» » Müjdə ey Əhli şiə, bu günü Hüseyn-Kərbubəla günüdür!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3146
Şərhləri: 32
Admin 31 Ekim 2013
Xəbərləri: 2825
Şərhləri: 1520
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1921
Şərhləri: 1700
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 1629
Şərhləri: 2400
Elya 20 Haziran 2014
Xəbərləri: 1311
Şərhləri: 2774
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 777
Şərhləri: 3874
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 492
Şərhləri: 503
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 737
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3931

Online Sual-Cavab



Youtube kanalımıza Abunə ol

Təqvim


Statistika

+2  
Xəbərlər: 17936
+0  
Şərhlər: 48958
+0  
İstifadəçilər: 5928

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 5912

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 17
Ay ərzində: 41

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2018    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müjdə ey Əhli şiə, bu günü Hüseyn-Kərbubəla günüdür!
+10
Müəllif: Yusifi Zehra | 20-04-2018, 15:36 | Baxılıb: 11 831
Salam olsun sənə ey Əba Əbdillah, Salam olsun sənə, Rəsulullahın oğlu!. Salam olsun sənə, ey Əmirəl-mö’minin, ilahi vəsilərin (canişinlərin) ağasının oğlu! Salam olsun sənə, ey hər iki aləmin yeganə xanımı olan Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey sarəllah və sarəllahın oğlu.  
 Məhərrəm Ayı 
Məhərrəm AyıMəhərrəm Ayı
 Fatimə əleyhəs-səlam:«Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri (s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.» (Kifayətul-əsər, səh.194)
Məhərrəm AyıMəhərrəm Ayı
 İbn Abbas:«Allahın Peyğəmbəri (s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O özü necə gözəl süvaridir!» (Sünən Tirmizi, c.5, səh.661, hədis 3784)
Məhərrəm AyıMəhərrəm Ayı
 Bəra ibni Azib deyir: Allahın Rəsulu (s) Hüseyni qucağına götürüb deyirdi: «Pərvərdigara, mən onu çox istəyirəm, Sən də onu çox istə!»
Məhərrəm AyıMəhərrəm Ayı
İmam Sadiq (ə) buyurub: «Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey möminlərin göz yaşı!
Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!» (Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)

Məhərrəm AyıMəhərrəm Ayı

 

 Allahın Peyğəmbəri(s): «Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın.» (Mənaqib ibn Şəhr Aşub, c.4, səh.73)

Məhərrəm AyıMəhərrəm Ayı
 Allahın Rəsulu (s) buyurub: «... O (Hüseyn) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir, Ona itaət etmək mənə itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə, məndən deyil.» (Əmali-(Səduq): səh. 101)
Məhərrəm AyıMəhərrəm Ayı
Hüzəyfət ibni Yəmani deyir: Peyğəmbəri Əkrəm (s) Hüseyn ibni Əli (ə)-ın əlindən tutub deyirdi: «Ey camaat, bu Hüseyn ibni Əlidir, onu tanıyın. And olsun Alaha ki, mənim canım onun ixtiyarındadır, həqiqətən o (Hüseyn) cənnətdədir, onu sevənlər və onu sevənləri sevənlər də cənnətdədir. (Əmalis Səduq: səh. 478/4)

