93. Müharib
490. Müharib
Qur‘an:
«Allah və Onun Rəsulu ilə müharibə edənlərin, yer üzündə fəsad törətməyə çalışanların cəzası öldürülmək ya dar ağacından asılmaq, ya əlləri və ayaqları biri soldan, biri də sağdan kəsilmək, yaxud da öz vətənlərindən sürgün olunmaqdır.»
Hədis:
1479. Allahın Peyğəmbəri (s):«Başqalarının üzərinə qılınc çəkənin qanı hədərdir.»
1480. İmam Əli (ə):«Oğru müharibi (yəni, əlində silah oğurluqla məşğul olan kəsi) öldür və narahat olma, onun qanı mənim boynumadır.»
1481. «Dəaimul-İslam»:«Əmirəl-mömininin yanına bir müharib gətirdilər. O Həzrət (ə) müharibi diri-diri dar ağacından asmağı əmr etdi. Bunun üçün üzü qibləyə bir (dar) ağacı qurdu və həmin müharibi arxası ağaca, üzü isə camaata və qibləyə tərəf dar ağacından asdı. Onun cəsədi üç gün dar ağacından asılı qaldı. Üç gündən sonra onu aşağı salmağı əmr etdi və namazını qılıb dəfn etdi.»
1482. İmam Baqir (ə):«Gecə vaxtı özü ilə silah gəzdirən kəs müharibdir, yalnız heç bir şəkk-şübhə yeri olmayan şəxsdən başqa.»
1483. İmam Sadiq (ə) müharibin sürgun olunması barədə sualın cavabında buyurub: «Şəhərdən sürgün edilər.Əmirəl-möminin (ə) iki kişini Kufədən başqa yerə sürgün etdi.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild