İsmi pünhan yolunu gözləyirəm hər səhər axşam,
Pünhan izini izləyirəm, hər səhər axşam.
Zühurun izni nə vaxt sadir olar, ey mәhi taban?
Örtür deli qəmxanəmi qəm, hər səhər axşam.
Zalımın zülmü çatır ərşə, daha dözməyir insan,
Daim axıdır göz yaşı zəm-zəm, səhər axşam.
Sən izni mulaqat verəsən, bəxtəvər ollam,
Xidmətçi kimi qulluğa gəlləm, səhər axşam.
Sənin izninlə mənim qəlbimə ox sancıla, ey dost!
Xoşdur mənə Sənin əmrinlə öləm mən, səhər axşam.
Sənin hicranına dözmək daha olmur,
Hər kimsə görür gözlərimi nəm, səhər axşam.
Keçdikcə ömür məyus olub ağlayıram mən,
Göz yaşımı xəlvətcənə silləm, səhər axşam.
Zülm ilə dolub yer üzünə qan ələnibdir,
Həsrətlə Səni gözləyir aləm, səhər axşam.
Sәni görmәkdә mәnim vardı qüsurum,
Heç olmasa mәni gör Sәn, sәhәr axşam.
Ey Səməndər, səni yad etməsə gər, Həzrəti Höccət,
Getməzdi üzündən bu qədər qəm, səhər axşam.
Müəllif: Kәrbәlayi Sәmәndәr Qarabağlı