Məhərrəm AyıMəhərrəm Ayı 

Allahın Rəsulu (s) buyurub: «Hüseynin vasitəsi ilə insanlar (onun yolu ilə gedənlər) xoşbəxt və (ona qarşı çıxanlar) bədbəxt olurlar. Agah olun və bilin ki, həqiqətən Hüseyn Cənnət qapılarından biridir, hər kəs onunla düşmənçilik etsə, Allah cənnətin ətrini ona haram edər.» (Miətu mənqəbə, (İbni Şazan), səh. 47)
Məhərrəm AyıMəhərrəm Ayı
 Allahın Peyğəmbəri(s):«Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.» (Əmali-Səduq, səh.101)
Məhərrəm AyıMəhərrəm Ayı
 Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.» (əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177)
Məhərrəm AyıMəhərrəm Ayı
İmam Hüseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli) azuqədir.» (Uyun əxbar Rza (ə) , c.1, səh.59, hədis 29)
Məhərrəm AyıMəhərrəm Ayı
 İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
Məhərrəm AyıMəhərrəm Ayı
 İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!» (əl-Luhuf, səh.97)
Məhərrəm AyıMəhərrəm Ayı
İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be mə’ruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329)
Məhərrəm AyıMəhərrəm Ayı
Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir.
(Mizanul-hikmət, cild 7, səh. 357)
Məhərrəm AyıMəhərrəm Ayı
İmam Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetrilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın.» (Kamiluz-ziyarət: səh. 109)
Məhərrəm AyıMəhərrəm Ayı
 Peyğəmbər (s) buyurub: «Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, elə bil məni diriliyimdə ziyarət edib. Hər kəs Fatiməni ziyarət etsə, elə bil məni ziyarət edib. Hər kəs Əli ibni Əbi Talibi ziyarət etsə, elə bil Fatiməni ziyarət edib. Hər kəs Həsən və Hüseyni ziyarət etsə elə bil Əlini ziyarət edib. Hər kəs Həsən və Hüseynin övladlarını ziyarət etsə, elə bil Həsən və Hüseyni ziyarət edibdir.»
Məhərrəm AyıMəhərrəm Ayı
İmam Hüseyn (ə) buyurubdur: "Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) 
Məhərrəm AyıMəhərrəm Ayı
 Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı kisələrin yeridir.» (Mənaqib Şəhr ibn Aşub, c.4, səh.66)
Məhərrəm AyıMəhərrəm Ayı
Məhərrəm AyıMəhərrəm Ayı
Təsadüf deyil ki, neçə əsr bundan öncə baş vermiş Hüseyn faciəsi ilbəil onu sevən Hüseyn aşiqləri tərəfindən daha da coşqunluqla, daha da kütlə şəkilində yad edilir. Bu günlərdə mübarək adını eşidənlərin qəlbi dolur. Onun məhəbbəti müsibəti bütün imamların hətta Pey-ğəmbərin qəlbində yaşamışdır. Necə ki, Peyğəmbərimiz bu-yurur: «Hər zaman övladım Hüseynə baxdıqda acılıq və qəm vücudumdan uzaq olar». (Bəharul-ənvar c.43, səh 309). Və başqa bir yerdə buyurur: «İlahi mən Hüseyni sevirəm və onu sevənləri də sevirəm». (Bəharul-ənvar c.43, səh 281).
Məhərrəm AyıMəhərrəm Ayı
 Həzrət Hüseynin (ə) fəzilətlərindən biri onun xəstəlikdən şəfa tapmaq diləyində olanlara Allahın izni ilə şəfa verməsidir. Dəfələrlə eşitmişik ki, Hüseynə (ə) əza saxlayanların, mübarək məzarını ziyarət edənlərin bəziləri şəfa tapmışdır. Böyük müctehid, mərhum Ayətüllahül-üzma Bürucerdi 90 yaşında gözləri sağlam, eynəksiz kitab oxuyurdu. Mərhum alim belə söyləyir: «Bir vaxt, Bürucerd şəhərində yaşayırdım. Güclü göz ağrısına düçar olmuşdum. Müalicənin faydası olmadı. Get-gedə ağrı artırdı. Məhərrəm ayı çatdıqda, əzadarlıq məclisinə gedirdim. Müxtəlif yerlərdən dəstə-dəstə camaat məclisə gəlirdi. Dəstələrdən biri məclisə daxil olanda, sanki mənəviyyat işığı gücləndi. Mən də kənarda oturub ağlayırdım. Bu vaxt həmin dəstənin ayaq tozundan götürüb gözümə çəkdim. Gözlərim sağaldı. İndi görmə qabiliyyətim də artıb. İmam Hüseynin (ə) bərəkətindən, hətta eynəyə də ehtiyac olmadı».
Məhərrəm AyıMəhərrəm Ayı
Şəhidlər ağası İmam Hüseynın (ə) başqa bir məqam üstünlüyü onun Qiyamətdə şəfaət sahibi olmasıdır. Şəfaət etməsindən məqsəd günahkar Peyğəmbər ümmətinə Allahdan vasitəçilik edib bağışlanmaq və əfv diləməsidir. Bu məqamı Allah istədiyi seçilmiş saleh bəndələrinə yəni Peyğəmbər və məsum imamlara vermişdir. Necə ki, Həzrət Əli (ə) buyurmuşdur: «Bizim üçün və bizi sevənlər üçün şəfaət vardır». (Xisal səh.624) Başqa bir hədisdə isə belə buyurur: «Şəfaətçilər imamlar və möminlərin dostlarıdırlar». (Əl-məhasin c.1, səh. 293).
Məhərrəm AyıMəhərrəm Ayı
 Rəsul-Əkrəm, (s) qızı Fatimeyi-Zəhraya (s.ə) buyurdu: «Hüseyn (ə) müsibətinə ağlayan gözlərdən başqa, qiyamətdə bütün gözlər ağlar qalacaq. Ona ağlayan, qiyamət günü şad və gülər üz olacaq».
Məhərrəm AyıMəhərrəm Ayı
 İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar."
Məhərrəm AyıMəhərrəm Ayı
 Müsəlmanlara necə yaşamaq, necə ölmək, necə sevmək, Allaha necə təslim olmaq və zalımın qarşısında necə durmağın lazım olduğunu əməl vasitəsi ilə öyrədən bir həyat və şəhidlik timsalıdır Hüseyn…
Məhərrəm AyıMəhərrəm Ayı\
Məhərrəm AyıMəhərrəm Ayı
 Hz. Hüseyn (ə), həqiqi mənada bir qəhrəmanlıq simvolu və bir iman nümunəsidir. Onun bütün varlığıyla "Allaha qurban" olması müqabilində Allah Təala, onun sevgisini bütün möminlərin ürəyinə peyvənd etmiş, iman sahibi olan hər bir qəlbi Hüseyn (ə) nuruyla coşdurmuşdur.
Məhərrəm AyıMəhərrəm Ayı
Məhərrəm AyıMəhərrəm Ayı
 İnsanlıq və mənəvi dəyərlərin pula satıldığı və insanların ülgü və ideallarından təcrid olaraq adi, məqsədsiz və dəyərsiz məxluqlar şəklində kökləşdirildiyi bu günümüzün dünyasının sədaqət və igidlik həsrətiylə qovrulan atmosferində Hüseynin (ə) yolu, insan övladı üçün sönməyən bir çıraq və bu amansız fırtınalar arasında limana mütləq salamatlıqla çatacaq yeganə nicat gəmisidir…
Məhərrəm AyıMəhərrəm Ayı
Məhərrəm AyıMəhərrəm Ayı
Məhərrəm AyıMəhərrəm Ayı

