Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Böyük bir etiraf
+5
Müəllif: Fatimə Nuri Xuda | 9-04-2016, 14:30 | Baxılıb: 1 167
 
 
Böyük bir etiraf

İkinci hadisə belə olmuşdur:
Ömərin atası Əbdüləziz Şam hökuməti tərəfindən Mədinə şəhərinin valisi seçilmişdi. O, cümə günləri həmişə olduğu kimi cümə namazının xütbəsində Əli əleyhissəlamı lə’nətləyir və xütbəni o Həzrəti lə’nətləməklə qurtarırdı. Bir gün oğlu Ömər ona dedi: "Ata, sən xütbə oxuyarkən hansı məsələyə başlayırsansa, onun barəsində ətraflı söhbət edir, öz fəsahət və bəlağətinlə həmin məsələnin öhdəsindən gəlirsən, ancaq elə ki, növbə Əli əleyhissəlamı lə’nətləməyə yetişir, dilin bir az dolaşır. Bunun səbəbi nədir?” Atası dedi: "Oğlum, sən bu işə fikir vermisən?”
Ömər: "Bəli, ata.”
Atası: "Oğlum, bizim ətrafımıza yığışıb minbərimizin kənarında oturan bu camaat mənim Əli əleyhissəlamın fəzilətləri barədə bildiyimi bilsələr, bizim ətrafımızdan dağılıb Əli əleyhissəlamın övladlarının ardınca gedəcəklər.”
Müəlliminin sözləri hələ də qulağında səslənən Ömər elə ki, bu e’tirafı öz atasından eşitdi, başdan-ayağa dəyişib özünə söz verdi ki, əgər bir gün hakimiyyətə gələrsə, bu bid’əti aradan götürəcək. Buna görə də, hicrətin doxsan doqquzuncu ilində hakimiyyətə gəlcək öz keçmiş arzusunu həyata keçirtdi və bir bəyannamə dərc etdirərək əmr verdi ki, bundan sonra minbərlərdə Əli əleyhissəlamı lə’nətləməyin əvəzinə "Həqiqətən, Allah [Qur’anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. [Allah] sizə, bəlkə, düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.” ayəsi oxunulsun! Bu iş camaat tərəfindən xoş ruhiyyə ilə qarşılandı və şairlər bu işi mədh etdilər.

Fədəyin xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarılması

Peyğəmbər ailəsindən zülmün götürülməsi məqsədilə Ömər ibn Əbdüləzizin gördüyü böyük və əsaslı tədbirlərdən biri də, Fədəyin Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarması olmuşdur. Fədəyin İslam tarixində çox acı və uzun bir macərası vardır. Bu kitabda ondan bəhs etməyə imkan olmadığından qısaca olaraq onun tarixi faktlarını qeyd edirik. Peyğəmbər (səlləllahu əleyhi və alih) Fədəyi öz sağlığında qızı xanım Zəhraya (səlamullahi əleyha) bağışlamış, Peyğəmbər (səlləllahu əleyhi və alih) vəfat etdikdən sonra isə Əbu Bəkr onu güclə xanım Zəhradan (səlamullahi əleyha) alıb beytül-malın torpaqları sırasına qatmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə ötürmüş və nəhayət, Müaviyə öz hakimiyyəti dövründə onu Mərvana, Mərvan da öz oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra Fədək Ömər ibn Əbdüləzizə çatır. Ömər ibn Əbdüləziz onu xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarıb deyir: "Fədək onlarındır və Bəni-Üməyyənin onda heç bir haqqı yoxdur. Ancaq təəssüflər olsun ki, Ömər öldükdən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlib Fədəyi xanım Zəhranın (səlamullahi əleyha) övladlarından alıb Bəni-Üməyyə nümayəndələrinin tiyulu (mülkü) qərar verir.
Şeyx Səduq "Əl-Xisal” kitabında nəql edir ki, Ömər ibn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqir əleyhissəlamla görüşüb Fədəyi o Həzrətə qaytardı.
İmam Baqir (əleyhissəlam) sanki Ömər ibn Əbdüləzizin Peyğəmbər ailəsindən bə’zi zülmləri götürməsini nəzərə alıb buyurmuşdur: "Ömər ibn Əbdüləziz Bəni-Üməyyənin ən nəcib adamıdır.”
Ömər ibn Əbdüləziz iki il hakimiyyətdə olmuş və deyilənə görə Bəni-Üməyyə nümayəndələri onu zəhərləyərək öldürmüşlər.

Hədis yazmağın qadağan edilməsi

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədis və buyurduqlarının Qur’andan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qur’andan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Qur’anla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: "Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Qur’an) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.” İkinci xəlifə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: "Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir hədis belə yazıbsa, onu məhv etsin.” Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) tanınmış səhabələrindən olan Qərzə ibn Kə’b deyir: "Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: "Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: "Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra  əlavə edib dedi: "Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Qur’an zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qur’andan ayırmayın! Camaat üçün Qur’anı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən (səlləllahu əleyhi və alih) çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”
Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.
Ömər öz xəlifəlik dövründə belə qərara gəldi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini yazsın. Sonra cəmiyyət arasında bu məsələnin (hədis yazmağın) azad olmasını göstərmək məqsədilə bu söhbəti camaat arasına çıxartdı. O, bir ay fikirləşdikdən sonra həll yolu tapıb camaata dedi: "Keçmiş ümmətləri yadıma saldım, onlar bə’zi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimani kitablarından uzaq düşdülər. Buna görə də, mən Allah kitabını (Qur’anı) heç bir şeylə qarışdırmaram.”
Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məs’ud, Əbu Dərda və Əbuzərə demişdir: "Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.
Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cür’ət etmədilər.

Siyasi məqsəd

Əldə olan faktlar sübut edir ki, bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bundan ibarət idi ki, bunun simasında o günlər Həzrət Əli əleyhissəlama nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki Həzrət Əli (əleyhissəlam) Peyğəmbərin sağlığında bə’zi kitablar yazaraq orada Peyğəmbərin hədislərini və o Həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdi.

Əvəzi çıxılmaz bir ziyan

Bu məhdudiyyətlər bais oldu ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki, Şə’bi deyirdi: "Bir il Ömərin oğlu ilə bir yerdə oldum, ondan nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.”
Saib ibn Yezid deyir: "Mədinədən Məkkəyədək Sə’d ibn Maliklə yol yoldaşı oldum, o, səfər boyunca Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun, hədis söyləmədi.” Deməsək də, mə’lumdur ki, bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş, o mə’nalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bə’zi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii ki, hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki, nə bir kitab var idi, nə bir dəftər, nə də bir hesabat. Mə’lumdur ki, belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr meydana gəlib qeyri-şər’i məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yə’ni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bid’əti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: "Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.” Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı. Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sür’ətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.
Bə’ziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur. Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən e’tibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.

Əsassız bəhanələr

Burada belə bir sual irəli çıxır ki, hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki, hamıya mə’lumdur ki, hədislər (Peyğəmbər hədisləri) Qur’an ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Qur’an Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Qur’an ayələri, istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: "O, [Məhəmməd Peyğəmbər] kefi istəyəni danışmır. Bu, ancaq [Allah dərgahından] nazil olan bir vəhydir.” Bundan da əlavə, Allah-taala Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: "Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə, onu götürün və ona itaət edin, nəyi qadağan edirsə, ondan əl çəkin.” 

Abdullah ibn Əmr Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət edir ki, o Həzrət öz dodaqlarına işarə edərək buyurur: "Ey Əmrin oğlu! And olsun canım əlində olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, nə deyirəm, yaz.”

Abdullah ibn Əmr deyir ki, Peyğəmbərdən (s) soruşdum: "Ey Allahın Rəsulu, hər nə sizdən eşitsəm yazımmı? Həzrət (s) buyurdu: Bəli. Dedim: İstər xoşhal, istər qəzəbli halda olsan da? Buyurdu: Bəli. Mən hər iki halda da haqdan başqa bir şey demirəm.”

Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi, mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə "Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun hədis yazıbsa, onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?

Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki, Əbu-Bəkr demişdir: "Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki, hədislər Qur’an ayələri ilə qarışmasın.” Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Qur’anın bütün surə və ayələri yazılmış, vəhy yazanlar və Qur’an əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş, Qur’an ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qur’ana bir xələl yetirərdimi? Bundan da əlavə, Qur’an fəsahət-bəlağət, cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun, yenə də Qur’an ayələrilə qarışdırıla bilməz. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın Nəhcül-bəlağədəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir, ancaq bununla belə, heç vaxt Qur’anla qarışdırıla bilməz. Həzrət Əli əleyhissəlamın öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində  mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə, Əli əleyhissəlamın sözü) arasında fərq qoyur.

Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etmişdimi?

Çox təəssüfləndirici haldır ki, bə’zi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verərək demişlər: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Mənim dediklərimin arasından Qur’andan başqa heç nə yazmayın, kim də Qur’andan başqa bir şey yazıbsa, onu məhv etsin.”

Bə’zi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli (əleyhissəlam) o Həzrətdən çoxlu sayda hədislər yazmış, onun əlyazmaları bir-bir İmamlara yetişmişdir. Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etsəydi, Əli (əleyhissəlam) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də, müxtəlif məsələlər – əhkam, vacib-haram, mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə bir çox yazılar yazılmış, hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama də’vət barədə yazılmış, əksəri isə İslami hökmlər - hədlər, mübahisələr, əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən, necə inana bilərik ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir tərəfdən Qur’andan başqa şeylərin yazılmasını qadağan edir, digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır, ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onu qadağan etmir?
 

Kitabın adı: İmam Muhəmməd Baqir əleyhissəlamın həyatı

 
 
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.