![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
İmam Baqir (ə) nəql edir ki, Həzrət Musa (ə) Allaha belə ərz etdi: "Hansı bəndəni daha çox düşmən tutursan?” Allah-Taala buyurdu: "Gecəni murdar (leş) kimi yataqda qalıb, gündüzü bekarçılıqla keçirən.”
Həzrət Əli (ə) buyurur: "Yuxu pis düşməndir. Qısa ömrü bada verər, çox mükafatları puça çıxarar.”
Ya Rəbbi, könlümə eşq ilə can ver,
Ağıl bir ox, könülsə quş, kaman ver.
Eşq olmasa müqəvvadır bu bədən,
Sevən cana göylər olası həmdəm.
O qüdsi hüzura qaldır qəlbimi,
Eşq nəsimi titrətsin yarpaq kimi.
Qurtulum bu cismin dörd divarından,
Mə`şuq özü razı qalsın yarından.
Qurtar düşmən buxovundakı yarı,
Yoxsa od tutub yanası məzarı.
İçir eşq şərbətin üqbanı görsün,
Hicran atın uca yerlərə sürsün.
Demə yetər, hələ canda çox iş var.
Dar gəlir əynimə dünya libası,
Gözləyirəm fələkdən eşq əbası.
Dünya sevən könlü tutası deyil,
Ha bəzənə qəlbə yatası deyil.
İslamın bəyənmədiyi ünsiyyətlərdən çəkinmək, haram tikədən imtina etmək, çox yeməkdən və çox yatmaqdan pəhriz etmək əzalara güc verir. Bu qüvvə fəzasında göz yalnız haqqı görür, qulaq yalnız haqqı eşidir, dil yalnız doğrunu danışır. İnsanın ruhu və cismi böyük eşqlə ibadət və xalqa xidmətə sə`y göstərir.
Dünyanın cazibəsindən çıxa bilməyən insanlar ibadət və bəndəliyin həqiqi dəyərini dərk etməkdə acizdirlər. Həqiqi ibadət insanı kamilləşdirir, onu Behiştə qovuşdurur.
Həzrət Peyğəmbər (s) buyurur:
"Xalqın ən üstünü o kəsdir ki, ibadəti sevə’ onu ağuşuna ala, qəlbən ona bağlana, bədəni ilə yerinə yetirə ibadətdən ötəri bütün məşğuliyyətlərdən ayrıla və dünyadan çətin, ya asan keçməkdən qorxmaya.”
"Sizin Allahınız buyurur: "Ey Adəm övladı! Mənə ibadətdən ötəri bütün işlərini saxla ki, qəlbinı ehtiyacsızlıq və iki əlini ruzi ilə doldurum! Məndən uzaqlaşsan, qəlbini möhtaclıq, iki əlini işlə dolduraram!”
"Me`rac gecəsi Allah-Taala buyurur: "Ey Əhməd!Bilirsənmi insan nə vaxt mənə bəndə olur?” Həzrət ərz etdi ki, bilmirəm. Allah-Taala buyurur: Onda yeddi xasiyyət toplandıqda: onu haramdan saxlayan təqva, onu faydasız şeylərdən hifz edən sükut, göz yaşını artıran qorxu, xəlvətdə Məndən çəkindirən həya, zərurət qədərində yemək, Mənim dünya ilə düşmənliyimə xatir dünya ilə düşmənçilik, Mən sevdiyim üçün yaxşıları sevmək.”
Rəvayətə görə Allah-Taala bə`zi səmavi kitablarda buyurmuşdur: "Ey Adəm övladı, mən ölüm bilməyən diriyəm. Sən əmrlərimə itaət et ki, səni də ölməyən diri qərar verim.”
Ey Adəm övladı! Mənim "ol” dediyim şey dərhal olur. Mənə bəndəlik et ki, səni də belə qərar verim, "ol” dediyin şey dərhal olsun.”
Rəvayətlərdə ən üstün ibadətlərdən bə`ziləri sadalanır: "Allaha mə`rifət, təvazö’, Onun qüdrəti haqqında düşüncə "la ilahə illəllah” və "la həvla və la qüvvətə illa billah” demək, ixlas, mö`minin haqqını ödəmək, sükut, həcc, oruc, dua, haramdan çəkinmək, gizli ibadət, mehriban danışıq, Əhli-beytə sevgi və itaət.”
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |