə’d sizin hakiminiz olsa boynunuz vurulacaq. Bununla da o müsəlmanların hərbi sirlərindən birini düşmənlər üçün faş etdi. Amma tez öz günahını başa düşdü və bildi ki, Peyğəmbərə (s) və müsəlmanlara xəyanət edib. O biri tərəfdən "Ənfal» surəsinin 27 və 28-ci ayələri Allaha və Onun Peyğəmbərinə (s) xəyanət etməyi qadağan etmişdir. Əbu Lübabə o qədər narahat və xəcalətli idi ki, daha Peyğəmbərin (s) hüzuruna qayıtmadı. O, birbaşa məscidə getdi və özünü məscidin sütunlarından birinə bağladı. Əbu Lübabə 10 gün orada qaldı. O, Allaha dua edir və günahının bağışlanmasını istəyirdi. Bu vaxt «Tövbə» surəsinin 102-ci ayəsi nazil oldu və onun tövbəsinin qəbul olunmasını e’lan etdi.
    Maraqlı budur ki, Əbu Lübabə öz günahını yumaq üçün Peyğəmbərə (s) ərz etdi: Tövbənin qəbul olunmasının şükrünü yerinə yetirmək üçün bütün var-dövlətimi Allah yolunda paylamaq istəyirəm.
    Peyğəmbər (s) buyurdu: Varının hamısını paylamağa icazə vermirəm.
    «O ərz etdi: Onda üçdə iki hissəsini.
    Peyğəmbər (s) buyurdu: O da çoxdur.
    O, ərz etdi: Onda icazə ver, malımın üçdə bir hissəsini yoxsullara paylayım.
    Peyğəmbər (s) qəbul etdi. Əbu Lübabə varının üçdə birini Allah yolunda payladı.
    2. İki qardaş birlikdə Həcc əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf yola düşdülər. Onlardan birinin adı Yə’qub idi. Səfər zamanı bu iki qardaşın arasında inciklik yarandı. Onlar dava etdikdən sonra küsərək bir-birindən ayrıldılar və bununla də böyük bir günah etmiş oldular. Bu səfərdən sonra Yə’qub Mədinə şəhərinə gəlib İmam Musa Kazimin (ə) hüzuruna çatdı. İmam (ə) ona buyurdu:
    «Sən filan yerdə qardaşınla dava etdin. Bir-birinizə nalayiq sözlər dediniz. Bu cür hərəkətlər mənim və ata-babalarımın dini ilə ziddir. Allahdan qorx! Bunu bil ki, bir-birinizlə dava edib ayrıldığınıza görə tezliklə ölüm sizi bir-birinizdən ayıracaq. Qardaşın bu səfərdən vətənə qayıtmazdan əvvəl dünyasını dəyişəcək. Sən isə peşman olacaqsan».
    Tutduğu işdən çox nigaran olan Yə’qub İmama ərz etdi: Bəs mənim aqibətim necə olacaq?
    İmam Kazim (ə) buyurdu:
    اَمّا اِنَّ اَجَلَكَ قَدْ حَضَرَ حَتّى وَصَلْتَ عَمَّتَكَ بِما وَصَلْتَها بِهِ فِي مَنْزِلِ كَذا وَكَذا فَزِيدَ فِي اَجَلِكَ عِشْرُونَ
    «Sənin də ömrün sona çatmışdı. Lakin yarı yolda filan yerdə yaşayan bibinin yanına getdin və onu özündən razı saldın. Buna görə sənin ömrün 20 il artdı».
    İmamın dediyi kimi də oldu: Yə’qubun qardaşı o səfərdə dünyasını dəyişdi, özü isə o hadisədən sonra 20 il yaşadı. 
    Deməli, Yə’qub bibisini yoxlamaqla əvvəlki günahını bir növ bağışlatdırdı.
    3. «Nəkə» tayfasının böyüklərindən bir nəfər İmam Baqirin (ə) hüzuruna gəldi və ərz etdi:
    Mən Həccacın (Əbdül Məlikin tərəfindən Kufədə hakim olan zülmkar şəxs) zamanından indiyə qədər, (əməvi xəlifələrinin tərəfindən) hökmdar olmuşam. Mən tövbə edə bilərəmmi?»
    İmam sükut etdi. O, sualını təkrar etdi. İmam buyurdu:
    لا حَتّى تُؤَدِّيَ اِلى كُلّ ذِي حَقٍّ حَقَّهُ
    «Təkcə o vaxt tövbən qəbuldur ki, haqlarını yediyin şəxslərin hamısının haqqını özlərinə qaytarasan».