Məhərrəm AyıMəhərrəm Ayı

 

Bu şərəf və vəfa zəmzəmi, əsrlərcə insanlığın susuzluğunu yatırmış, korlanmağın qarşısını almış, insan həyatı və məqsədini ən mükəmməl tədbirlərlə izah etmiş, haqq və həqiqət aşiqlərinin "niyə"lər və "necə"lər arasında çaşğınlığa uğrayıb yollarını itirmələrinin önünü almış, bərabəri, bənzəri olmayan "Kərbəla" və "Aşura"sıyla insanlıq tarixində sönməyəcək bir nuru yaymış, şərəf və izzət səmalarında parlaqlığıyla hər kəsə bələdçilik edən bir ulduz yaratmışdır.

Məhərrəm AyıMəhərrəm Ayı

Məhərrəm AyıMəhərrəm Ayı

 

 Bütün kainatın yaradılış məqsədi olan Hz. Rəsulullahın (s) mübarək və mütəhhərr soyu və elm şəhərinin qapısı, Allahın aslanı Əliyyi Mürtəza (ə) ilə "Əbrar" ayələri və "Kövsər" surəsinin şanlı məzhəri, dünya və axirət qadınlarının xanımı Hz. Fatiməyi Zəhranın (s.ə) canlarının şirəsi olan, cənnət cavanlarının ağası Şəhid Hüseyn (ə) ...

Məhərrəm AyıMəhərrəm Ayı 
Məhərrəm AyıMəhərrəm Ayı

Məhərrəm AyıMəhərrəm Ayı

 Məhərrəm Ayı

 

 

Başda sonuncu İmam, zəmanəmizin Ağası, Ağa Bəqiyyətullah (ə.f) olmaqla bütün cümlə-cəhanı bu günkü gün münasibəti ilə xoş bir təsüratla təbrik edirəm. Bayramınız mübarək olsun! Bəzən təbrik yazmaq 1 roman yazmaqdan daha çətindir. İstəməzsən yalnız mövludun mübarək olaraq yazasan.. Bir roman yazmaq istər insan..  Hətta, məsumların (ə) mövlud gününündə olan təbrik... Kərbəla faciəsi gözünün qarşısına gəlir, məqalə üzərində işlərkən və yaxud da bu gün, mövlud günü olmasına baxmayaraq insanın qəlbi dolur, göz yaşını saxlaya bilmir... Həyat romanının baş qəhrəmanını Hüseyn əleyhissalamı et. Həyat bir pəncərədir, bu pəncərədə, bəzən yağış yağar, bəzən günəş doğar. Ən düzgün insan hər vəziyyətdə, dünyaya Hüseyn əleyhissalamın pəncərəsindən baxar... İmam Hüseyn əleyhissalamın yolu Allah Rəsulunun (s) yoludu. İmam Hüseyn əleyhissalam Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdı. Hər nə olursa olsun istər, qəlb kədərləndirəcək günümüz olsun, istər daima xoş gün içində olaq, təki bu yolun həqiq və daimi davamçısı olaq. Dilimizin və qəlbmizin "Hüseyn aşiqiyik" zikri olan kəlməsi, əməllərimizlə birgə bu zikrə bahəm olsun İnşAlah. Həqiqi eşqi tanıyan insana bu cümlə arxayınlıq və keçmişini bilərək gələcəyində də hansı addımlarla, hansı məqsədlə addımladığında da fəxr hissi yaradır. "Kərbəla məktəbimiz, İmam Hüseyn müəllimimiz və bizlərdə bu məktəbin şagird və tələbəsiyik." Bu cümlədə böyük məna və bildiriş var. Allah Təaladan istəyirəm ki, bu günkü gündə bu dünyada bizə İmam Hüseyn əleyhissalama həqiqətən oxşamağı, Axirətdə isə Ağa əleyhissalam ilə bir yerdə olmağı nəsib etsin. İlahi amin! Cümlə mömin və möminələrin duası ilə bahəm, Allah Təala tezliklə İmam Zaman ağanın (ə.f) zuhurunu əməllərimizə düzəliş etmək sayəsində bərpa etsin. İlahi amin! Ağa əleyhissalama hədiyyəni verməyi unutma. Ən azından 2 rukət namaz, salavat, Aşura ziyarətnaməsi və səndən razı qalacaq digər ibadətlər..

Mövlud Bayramın Mübarək olsun, aşiqlər məkanın həsrətində olan haqq və Hüseyn əleyhissalam aşiqi..

 

Ya Rəbbəl Huseyni bihəqqil Hüseyni işfi-sədril Huseyni bi zuhuril Huccət. 
 
 Ey Huseynin Rəbbi, Huseynə xatir, Höccətin (12 ci İmamın) zuhuruna kimi Huseynin qəlbinə şəfa ver. Amin!

