Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mərhum Kuleyni "Rövzeyi-Kafi” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edir:
Bir abid öz ibadəti ilə İblisin qəddini qırmışdı. İblis şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla məsləhətləşdi. Şeytanlardan biri abidi namazdan uzaqlaşdırmağa söz verdi.
Həmin şeytan abidin sovməəsinə gəlib aramsız ibadətə başladı. Fürsət düşən kimi abid ondan bu mö`minliyin səbəbini soruşdu. Şeytan dedi: "Mən günaha yol verdiyim üçün bu günahın qorxusundan ibadətdən yorulmuram.” Şeytandan məsləhət alan abid daha yaxşı ibadət etmək üçün sadəlövhcəsinə günah etmək qərarına gəldi.
Günahkarlığı ilə tanınmış qadın abidi günahkarlar məhəlləsində görüb onun şeytana aldandığını anladı. Ona yaxınlaşıb dedi: "Ey abid! Qayıt səni bura göndərənin yanına. Əgər tapmasan, bil ki, şeytandır.”
Abid geri qayıdıb öz günah məsləhətçisini tapa bilmədi. Onu günahdan çəkindirmiş qadına dua etdi. Günahkar qadın həmin gecə dünyasını dəyişdi. Allah-Taala o dövrün peyğəmbərlərinə belə vəhy etdi: "Camaatla birgə o qadını dəfn et. Mənim bir bəndəmi hidayət etdiyi üçün onun bütün günahlarını bağışladım.”
Haqdan işıq düşdü, yola düzəldik,
Düzü göstərdilər, əyrini bildik.
Sovməələr gəzdik haqq sorağında,
Könül şərdən qopdu pir işığında.
Gəzdik qapı-qapı bilik şəhərin,
Ayıldıq mehində erkən səhərin.
Ətirli güllərin səfasın görüb,
Hər eşq ağacından bir meyvə dərib,
Nəhayət ki, çatdıq vüsal çağına,
Girdik mə`rifətin eşq otağına.
Tövhid şərbətindən içib ayıldıq,
Hüzurunu görən anda bayıldıq.
Saflığın sevgisi diriltdi ruhu,
Tanıdıq qüdrətli, şəriksiz şahı.
Allahın insana əta etdiyi böyük ne`mətlərdən biri də dildir. Dilin savabları böyük olduğu kimi, günahları da böyük və ağırdır. Ariflər deyirlər: "Dilin çəkisi az, günahı isə ağırdır.”
Böyük mühəddis Molla Möhsün Feyz Kaşani "Məhəccətül-bəyza” kitabında buyurur: "Dil iyirmiyə yaxın böyük günaha qadirdir: qeybət, böhtan, sözgəzdirmə’ istehza, şayiə yayma, yalan, söyüş, təhqir və s.”(6-190).
Qur`ani-Kərimdə dilə yalnız on növ söz danışmağa icazə verilmişdir. Bu çərçivədən çıxan insan şeytana bəndə olur:
1. "Həsən” danışıq, yə`ni xalqla xoş danışıq.
2. "Əhsən” danışıq, yə`ni insanları Allah tərəfə də`vət.
3. "Ədl” danışıq, yə`ni məhkəmədə doğru şəhadət.
4. "Sidq” danışıq, yə`ni cəmiyyətdə mö`minlərin xeyrinə və düz danışıq.
5. "Kərim” danışıq, yə`ni ata-ana ilə xoş danışıq.
6. "Ləyyin” danışıq, yə`ni insanları yaxşıya əmr edib, pisdən çəkindirən vaxt mülayim danışıq.
7. "İman” danışıq, yə`ni Allahın birliyi və peyğəmbərliyin iqrarı.
8. "Sədid” danışıq, yə`ni hər zaman savab danışıq.
9. "Mə`ruf” danışıq, yə`ni yetimlər və ailəyə nəvaziş.
10. "Bəliğ” danışıq, yə`ni nəsihətli, natiq danışıq.
Bu çərçivəni gözləyən insanın mükafatı yalnız Allaha bəllidir. Biz yalnız əhsən «danışıq» haqqında söhbət edəcəyik. Həzrəti Peyğəmbər (s) Həzrət Əlini (ə) Yəmən camaatının hidayəti üçün göndərdiyi vaxt ona buyurur: "Ya Əli (ə)! Bir şəxsi haqqa də`vət etməyincə onunla vuruşma.”
Namaz qılmaq, Qur`an qiraət etmək, Əhli-beyt dualarını onların şərtlərinə əməl etməklə oxumaq, deyilən on şərt daxilində danışmaq Allahın zikrləridir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |