» » » Şiə - hədis toplamağın banisi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiə - hədis toplamağın banisi
    0
    Müəllif: Fatimə Nuri Xuda | 9-04-2016, 18:00 | Baxılıb: 984
     
     
    Şiə - hədis toplamağın banisi

    Sevindirici haldır ki, şiələr elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) sağlığından bu sahədə çoxlu sə’ylər etmiş, Əli əleyhissəlamın yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis buyurur, Əli (əleyhissəlam) da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir İmamlara yetişərək İmam Baqir əleyhissəlamın əlinə çatdı. Bir gün Həkəm ibn Üteybə həmin kitabı İmam Baqir əleyhissəlamın yanında gördü. O, İmam Baqir (əleyhissəlam) ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir (əleyhissəlam) o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: "Bu Əli əleyhissəlamın xətti, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğudur.”
    Süyuti Həzrət Əli (əleyhissəlam) və oğlu İmam Həsən əleyhissəlamı hədis yazılmasının tərəfdarlarından hesab edir. Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bid’ətinin nəticəsində yüz il, ya bir az da çox İslami hədisləri yazmayıblarsa, sevindirici haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə Əli əleyhissəlamdan başqa o Həzrətin dostlarından və Əli əleyhissəlamın tərəfdarlarından biri olan Əbu Rafi’ "Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı bir kitab yazmış, İslamın müxtəlif sahələrinə – namaz, oruc, zəkat, həcc və mürafiəyə aid əhkam və şər’i məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik.
    Əbu Rafi` bu kitabı o vaxt yazmışdır ki, Peyğəmbərdən (s) hədis nəql edib-yazmaq xilafət tərəfindən böyük cinayət sayılırdı. Amma şiələr isə qorxu və təhlükələrə əhəmiyyət verməyib Əhli-beyti (ə) örnək tutaraq hədislərin qeydi və toplanmasını davam etdirirdilər.
    Əbu Rafi’dən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əli əleyhissəlamın dövründən İmam Baqir əleyhissəlamın dövrünədək davam etmiş, İmam Baqir əleyhissəlamın dövründə Ömər ibn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqir əleyhissəlamın qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli hədisçilərdən, İmam Baqir əleyhissəlamın fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O, Kufə şəhərində anadan olmuş, dörd il Mədinədə qaldığı müddətdə daima İmam Baqir əleyhissəlamla, ondan sonra da, İmam Sadiq əleyhissəlamla daima əlaqə saxlamış və bu iki böyük İmamın hüzurundan istifadə etmişdi. O deyir: "İstədiyim məsələni İmam Baqir əleyhissəlamdan soruşub cavab alırdım. Belə ki, otuz min hədis İmam Baqir əleyhissəlamdan, on altı min hədis isə İmam Sadiq əleyhissəlamdan hədis öyrəndim.”
    Məhəmməd ibn Müslim "Ərbəəmiətu məs’ələtin” (Dörd yüz məsələ) adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan eşitdiyi məsələlərin cavabları idi.
    İmam Baqir əleyhissəlamın məktəbinin yetişdirmələrindən biri də Cabir ibn Yezid Cu’fidir. O da Kufə şəhərində anadan olmuş, İmam Baqir əleyhissəlamın elmindən faydalanmaq məqsədilə Mədinəyə köçmüşdür. İmam Baqir əleyhissəlamın gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqir əleyhissəlamın coşub-daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki, bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır:
    1. Təfsir kitabı;

    2. Nadir məsələlər kitabı;

    3. Fəzilətlər kitabı;

    4. Cəməl (döyüşü) kitabı;

    5. Siffeyn (döyüşü) kitabı;

    6. Nəhrəvan (döyüşü) kitabı;

    7. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın məqtəl kitabı;

    8. İmam Hüseyn əleyhissəlamın məqtəl kitabı.

    Yezid ibn Əbdülməlik
     
    Ömər ibn Əbdüləzizin ölümündən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlir. O, çox əyyaş, kefcil, laqeyd bir adam olub əxlaqi və dini qayda-qanunlara əsla riayət etmirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni-Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth, zəfər və parlaq bir hadisə baş verməmişdir.
    Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla camaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da, onun hakimiyyətinin ilkin çağları, xüsusilə də, onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi və’dəsini verdikdən sonra camaat onu razılıqla qarşılamışdır. Bu və’də (keçmiş xəlifənin yolunun davam etdiriləcəyi və’dəsi) Ömər ibn Əbdüləzizin dövründə (az da olsa) haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki, bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün və’dələr boşa çıxdı.

    Yalan şəhadət
     
    Yezid ibn Əbdülməlik öz qanunsuz əməllərinin üstünü örtmək və gördüyü günahlardan özünə bəraət qazandırmaq üçün planlı şəkildə qırx nəfər adlı-sanlı qoca kişiləri məcbur etdi ki, onun günahsız olması barədə şəhadət versinlər. Onlar da şəhadət verdilər ki, xəlifələr üçün heç bir hesab-kitab və cəza yoxdur. Onların şəhadəti elə də kiçik iş olmayıb Bəni–Üməyyənin öz hökumətini möhkəmlətməsi üçün aldadıcı siyasətin bir hissəsi hesab edilirdi. Çünki Bəni-Üməyyə sülaləsi öz siyasi məqsədinə nail olmaq üçün Mürciə dəstəsi kimi ideoloji bir təriqət yaratmış, həmin təriqətin ideoloji fəaliyyəti Bəni-Üməyyənin din pərdəsi altında hökumət dayaqlarının möhkəmlənməsi üçün bir vasitə olmuşdur. Bəni-Üməyyə hakimiyyətinə qulluq edən bu cür təriqətlər bir sıra təfsir və dini bəhanələrlə Əməvi xəlifələrinin qeyri-İslami işlərinə pərdə çəkirdilər. İbn Qüteybə Dinəvəri yazır: "Yezid ibn Əbdülməlik əvvəllər aldadıcı əxlaqına görə Qüreyş qəbiləsinin məhəbbətini qazanmışdı. Əgər hakimiyyətə gəldikdən sonra Ömər ibn Əbdüləzizin yolunu davam etdirsəydi, camaat ondan şikayətlənməzdi. Ancaq o, hamının gözlədiyinin əksinə olaraq hakimiyyətə gəldikdən sonra iş metodunu tamamilə dəyişib eynilə qardaşı Vəlidin getdiyi yolla getməyə başladı. Onun bu rəftarı müsəlmanların qəzəbi ilə üzləşməli oldu. Belə ki, camaat onu hakimiyyətdən salmaq qərarına gəldi. Yezid camaatın hüquq və tələblərinə o qədər e’tinasızlıqla yanaşırdı ki, hətta Qüreyş və Bəni-Üməyyədən də bir dəstə adam onun hakimiyyətinin əleyhinə çıxdı. Yezid ibn Əbdülməlik camaatın e’tirazlarına qulaq asıb öz hakimiyyət metodunu dəyişmək əvəzinə təzyiq və çətinliklərini daha da artırdı. O, Qüreyş və Bəni-Üməyyə tayfalarının bir neçə böyük şəxsiyyətini ictimaiyyətdə nizam-intizamı pozmaq və qiyam qaldırmaqda ittiham edib əmisi Məhəmməd ibn Mərvana əmr verdi ki, onları tutub həbs etsin. Tutulanlar iki ilə yaxın həbsdə qaldıqdan sonra Məhəmməd onları zəhərləyərək hamısını qətlə yetirdi. Yezid bundan əlavə, Qüreyşin digər otuz nəfər adlı-sanlı adamlarını tutub onları külli miqdarda cərimə edərək bütün mal-dövlətlərini müsadirə edib iflasa uğratdı. Belə ki, onlar Şam və sair yerlərin ətrafına çəkilib kasıbçılıq içərisində yaşamağa başladılar. Yezid bununla da, kifayətlənməyib onlarla əlaqə saxlamış bütün adamları qiyam və hökumətlə müxalifətdə töhmətləndirib dara çəkdirdi.”

    Çalıb-oxumaq və qumar

    Bəni-Üməyyə sülaləsinin əvvəlki xəlifələri öz boş vaxtlarını qədim ərəb qəhrəmanlarının döyüş və qəhrəmanlıq epopeyalarına dair şairlərin qəsidələrinə qulaq asmaqla keçirirdilərsə, sonrakı xəlifələrin dövründə çalıb-oxumaq qəsidə və şe’rlərin yerini tutdu, xilafət sarayının gecə məclislərində şairlərin qəhrəmanlıq şe’rləri və döyüş dastanları əvəzinə çalıb-oxumaq adət oldu.

    Hişam ibn Əbdülməlik

    Hişam çox paxıl, qəzəbli, cəsur, zalım, rəhmsiz və natiq bir şəxs idi. O, mal-dövlət yığmağa, abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bə’zi iş yerləri tə’sis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti çox ağırlaşdı, insani hisslər demək olar ki, aradan getdi, xeyirxahlıq işləri yoxa çıxdı, daha heç kəsin heç kəsə ürəyi yanmadı.

    Azğın ünsürlərin nüfuzu

    Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş, Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir:
    "İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O, hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə Şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər, Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də, çox şücaətli və döyüşkən olan xaricilər (xəvaric) çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər, ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kor-korana arxayınçılığı nəticəsində hakimiyyət özünüsevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən, camaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür, öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq camaat arasında dinə qarşı rəğbət azalmış, saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki, itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini tə’min etməkdən başqa bir məqsəd güdmürdülər. 
    O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də, Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki, onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən (Yezid ibn Əbdülməlikdən) bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş, vüqar və mətanət laqeydsizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər camaatı boğaza yığmış, onun qənaəti get-gedə xəsisliyə çevrilmiş, bə’zi çatışmayan əxlaqi və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dardüşüncəli, özbaşına, çox şəkk edən və nankor adam idi. Buna görə də, heç kimə e’timad etmir, onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiyləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından, kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali, hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi, çox acı nəticələrə səbəb oldu.”
     
     
    Kitabın adı: İmam Muhəmməd Baqir əleyhissəlamın həyatı

     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.