111.Qəza və qədər barədə qocanın sualına cavab
Əsbəğ ibni Nəbbatə deyir: Siffeyn müharibəsindən sonra İmam Əli (əleyhissalam) Kufəyə qayıtdı və bir ümumi məclisdə əyləşdi ki, əshabı da orada idilər.
Birdən bir qoca kişi yaxın gəlib və o Həzrətin qabağında iki dizi üstündə əyləşdi. Həzrətlə hal-əhval tutduqdan sonra sual etdi: «Ya Əmirəl-Mö`minin! Bizim Siffeyn cəbhəsinə gedib qayıtmağımız məgər Allahın qəza və qədəri əsasında idi?»
İmam cavabında buyurdu: «And olsun o Allaha ki, dənəni yardı, dünyanı və canları yaratdı. Biz Allahın qəza və qədəri olmadan nə bir addım atmadıq, nə də mənzil etmədik.»
Qoca kişi dedi: «Elə isə bu yolda çəkdiyim zəhməti Allahın hesabına qoyum və daha heç bir savabım olmayacaqdır?»
İmam buyurdu: «Sakit ol! Allah bu səfərdə bizə böyük imkanat əta etmişdir. İstər cəbhəyə getməkdə, istərsə də qayıtmaqda və siz məcbur deyilsiniz.»
Qoca kişi dedi: «Axı bizi qəza və qədər» hərəkətə gətirdi?!
İmam buyurdu: Vay olsun sənə, bəlkə sən güman edirsən ki, qəza və qədər dedikdə məqsəd icbari (hökm və hər şeyin qədərini, ölçüsünü müəyyən edən) qəza və qədərdir? Əgər belə olarsa, ilahi və`də və əzab, savab və cəza əbəs olar. Allah taala insana ixtiyar vermiş, onu müəyyən şeylərdən çəkindirmiş, müəyyən işlərə əmr etmiş; ona asan vəzifələr vacib etmiş, heç vaxt çətin və üzücü əməlləri görməyə vəzifəli etməmişdir. O, az əməl müqabilində çoxlu mükafat əta etmişdir. Heç vaxt bir kimsə icbar üzündən Ona qarşı üsyankarlıq etməmişdir, həmçinin, Ona itaət də icbar üzündən olmamışdır. O, asimani kitabları əbəs yerə nazil etməmişdir.
Sonra həzrət «Sad» surəsinin 27-ci ayəsini tilavətetdi:
«Bu əqidə kafirlərin gümanıdır, vay olsun kafirlərə Cəhənnəm odundan!»
Qəza və qədər Allahın əmri və göstərişi mə`nasındadır.
Sonra bu ayəni oxudu:
«Rəbbin fərman verib ki, Ondan başqa heç kəsə ibadət etməyəsiniz.» (" İsra" surəsi, 230-cu ayə)
(Buna əsasən qəza və qədər bə`zən hökm və əmr mə`nasındadır).
O, qoca kişi mətləbi anladıqdan sonra sevincindən ayağa qalxdı və İmam Əli (əleyhissalam)-ın mədhinə şe`rlər oxuyub getdi.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)