Xəndək müharibəsində bəhanə
Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir. Dinimizə görə, canı qorumaq vacibdir. Amma cihad zamanı hətta canı belə qorumaq vacib deyil. Deməli, bu barədə olan heç bir üzr və bəhanələr düz deyil. Və yaxud müharibə zamanı bə’zi şəxslər evlərinin təhlükəli bir ərazidə olduğunu bəhanə edərək döyüşdən yayınırlar. Guya evlərini pis adamların şərindən qorumaq üçün evdə qalırlar. Belə üzrlər bə’zi şəxslər tərəfindən Xəndək müharibəsində (hicrətin beşinci ilində) baş verdi. Bə’zi pis adamlar müharibədən boyun qaçırmaq üçün deyirdilər: «Bizim evimiz möhkəm deyildir. Ona xəsarət dəyə bilər». Amma İslam Peyğəmbəri (s) onların bu bəhanəsini rədd etdi.
"Əhzab» surəsinin 13-cü ayəsində oxuyuruq:
وَيَسْتأْذِنُ فَرِيقُ مِنْهُمْ النَّبِيَّ يَقُولُونَ اِنَّ بُيُوتَنا عَوْرَةٌ وَما هِيَ بِعَوْرَة اِنْ يُرِيدُونَ اِلاّ فِراراً
«Bə’ziləri də «evimiz düşmən üzünə açıq qalmışdır» deyərək, Peyğəmbərdən (s) icazə istəyirdilər. Halbuki, evləri açıq deyildi; onlar ancaq müharibədən qaçmaq istəyirdilər»
Təbuk müharibəsində daha bir gülməli bəhanə
Cədd ibn Qeys adlı bir münafiq müharibəyə getməmək üçün bəhanə gətirərək Peyğəmbərə (s) dedi:
«İcazə ver, bu müharibədə iştirak etməyim. Çünki mənim qadınlara qarşı istəyim çoxdur. Xüsusilə də qorxuram ki, rum qızlarını görəndə ağlım başımdan çıxa və onlara aldanam. Bu da məni öz müqəddəs vəzifəmdən ayıra bilər».
Bu gülməli bəhanəni rədd etmək üçün «Tövbə» surəsinin 49-cu ayəsi nazil oldu. Ayədə oxuyuruq:
وَمِنْهُمْ مَنْ يَقُولُ اِئْذَنْ لِي وَلا تَفْتِنّي اَلا فِي الْفِتْنَةِ سَقَطُوا وَاِنّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكافِرِينَ
«Onlardan eləsi var ki, «mənə izn ver, fitnənin qurbanı eləmə» söyləyir. Beləsi artıq fitnənin qurbanıdır və cəhənnəm kafirləri hər tərəfdən əhatə edibdir».
Yə’ni belə xarab adamlar günaha bulaşmasınlar deyə, müharibəyə getməkdən boyun qaçırırlar. Lakin onlar indidən günaha bulaşıblar. Çünki onlar Allahın düşmənə qarşı mübarizə fərmanına e’tina etmirlər. Görəsən, belə bəhanələrlə Allahın qəti fərmanı ilə müxalifət etmək olarmı?
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti