Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bir incəlik
+5
Müəllif: Fatimə Nuri Xuda | 9-04-2016, 14:00 | Baxılıb: 857
 
 
Bir incəlik

Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (əleyhissəlam) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alih) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir:
1) Bu rəvayətlərin bir qisminin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı İmam Zeynül-abidin əleyhissəlamın (yə’ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (əleyhissəlam) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır.
2) Bu rəvayətlərin bə’zisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bə’zilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissəlamı nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir.
Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bə’zi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənlik və İmam Baqir (əleyhissəlam) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissəlamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var?
İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissəlamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhissəlamdan rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: "Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur. Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.

İctimai-siyasi durum

Qeyd etdik ki, İmam Baqir (əleyhissəlam) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.

Vəlid ibn Əbdülməlik

Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.

Süleyman ibn Əbdülməlik

Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır. Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə tə’yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.

İntiqam alovu

Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların tə’siri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə mə’ruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi. O, həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bə’zilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu. 
"İslamın siyasi tarixi” kitabının müəllifi yazır: "Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bə’zilərinə məhəbbətlə yanaşır, bə’zilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.” Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil.

Hökumət sarayının özbaşınalığı və fəsad işləri

Süleman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O, bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, lə’l-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı, Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.

Ömər ibn Əbdüləziz

(Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümünün çatmasını bildikdə, bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi tə’yin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi e’lan olunduqda, camaat bunu çox təntənə ilə qarşılayıb ona bey’ət etdi. Ömər ibn Əbdüləziz camaatın narahatçılığını, Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı:
"Camaat zülm, haqsızlıq və çətinliklərə mə’ruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bid’ətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə e’dam etməyə ixtiyarınız yoxdur.”

Özbaşınalıq, fəsad və ayrıseçkiliyə qarşı mübarizə

Ömər ibn Əbdüləziz bundan əlavə, öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu beytül-malın hesabına köçürtdü və öz arvadı - Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki, atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə isə onun evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı.
Ömər ibn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda-qanunları ilə tanış etdi, hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı.
İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişləndirib Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki, ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini mümkün qədər camaatın yaxasından çəkdi. Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə çox pis tə’sir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı mübarizəyə başladılar. Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər: "Qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi: "Mən Qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla qorxudursunuz?)”

Əli əleyhissəlamı söymək qadağandır!

Qeyd etdiyimiz kimi Ömər ibn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) mə’sum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün onun da zalımlar cərgəsinə daxil olmasına baxmayaraq, o, özündən qabaqkı xəlifələrin zülmlərinə qarşı çıxaraq hakimiyyətini xalqa xidmət etməyə həsr etdi. Bu xidmətlər arasında onun İslama, bəlkə də bəşəriyyət aləminə göstərdiyi, həyat və hakimiyyət dövrünün xüsusi parlaq xidməti Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamı söymək adətini aradan götürərək qadağan etməsidir. O, bu işi ilə altımış doqquz illik rişə atmış çirkin bir bid’əti aradan götürməklə, şiə aləminə, bəlkə də, bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bid’ət Müaviyənin qoyduğu çirkin miras idi. Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ili) bütün mövqeyi ələ keçirən Müaviyə qərara gəldi ki, əks təbliğat və müxalif şüarlar vasitəsilə Əli əleyhissəlamı İslam aləminin "ən nankor” adamı kimi tanıtdırsın. O, bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əli əleyhissəlamın dost və şiələrini təzyiqlərə mə’ruz qoymaqla qılınc gücü ilə Əli əleyhissəlamın fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis, hekayə və şe’r belə, o Həzrətin mədhi barədə deyilməsinə icazə vermir, digər tərəfdən də, o Həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əli əleyhissəlamın əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib camaatın arasında yayıldı. Müaviyə bununla da, kifayətlənməyib əmr etdi ki, bütün xilafət ərazisində cümə günləri minbərə çıxıb xütbə oxuyarkən Əli əleyhissəlamı söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bid’ət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz tə’sirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki, uşaqlar Əli əleyhissəlama qarşı kin-küdurətlə böyüdülər, böyüklər isə Əli əleyhissəlama qarşı zidd fikirlərlə dünyadan getdilər.
Müaviyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər ibn Əbdüləzizin hakimiyyətə yetişdiyi – təxminən hicrətin birinci yüzilliyinədək icra olunurdu.

Bir müəllimin tə’sir şüası

Burada belə bir sual irəli çıxır ki, Ömər ibn Əbdüləzizin bu işdən (Həzrət Əli əleyhissəlamı söyməyi qadağan etməkdən) məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır?
Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir.
Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli əleyhissəlamı lə’nətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhissəlamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əli əleyhissəlamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı. Ömər bir qədər oturub gözlədi ki, müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən bir az çox uzatdı. Azyaşlı şagird başa düşdü ki, müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: "Haradan bilirsən ki, Allah Bədr döyüşündə və Hüdeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lə’nətə layiq olmuşlar?”
Ömər: "Bu barədə mən bir şey eşitməmişəm.”
— "Bəs nəyə görə Əli əleyhissəlamı lə’nətləyirsən?”
— Tutduğum işdən üzr istəyir, Allah dərgahına tövbə edib söz verirəm ki, bir də belə iş görməyəcəyəm.
Müəllimin məntiqli və tə’sirli sözləri öz işini görərək Ömər ibn Əbdüləzizə çox böyük tə’sir bağışladı. Ömər o gündən e’tibarən söz verdi ki, bir daha Əli (əleyhissəlam) üçün nalayiq sözlər deməyəcək. Ancaq o, küçə və bazarda, uşaqlarla oynayanda, eşidirdi ki, camaat çəkinmədən Əli əleyhissəlamı lə’nətləyir.
İkinci hadisə Öməri öz sözünün üstündə durmağa daha da vadar etdi.
 
 
Kitabın adı: İmam Muhəmməd Baqir əleyhissəlamın həyatı

 
 
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.