    4. Əbu Xədicə deyir ki, İmam Sadiq (ə) buyurdu:
    Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəldi və dedi: Cahiliyyət dövranında (yə’ni islamdan qabaqkı dövrdə) bir qızım oldu. Onu saxladım. O daha həddi-buluğa çatmışdı. Bir gün təzə paltarlarını ona geyindirib, bir quyunun kənarına apardım. Sonra onu quyuya atdım. Ondan eşitdiyim axırıncı söz bu idi: Atacan!) İndi isə peşman olmuşam. Sizdən istəyirəm ki, buyurasınız, mən bu günahımı hansı işlə yuya bilərəm?
    Peyğəmbər (s) buyurdu: Anan varmı?
    O dedi: Xeyr.
    Peyğəmbər (s) buyurdu: Xalan necə, varmı?
    O dedi: Bəli.
    O Həzrət buyurdu:
    فَاَبْرِزْها فَاِنَّها بِمَنْزِلَةِ الاُْمِّ يُكَفِّرْ عَنْكَ ما صَنَعْتَ
    «Onda xalana yaxşılıq et! Çünki o da ana kimidir. Ona yaxşılıq etsən, günahın yuyulacaq».
    Əbu Xədicə deyir: Mən İmam Sadiqdən (ə) soruşdum ki, bu hadisə nə vaxt baş vermişdir?
    İmam buyurdu: «Bu hadisə cahiliyyət dövründə baş vermişdi. Çünki o dövrdə qızları başqa qəbiləyə əsir düşüb uşaq dünyaya gətirməsin deyə, öldürürdülər».
    5. Əli ibn Yəqtin, Harun Ər-Rəşidin vəziri və İmamlarımızın dostlarından idi. O, Harunun vəziri olmaq üçün gizlində İmam Kazimdən icazə almışdı ki, bu işlə müsəlmanlara xidmət etsin. Bir gün İbrahim adlı bir dəvə otaran ehtiyac üzündən Əli ibn Yəqtinin yanına gedir. Amma Əli ibn Yəqtinin vəzirlik məqamı İbrahimin istəyinin yerinə yetirmək, Hətta İbrahimə onun hüzuruna gəlmək icazəsini də vermir. Bu hadisədən bir neçə vaxt sonra Əli ibn Yəqtin həcc səfərinə gedir. O, bu səfərdə İmam Kazimi (ə) ziyarət etmək üçün Mədinə şəhərinə dönür. Lakin İmam onu qəbuluna buraxmır. O, çox çalışsa da İmamı ziyarət etməyə müvəffəq olmur. Axırda İmam evdən kənarda onunla görüşür. Əli İmamdan bu soyuqluğun səbəbini soruşur. İmam Kazim (ə) ona buyurur: Nə üçün filan gün İbrahimə e’tinasızlıq edib onu qəbuluna buraxmadın? Sənin bu günahına görə bu ilki həccin Allah dərgahında qəbul olunmayacaq. Ancaq onu özündən razı etsən, Həccin qəbul ola bilər.
    Əli ibn Yəqtin bu sözü eşitdikdən sonra birbaşa Kufə şəhərinə qayıdıb İbrahimin evinə gedir. İbrahimi gördükdən sonra onun qarşısında üzünü torpağa qoyur və ondan xahiş edir ki, ayaqlarını onun üzü üstə qoysun. Bununla da o, İbrahimi özündən razı salır və Mədinə şəhərinə İmam Kazimin (ə) hüzuruna qayıdır. İmam onu hüzuruna qəbul edərək günahını təmizləmək üçün etdiyi bu işə görə ona təşəkkür edir. Əli ibn Yəqtin də günahının bağışlanmasından şad olur.
    6. Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı, lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı.
    O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman olmuş halda Peyğəmbərin (s) hüzuruna gəldi və əhvalatı danışdı. Bu vaxt Peyğəmbərin (s) gözləri yaşla doldu və ağlamağa başladı. O Həzrət Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?»
    Peyğəmbər (s) buyurdu:
    اَعْتِقُ عَنْ كُلِّ مَوْئُودَة نَسَمَةً
    «(Günahlarını yüngülləşdirmək istəyirsənsə) Basdırdığın hər qızın əvəzində bir qul azad et!».

     
    Kitabın adı: Günahşünaslıq
    Müəllif: Möhsin Qəraəti
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.