Alimlər aşağıdakıları qeybətin hədəfləri bilirlər:
1. Qəzəb, kin-küdurət, həsəd. Bu halda əxlaq alimləri qeybəti qəzəb qüvvəsinin rəzilətlərindən bilirlər.
2. Məsxərə və istehza. Zarafat, şənlik, təəccübə gətirmək, yamsılamaq, əhalini güldürməkdən ötrü nəql etmək, bütün bunlar, insanın şəhvani qüvvəsinə bağlıdır.
3. İftixar etmək və deyişmək. Bu halətdə insan, başqasının nöqsanını deməklə özünü yuxarı qaldırır. Məsələn, söyləyir: Filankəs bir şey bilmir. Bunun ətrafında özünün fəzilətini sübuta yetirmək istəyir. Belə rəzilətlər, qəzəb qüvvəsindən sərçeşmə alır.
4. Çirkin işlərdən birini başqasına nisbət vermək. Bunu söyləməklə, özünü bu xüsusda pak bildirmək istəyir. Bəzən başqalarını da özünün pis işində şərik kimi yada salır və bununla özünü üzürlü hesab etmək istəyir.
5. Yoldaşlıq və dostluğun nəticəsi. Ona qarşı nifrət etməsinlər deyə, qeybət edən dostlar arasında müsəlmanların eyblərini izhar edir. Belə ki, kiçik hədəflə deyilən qeybət, nəfsin zəifliyindəndir.
6. Başqasının onun çirkin işlərinin açıqlamaq istəməsindən xəbər tutmaq və onun zərərinə şəhadət versin.
Qarşı tərəfin sözünü təsirdən salmaqdan ötrü qabağa düşüb onunla düşmənçilik etdiyini izhar edir. Bu məsələnin mənşəyi də qorxu və zəifliyin nəticəsidir.
7. Mehribançılıq və rəhimdillik. Belə ki, başqasının giriftarçılığında desin: Biçarə özünün çirkin işi ilə məni qəmgin etdi. Mən bu dərdi-sərdə onunla şərikəm. Lakin, belə şəxs, başqasının adını və eybini çəkməklə, qeybət edənlərdən hesab olur.
8. Pis və çirkin işlərdən təəccüblənmək.
Məsələn, desin ki: Filankəsdən çox təəccüblüdür ki, filan çirkin işi görüb! Belə şəxs, öz qəzəbini aşkar etmək üçün başqasını pis iş görüb, yaxşı işə dəvət etməsindən istifadə edir. Özü də bilmədən, günaha mübtəla olur.
Bu səkkiz qismi, əxlaq elminin alimləri insanların qeybətdən olan hədəflərini bəyan edirlər.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi