İctimai tənbeh
İslam dinində bə’zi vaxtlar günahkar şəxs ictimai cəhətdən tənbeh olmalıdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirin.
1. «Nur» surəsinin 3-cü ayəsində qeyd olunur ki, zinakarların tənbehi budur ki, onlar pak qadınlarla evlənə bilməzlər.
2. Həmin surənin 4-cü ayəsində isə göstərilir:
«Pak və iffətli şəxslərə şahid olmadan böhtan atan şəxsin tənbehi budur ki, onların bu sözü qəbul edilmir və onlara şallaq vurulmalıdır».
3. «Tövbə» surəsinin 28-ci ayəsinə görə müşriklər Məscidül-Hərama daxil ola bilməzlər.
4. Həmin surənin 118-ci ayəsinə əsasən, İslam Peyğəmbəri (s), müsəlmanlar və hətta onların arvad-uşaqları, cihadda iştirak etməkdən boyun qaçıran üç şəxslə danışmamalıdır. Bu üç şəxs yaranmış vəziyyətə dözə bilməyib tövbə etdilər. Allahın fərmanı ilə Peyğəmbər (s) onların tövbəsini qəbul etdi.
5. «Nisa» surəsinin 140-cı ayəsinə görə Qur’an ayələrini inkar və istehza edənlərlə oturub-durmaq qadağandır.
Bu barədə bir neçə hədis
Günahkarla necə davranmaq haqqında çoxlu hədislər var. Onlardan bir neçəsini qeyd edirik.
1. İmam Əli (ə) buyurur:
اَدْنَى الاِْنْكارُ اَنْ تُلْقى اَهْلَ الْمَعاصِي بِوُجُوه مُكْفَهرَة
«Günahkarları pis işlərdən çəkindirməyin ən aşağı dərəcəsi, onlarla acıqlı (və qaşqabaqlı) davranmaqdır»
2. İmam Sadiq (ə) Haris ibn Müğəyrə adlı bir səhabəsinə buyurdu:
«Nə üçün filan dostunun pis iş törətdiyini eşidəndə onu tənbeh edib günahdan çəkindirmədin?»
Haris dedi:
«O mənim sözümü qəbul etməz».
İmam Sadiq (ə) buyurdu:
اُهْجُرُوهُمْ وَاجْتَنِبُوا مَجالِسَهُمْ
«Onunla oturub-durma və ondan uzaqlaş».
3. İmam Kazim (ə) zalım padşah haqqında buyurur:
«Mənim uca bir binanın üstündən düşüb parça-parça olmağım zalım padşahın sarayında işləməkdən və ya onların xalçasının üstünə qədəm qoymaqdan yaxşıdır».
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti