105.Üç suala cavab
İmam Əli (əleyhissalam) camaatı o qədər azad buraxmışdı ki, onların istədikləri vaxtda Həzrətdən sual soruşmağa icazələri var idi. Həzrət bə`zən onlara belə buyururdu: «Hələ aranızdan getməmiş suallarınızı məndən xəbər alın.»
Bir gün bir şəxs o Həzrətin hüzuruna gəlib soruşdu: Məgər Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm belə buyurmurdu?
«Saçlarınızın rəngini dəyişdirin və özünüzü yəhudiyə oxşatmayın?» (Saçlarınıza rəng və həna qoyun, nəinki yəhudi kimi rəngsiz və dağınıq olsun).
İmam buyurdu: Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu sözü İslam ardıcıllarının çox az miqdarda olduqları zaman buyurmuşdu. Bu gün isə İslam genişlənib və əmin amanlıq hökm sürür. Hər kəs istəsə öz saçını rəngləyə də bilər, rəngləməyə də bilər.
Başqa bir gün bir şəxs o Həzrətdən soruşdu: «Xeyir (yaxşılıq) nədir?!» İmam cavabında buyurdu: Xeyir, səadət sərvət və uşaqlarının artmasında deyil, xeyir və səadət elm, helmin (səbirin) artımındadır. Eləcə də xeyir və səadət Allha pərəstiş xəttində addım atdığına görə etdiyin iftixardadır əgər yaxşı iş görsən Allaha şükr et yox əgər pis iş gördün onun dərgahından bağışlanmağını dilə. Bu dünyada yalnız iki adam səadətə yetişər.
1-Tövbəsi ilə keçmiş günahlarının bağışlanmasını istəyənlər.
2-Yaxşı iş görənlər.
Başqa bir şəxs o Həzrətə dedi: «Ya Əmirəl-mö`minin! Əgər saqqalına rəng və həna qoysaydın nə yaxşı olardı!»
İmam ona buyurdu:
Rəng və həna qoymaq gözəllik əlamətidir, lakin biz əzadarıq (O Həzrətin əzadarlıqdan məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehləti olub). Bəli İmam Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm matəmində həqiqətən əzadar idi. Belə ki, onun ayrılığından şam kimi yanıb əriyirdi. (Bax 69-cu dastana.)
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)