Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İnsanı nəfsin tərbiyəsinə sövq edən amillər
İnsanı Allaha yaxınlaşmağa sövq edən amillərdən biri Qur`ani-kərimdəki təşviqlərdir. Behiştdəki bağlardan, hurilərdən, süd və bal axan çaylardan danışan ayələr bu qəbildəndir. Qur`an nəfsinə nəzarət edib onu kamala çatdıranlara misilsiz ne`mətlər və`d edir. Amma Qur`anda təşviqdən əlavə təhlükədən xəbər verən ayələr də vardır. İnsana xatırladılır ki, nəfsinə nəzarət etməyənləri müxtəlif bəlalar gözləyir. Allah-təala insana xəbərdarlıq edərək buyurur ki, ey insan, əlli il ömür sürdükdən sonra səni peşman edəcək günahlardan uzaq ol.
Əgər bağımızda bir ağac əkib neçə illər zəhmətini çəksək onun quruması bizi mə`yus edər. İnsanın vücudu Allahın yer üzündə əkdiyi ağaca bənzəyir. Bu ağaca lazımi tərzdə qulluq edilməsə çətin ki bəhrə verə.
İnsanda nəfsin tərbiyəsinə maraq oyatmaq üçün müxtəlif ayələrdə cəhənnəm əzabından danışı-lır. "Nisa” surəsinin 56-cı ayəsində oxuyuruq: "Ayələrimizi inkar edənləri oda yaxacaq və əzabı dadsınlar deyə yanmış dərilərini yenisi ilə əvəz edəcəyik.” "Nəbə” surəsinin 40-cı ayəsində buyurulur: "Sizi yaxın olan əzab ilə xəbərdar etdik. O gün insan öz əlləri ilə göndərdiyi əməllərə baxar və kafir olan kəs deyər: «Ey kaş torpaq olaydım.»” Bəli, elə bir gün gələr ki, bə`ziləri «öz vücud ağacları»ndan bəhrə götürə bilməz. Belə insanları həsrət və peşmançılıq bürüyər. Şübhə yoxdur ki, onlar özləri-özlərini müsibətə salarlar. "Yunis” surəsinin 44-cü ayəsində buyurulur: "Allah heç vəchlə kimsəyə zülm etməz, amma insanlar özləri-özlərinə zülm edirlər.” Allah-təala insanı gözəl biçimdə yaratmış və ona səadət yolunu göstərmişdir: "Öz aranızdan sizə peyğəmbər gəlmədimi ki, ayələrimi sizə oxuyub bu günkü görüşdən xəbərdar etsin?”("Ən`am” surəsi, ayə: 130)
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |