196. Silah
951. Silah düzəltməyin mukafatı
3061. Allahın Peyğəmbəri (s):«Allah-taala bir döyüş oxuna görə 3 nəfəri Cənnətə aparacaq: onu xeyir niyyətlə düzəldəni, onu atanı və bu oxu onun ixtiyarına verəni.»
952. Silah və xeyir
Qur‘an:
«Kafirlər sizin öz silahlarınızdan qafil olmadığınızı istəyirlər.»
Hədis:
3062. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı qılıncda və qılıncın kölgəsi altındadır. İnsanları qılıncdan qeyri bir şey islah etməz. Qılınclar Cənnət və Cəhənnəmin açarlarıdır.»
3063. Allahın Peyğəmbəri (s):«Cənnət qılıncların kölgəsi altındadır.»
3064. İmam Sadiq (ə):«Allah-taala öz Rəsuluna on il İslamı insanlara dil ilə təbliğ etməyi əmr etdi. Amma onlar bu dini qəbul etməkdən boyun qaçırdılar. Nəhayət, ona müharibə fərmanını verdi. Buna əsasən, xeyir qılıncda və qılıncın kölgəsindədir. Əvvəldə belə olduğu kimi, yenidən bir daha belə olacaq.»
953. Din düşmənlərinə silah satmağın qadağan olması
3065. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Ey Əli! Bu ümmətdən 10 nəfər böyük Allaha qarşı küfr edəndir: ……. hərb əhli (müsəlmanlarla muharibə edən düşmənlərə) silah satan şəxs.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild