Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Rəcəb ayı mənəviyyatın baharıdır
Mübarək Rəcəb ayı mənəviyyatın fəsli və baharıdır. Mənəviyyatın bu fəsli Fitir bayramına kimi davam edir. Bu üç ay mənəviyyatın insan ürəyində əkildiyi günlərdir. Ürək tarlasını əkmək lazımıdır. İnsanın ürəyi əxlaq gözəlliyi, saleh əməl və Allah zikri ilə əkilməlidir.
«وَ الْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَباتُهُ بِإِذْنِ رَبِّهِ وَ الَّذي خَبُثَ لا يَخْرُجُ إِلاَّ نَكِداً كَذلِكَ نُصَرِّفُ الْآياتِ لِقَوْمٍ يَشْكُرُونَ»
"Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik”. ("Əraf” surəsi, ayə 58.)
Təmiz torpaq və məmləkət, yəni pak ürək. Quran bunu təmsil şəklində izah edir və hiss olunmayanı hiss olunanla misal vurur.
Əkmək və qoruduqdan sonra isə məhsulu görmək mümkündür. Amma mənəviyyat aləmi bunların fövqündədir. İmam Sadiq (ə) buyurur:
«النَّاسُ يَمُرُّونَ عَلَى الصِّرَاطِ طَبَقَاتٍ وَ الصِّرَاطُ أَدَقُّ مِنَ الشَّعْرِ وَ أَحَدُّ مِنَ السَّيْفِ فَمِنْهُمْ مَنْ يَمُرُّ مِثْلَ الْبَرْقِ وَ مِنْهُمْ مَنْ يَمُرُّ مِثْلَ عَدْوِ الْفَرَسِ وَ مِنْهُمْ مَنْ يَمُرُّ حَبْواً وَ مِنْهُمْ مَنْ يَمُرُّ مُتَعَلِّقاً قَدْ تَأْخُذُ النَّارُ مِنْهُ شَيْئاً وَ تَتْرُكُ شَيْئاً»
"İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək” ( "Əmali-Səduq”, səh. 177.)
Bəzən xardal qədər təkəbbür göstərmək maneədir və od onların bir miqdarını yandırır. Bəzən qarına getməsinə Allahın icazə vermədiyi bir loğma haram böyük maneədir. Ona görə də öz vücud məmələkətini və tarlanı pak etməlisən. İnsanın vücudu pak torpağa çevrilməlidir ki, Allah, həqiqət toxumlarının orada cücərməsinə izin versin. Bu toxumları əkmək üçün ən gözəl fürsət həmin günlərdir.
Rəcəb ayı Allah övliyalarının ilinin başlanğıcı, Pərvərdigari Aləmin xüsusi rəhmətinin təcəllasıdır. Ona görə də Allah övliyaları və seyri-süluk əhli qədəhləri götürməli, Rəcəb, Şəban və Ramazan aylarında doldurmalıdırlar. "Dolu qədəhlər gözləyir!” ("Nəbə” surəsi, ayə 34.)
Rəsuli-əkrəm (s) buyurur: "Özünüzü Allahın rəhmət nəsim (mehi) qarşısında qərar verin, çünki Allahın hər kəs üzərində əsəcək rəhmət nəsimləri var” ("Biharul-ənvar”, c. 68, səh 221.)
Meydana çıxmaq, iş görmək lazımdır ki, qəflət yuxusunda qalmayasan. Rəcəb ayının gəlişi özünü bizim həyatımızda göstərməlidir və bu müraqibə, mühasibə, etdiyimiz əməllərlə qazanılır. Allahın "əynər-rəcəbiyyun” (Rəcəb əhli haradadır?) xitabının əhatəsində olub-olmamağımızı görrməliyik. Əgər bu əhatəyə daxil olsaq, həyatımız coşqun olar. Qeybə qovuşsaq, coşqun və şad olacağıq. "Odur güldürən və ağladan”. İnsanın gülməyi və ağlamağının hamısı qeybə qovuşmalıdır.
Mənəvi baharı dərk edən kəsin qorxusu və qəmi olmayacaq. Rəcəb ayı mənəviyyat əkmək ayıdır. Şeyx Abbas Qumu "Məfateh” kitabında qəməri aylarının müstəhəb əməllərini yazdıqda birinci Rəcəb ayından başlayır. Halbuki, qəməri aylarının birincisi Məhərrəm ayıdır. Rəsuli-əkrəm (s) Rəcəb ayının əhəmiyyəti barədə buyurur:
«إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى نَصَبَ فِي السَّمَاءِ السَّابِعَةِ مَلَكاً يُقَالُ لَهُ الدَّاعِي فَإِذَا دَخَلَ شَهْرُ رَجَبٍ يُنَادِي ذَلِكَ الْمَلَكُ كُلَّ لَيْلَةٍ مِنْهُ إِلَى الصَّبَاحِ طُوبَى لِلذَّاكِرِينَ طُوبَى لِلطَّائِعِينَ وَ يَقُولُ اللَّهُ تَعَالَى أَنَا جَلِيسُ مَنْ جَالَسَنِي وَ مُطِيعُ مَنْ أَطَاعَنِي وَ غَافِرُ مَنِ اسْتَغْفَرَنِي الشَّهْرُ شَهْرِي وَ الْعَبْدُ عَبْدِي وَ الرَّحْمَةُ رَحْمَتِي فَمَنْ دَعَانِي فِي هَذَا الشَّهْرِ أَجَبْتُهُ وَ مَنْ سَأَلَنِي أَعْطَيْتُهُ وَ مَنِ اسْتَهْدَانِي هَدَيْتُهُ وَ جَعَلْتُ هَذَا الشَّهْرَ حَبْلًا بَيْنِي وَ بَيْنَ عِبَادِي فَمَنِ اعْتَصَمَ بِهِ وَصَلَ إِلَي»
"Allah yeddinci səmada "dai" adlı mələk qərar veribdir ki, Rəcəb ayı yetişdikdə bu mələk hər gecənin əvvəlndən sübhə kimi belə nida edər: "Xoş Allaha itaət edən və Allahı yad edən hər kəsin halına".
Allah-təala buyurur: Mənlə söhbət edənlə mən də həm söhbət olaram. Mənə itaət edənə mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq diləyəni, bağışlayaram. Ay mənim ayım, bəndə mənim bəndəm, rəhmət isə mənim rəhmətimdir. Məni bu ayda çağıran hər kəsə cavab verər və istədiyi hər şeyi ona əta edərəm. Məndən yol istəyənə yol göstərərəm. Bu ayı bənd (ip) kimi qərar vermişəm ki, hər kəs ondan tutsa mənə yetişəcək” ("Mustədrəkul-vəsail və mustənbitul-məsail”, c. 7, səh. 535.)
Mirzə Cavad Ağa Mələki Təbrizi (rh) "Əlmuraqibat” kitabında yazır: "Əgər rəvayətdə olan bu xitaba müşərrəf olanların hər birinin bütün dünyada olanların bədən və ruhları qədər ruha sahib olsaydı və onların hamısını bu xitabın dəyərləndirilməsi üçün və cavabı üçün fəda etsəydi, yenə də bu xitabın haqqını və onun şükründən cüzi bir hissəsini də yerinə yetirə bilməzdi”.
"Əlmuraqibat” kitabını mütləq oxuyun. Həzrət İmam Xomeyni (rh) öz əbası ilə mərhum Mirzə Cavad Ağa Mələki Təbrizinin qəbrinin üstünü təmizləyərdi və buyurardı: "Bu qəbirdən nur qalxır”.
Rəvayətə əsasən, insan elə bir məqama yetişir ki, Allahını itaətinə çatır və Allah onu miti (itaət edən) qərar verir. Allaha o qədər ləbbeyk deməlisən ki, sən də bir məqama çatasan və sən Allahdan bir şey istədikdə O, sənə "ləbbeyk Mənim bəndəm” desin.
Rəcəb, Şəban və Ramazan aylarında Allah bizi yuyub, təmizləmək istəyir.
Hər kəs Allahı yad etsə, Allah da onu yad edir. Hədisdə gəlmişdir ki, Allah-taala buyurmuşdur: "Hər kəs bir dəstə adam arasında Məni yad etsə, Mən də onu bir dəstə mələk arasında yad edərəm” ( "Kafi”, c. 2, səh. 498.)
Ona görə də "hər kəs Allahın yanında tanındısa, bütün məxluqlar onu tanıyacaq” ("İqbalul-əmal”, c. 3, səh. 298.)
"Mənlə söhbət edənlə mən də həmsöhbət olaram”. Elə ki, oturdun və dedin "ya Allah”, iki rəkət namaz qıldın, Allahla söhbət edirsən, Onunla bir yerdəsən. Nə üçün qəlb hüzuru mövzusu barədə bu qədər təkid olunmuşdur? Ona görə ki, insan Allahla bir yerdə olsun. Öz bədənini gətirsən, amma ürəyini gətirməsən faydası yoxdur.
Rəcəb ayı, tövhid ayıdır. Rəcəb ayında bu duanı oxunması sifariş olunmuş duada deyilir: "Səni tanıyan şəxs üçün Səninlə onlar arasında onların məxluq, Sənin bəndələrin və həmin nişanələrin sahibi, (məxluqatdakı) başlanğıc və dönüşün Sənə tərəf olmasından başqa, heç bir fərq yoxdur” ( "İqbalul-əmal”, c. 3, səh. 214.)
İnsan bu məqama çata bilər. Yəni Allahın bütün camal və kamal sifətləri insanda zühur edə bilər.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu
Xəbər redaktə etdi: Admin - 23-02-2021, 21:31
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |