İmam Həsən (əleyhissalam) bir gün öz uşaqların və qardaşı uşaqların çağırıb onlara buyurdu:
"Sizin hamınız bu günkü cəmiyytin uşaqlarınsınız. Ümüdvarəm ki, sabahkı cəmiyyətin böyükləri olasınız. Elm öyrənin və bilik yolunda çalışın. Hər birinizin yaxşı hafizəsi olmasa, müəllimin dediklərini yazıb öz yanınızda saxlayın və lazım olan vaxtda onlara müraciət edin."
Bu hədisdə, İmam Həsən (əleyhissalam) övladlarında elm və bilik əldə etməyə qarşı məhəbbət oyatmaqdan ötrü qorxutmaq və hədələmək yolu ilə deyil, bəlkə də ən yaxşı mehribançılıqla onlarda bu işə qarşı məhəbbət icad edir. O da onlara,bu gün uşaq, sabah isə cəmiyyətin böyükləri olmalarını xatırlatmasıdır. Bu hədisdə istifadə olunan yol, bu günkü dünyanın tərbiyət və təlim məsələlərində ən yaxşı vətəsiredici yoldur. Hər bir ailə bu yolla eliyə bilər ki, öz uşaqlarını elm və bilik əldə etməyə sövq etsin və onlara yaxşı ümidlər versin. Bu zaman uşaqlar eşq və əlaqə ilə elm dalınca gedib, bilik əldə edərlər. Bu yolda heç bir güc və qarxutma vasitələrindən istifadə etməyə ehtiyac yoxdur.
Uşaq və böyüklərin istedadlarının ən yaxşı inkişaf yollarından biri yaşayış mühitinin azad olmasıdır. Zorakılıq və zülümkarlıq olan mühitdə sözsüz ki, inkişafdan söz ola bilməz. Əksinə, azad və sağlam mühitdə istedadlar açılır və inkişaf edir. Ona görə də İslam məktəbində hər nə qədər imkan varsa, müəllimə zor və gücdən istifadəyə icazə verilmir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bəşərin müəllimi idi. İbni Məsud nəql edir:
"Bir nəfərİslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir. Söz demək istədikdə, birdən qorxub dayanır. Həzrət buyurur: Qorxma! Mən şah deyiləm."(Mühəccətül-beyza.c.3..səh.366 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər kimin yanında uşaqı varsa, onun pərvərişində uşaq kimi olmalıdır!"(Töhəful-Uqul. Səh.264 )
Həzrət Əli (əleyhissalam) buyurur:
"Hər kimin uşaqı varsa, onun tərbiyəsindən ötrü özünü uşaq həddinə qədər aşağı salmalıdır!"(Qoftar Fəlsəfi.c.1.səh.405 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Allah rəhmət eləsin o ataya ki, öz uşığının yaxşı olub, xeyirxah kimi böyüməsində ona kömək olsun. Ona ehsan etsin, uşaqlıq dostu olsun və onu ədəbli alim kim yetişdirsin! "(Nəhl surəsi-43 )
Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uşağa ehtiramı
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)səfərdən qayıdarkən uşaqlarla rastlaşır. Onların ehtiramına görə dayanır və buyurur ki, uşaqları gətirin. Uşaqları yerdən götürüb Həzrətə verirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)bəzilərini qucağına, bəzilərini də çiyninə mindirir. Bu vaxt öz əshabına buyurur: Uşaqları qucağınıza alın və çiyninizə mindirin. Uşaq bu işdən həddən artıq xoşhal olar və şadlığından dərisinə sığmaz. Uşaqlar bu şirin xatirəni heç vaxt unutmazlar və çox vaxt bir müddət sonra bir yerə yığışıb bu şirin xatirəni bir-birnə söyləyərlər. Fəxrlənərək biri deyər ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) məni qucağına alıb. Səni çiyninə mindirmişdi. Başqası deyər: Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) öz əshabına buyurdu ki, səni çiyninə götürsün."(Məaric surəsi 24-25 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi