Mürtəzasız nə Səfa, Ruha qida olmaz idi..
Olmasaydı Əli, din içrə Səfa olmaz idi,
Mürtəzasız nə səfa, ruha qida olmaz idi.
O Əlidir bizə göstərdi həqiqət yolunu,
Yoxsa ondan səvayi rahi-huda olmaz idi.
Əliyə söylədi mizani-ədalət o Nəbi,
Nəbi o Əliyə söylədi Mizani-ədalət,
Əli olmazsa ədalətli-qəza olmaz idi.
Rəxtixabında yatıbdır o Peyğəmbərdən ötür,
Ki Əli tək bu işə kimsə razı olmaz idi.
Zülfüqar ilə Əmr ibn Əbdəvüd başına,
Vurmasaydı Əli, küfr-əhli gəda olmaz idi.
Bir əlilə qoparıb cəngidə Xeybər qapısın,
Əlisiz kimsədə bil öylə şüca olmaz idi.
Vurduğu zərbəyə xatir o Əli şənində,
"La fəta" kəlməsi göylərdə səda olmaz idi.
Vurmasaydı yerə yüzlərcə o aslan kürəyin,
Adı dillərdə bu gün şiri-Xuda olmaz idi.
Verdi ənqüştərini sailə əsnayi-namaz,
Kimsə əshabidə bir böylə səxa olmaz idi.
Danmasaydı Əlinin haqqını nadanlar əgər,
İndi din içrə inan bircə xəta olmaz idi.
Uymasaydı o zaman munkiri-mövlaya çoxu,
İndi Mövlayi-Əlidən o cüda olmaz idi.
Hansı millət ki, Əlisizdi ona yox çarə,
Onlara indi düçar dərdi bəla olmaz idi.
Cahida, dərk edə bilsəydik Əli həqqini biz,
Əlidən qeyri zikir dildə dua olmaz idi.