 

https://www.youtube.com/watch?v= Fk9kVPDzq9Y

 
 
Bölmə: Digər
Şərhlər: 5
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 11 Mayıs 2016 17:18 | Administrator | Şərh yazdı
Allah hər birinizdən razı olsun. 3 Mövlud günü sizin üçün həqiqi bayram olsun. Sağ olun var olun hər daim.
 
Sitat: RuQeYyA
Bacima ehsen olsun yene ehsen ne gozel baci xeberdi bu sekillerin bir basqa alemdi baci cox xosuma geldi birini goturdum sekilin halal ele baci INSallah zevvar olariq Agaya  bir daha ehsen ve bir daha MOVLHDUNUZ MUBAD
 
Allah razı olsun. Amin Bacı, İzləyən gözlərin Kərbəlanı görsün. Cümləmiz, Amin-İnşAllah. Buyur bacı, xoş halalın. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd.

Sitat: firengiz
ALLAH RAZI OLSUN QIZIM,BU SAYITDA COX BÖYÜK ZƏHMƏTİNİZ VƏ FƏALİYYƏTİNİZ VAR.ALLAH QƏBUL ETSİN,HACƏTLƏRİNİZİ VERSİN AMİN İNŞAALLAH.BİR ANANIN BALASINA HEYRAN OLDUĞU KİMİ HEYRANAM SİZƏ ƏZİZ BALAM.ALLAH DAİM SİZƏ QÜVVƏT VERSİN AMİN İNŞAALLAH.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.
 

 
Allah razı olsun Bacı. Sağ olasız İnşAllah. Xoş sözləriniz qarşılıqlıdır. Burda dəyər verdiyim, xətrini çox istədiyim bacılarımdan biri də sizsiz. Allah sizi saytımızdan və böyüklükdən əskik etməsin. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum.


--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Kerbela Gunesi | Status: İstifadəçi Offline | 11 Mayıs 2016 04:37 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun. Allah təala bu günlərin hörmətinə ürəykndə Kərbəla həstəti olanları susdurmasın. Həqiqətən də Huseyn bir eşq günəşidir bizim ürəklərimizdə şəfəq saçır.
 
--------------
 
Bu Huseyn kimdi ki eşq əhli ona aşiq olub, 
Eşqi xəlq eyləyən Allah da ona aşiq olub?!
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 10 Mayıs 2016 23:48 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN QIZIM,BU SAYITDA COX BÖYÜK ZƏHMƏTİNİZ VƏ FƏALİYYƏTİNİZ VAR.ALLAH QƏBUL ETSİN,HACƏTLƏRİNİZİ VERSİN AMİN İNŞAALLAH.BİR ANANIN BALASINA HEYRAN OLDUĞU KİMİ HEYRANAM SİZƏ ƏZİZ BALAM.ALLAH DAİM SİZƏ QÜVVƏT VERSİN AMİN İNŞAALLAH.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 10 Mayıs 2016 23:19 | Sayt nəzarətçisi | Şərh yazdı
Bacima ehsen olsun yene ehsen ne gozel baci xeberdi bu sekillerin bir basqa alemdi baci cox xosuma geldi birini goturdum sekilin halal ele baci INSallah zevvar olariq Agaya  bir daha ehsen ve bir daha MOVLHDUNUZ MUBAD

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 10 Mayıs 2016 21:33 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah razi olsun
ALLAHIN SALAM SALAVAT UZERINIZE OLSUN MOMIN VE MOMINE BACI QARDASLARIMIZ MOVLUD BAYRAMIMIZ MUBAREK OLSUN
AGA YA HUSEYN ELEYHUSSALAM CANIM SENE FEDA OLSUN AGA NEZER EYLE BIZLERE AGA ALLAH BIZLERI NE BU DUNYADA NEDE KI AXIRETDE AGAM HUSEYNIN SEFAETINDEN BINESIB ETMESIN
ALLAHIM ALLAHIM FEXR EDIREM KI MEN ALI SIYESIYEM ALLAHIM OZUN BU MUBAREK ZIYARETGAHI BUTUN HESRETINDE OLANLARA NESIB EYLE
ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.