Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Nə qədər ki insan özü nəfsin təkamül mərhələsinə çatmayıb bu işin həqiqi mə`nasını dərk edə bilməz. Anadan kor doğulmuş insana bir ömür rənglərdən danışsaq da heç nə anlada bilmərik. İnsana bir şeyi anlatmaq üçün o insanın idrakında zəif də olsa nümunə olmalıdır. Bu nümunə olmadan deyiləni təsəvvür etmək mümkün deyil. Nəfsin kamalını "dad-mamış”, ona "toxunmamış” insan nəfsin təkamülünü anlamaqda acizdir. İnsana tanımadığı bir meyvəni tə`rif edəndə həmin şəxs bu meyvənin turş və ya şirin olması barədə sual verir. Onun təsəvvüründə "turş” və "şirin” anlayışları olduğundan bu anlayışlar vasitəsi ilə deyiləni dərk etmək istəyir. Bəs bu dadlardan xəbərsiz olan insana danışmağa dəyərmi?! Bütün bu ləzzətlərdən xəbərsiz insana mə`lumat verməklə təşviq etmək olar. Nəfsin kamilliyini anlatmaqda ayə və hədislər bu işi görür.
Bəli, adi insanlar üçün ibadət və duanın ləzzəti anlaşılmazdır. Amma bu ləzzəti cüz`i də olsa dadanlar "Xəmsi-əşərə” duasında zikr olunduğu kimi belə deyəcək: "İlahi, Sənin zikrinin ləzzətindən başqa olan bütün ləzzətlərdən tövbə edirəm.”
Əlbəttə ki, ləzzət ümumi məfhumdur və onun müxtəlif nümunələri vardır. Biz ləzzət məfhumunu anlasaq da onun bə`zi nümunələrindən xəbərsizik. Bir çox insanlar Allahla ünsiyyətin ləzzətindən tam xəbərsizdir. Belələrinə ləzzət məfhumunu anlatmaq olmasa da bu ləzzətin dəyərini izah edib təşviq etmək mümkündür. Hər bir insanın nəzərinə çatdırılmalıdır ki, cismani ləzzətlərdən daha üstün ruhani ləzzətlər vardır. Qur`ani-kərimdə insanları behişt ne`mətlərinə çatmaq üçün təşviq edərkən bu üsullardan istifadə olunur. Məsələn, insanlar dünyadakı şərabdan xəbərdar olduğu üçün Qur`an buyurur: «Təqvalılara və`də verilən rəngi və qoxusu dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və baldan arxlar...» "Muhəmməd” surəsi, ayə: 15.Dünyadakı şərab insanın əqlini başından çıxarıb onu dərdə düçar etdiyi halda, behişt şərabı tamamilə zərərsizdir. "Vaqiə” surəsinin 19-cu ayəsində oxuyuruq: "Onu içəndə başları ağrımaz və ağılları azalmaz.” Əgər dünyadakı süd və bal bir müddətdən sonra dadını dəyişirsə, behiştdəki bal və süd heç zaman tamını itirmir. Qur`an insanlara tanış mə`nalardan istifadə etməklə onları axirət həyatına həvəsləndirir.
Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
Müəllif: Ustad Misbah Yəzdi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |