Sən özün istə Xudadan, nola, zəvvarın olaq
Ya Hüseyn, aləmə gəldik ki, əzadarın olaq,
Sən özün istə Xudadan, nola, zəvvarın olaq.
Qəmli bülbüllərik, etmiş bizi hicran məhbus,
Qəfəsin aç qapısın, sayiri - gülzarın olaq.
Dərdməndik, hərəmib- həzrəti - Əbbasə yetək,
Əlimizdən tuta, mehmanı Ələmdarın olaq.
Bizə Cənnət qapısında dəyanan qibtə edər,
Həqq nəsib etsə əgər xadimi-dərbarın olaq.
Yazsın Allah bizi aşiqlərinin cərgəsinə,
Qəlbini şad eləyən, Əhmədi - Muxtarın, olaq.
Olmayaq, eylə dua, ərseyi - Məhşərdə xəcil,
Məhzərində üzü ağ, Heydəri - Kərrarın, olaq.
Ey ləyaqətlilərin şahı, kəramət kanı,
Əmriyəm, eylə kərəm, layiqi - didarın olaq.