» » Günaha razı olmaq barədə hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6710

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6694

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 4

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Eylül 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Günaha razı olmaq barədə hədislər
    +5
    Müəllif: RuQeYyA | 7-03-2016, 19:00 | Baxılıb: 868
     
     Günaha razı olmaq barədə hədislər

    Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:
    1. İmam Əli (ə) buyurur:
    الرّاضِيُ بِفِعْلِ قَوْم كَالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَعَلى كُلِّ داخِل فِي باطِل اِثْمانِ، اِثْمُ الْعَمَلِ بِهِ، واِثْمُ الرّضِي بِهِ
    «Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:
    a). Pis iş görməyin günahı;
    b). Gördüyü pis işə razı olmasının günahı.»
    2. Ziyarətnamələrin bə’zisində, o cümlədən İmam Hüseynin (ə) "Ərbəin» ziyarətində belə oxuyuruq:
    وَلَعَنَ اللهُ اُمَةً سَمِعَتْ بِذالِكَ فَرَضِيَتْ بِهِ
    «Allah lə’nət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».

     Günahın və zülmün yayılmasına kömək etmək

    Günaha şərait yaradan ictimai amillərdən biri də günaha və zülmə kömək etməkdir. Çünki günahkara və zalıma etdiyi işdə kömək etmək onu öz yolunda daha da qüdrətli və sırtıq edir. Bu isə cəmiyyətdə günahın və zülmün çoxalmasına səbəb olur.
    Məsələn: Hicabsızlıq ictimai bir günahdır. Başqalarının hicabsızlığa imkan yaratması bu günahın adi bir şəklə düşməsinə səbəb olacaqdır. İslam dinində zülm və günahın yayılmasına kömək etmək qadağan olunub və bu barədə çoxlu xəbərdarlıq verilmişdir. Bu haqda olan bir neçə ayəni nəzərinizə çatdırırıq:
    1. «Maidə» surəsinin 2-ci ayəsində oxuyuruq:
    تَعاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوى وَلا تَعاوَنُوا عَلَى الاِْثْمِ وَالْعِدْوانِ
    «Yaxşı işlər və təqva yolunda bir-birinizlə həmkaralıq edin. Günah və düşmənçilik yolunda heç vaxt bir-birinizlə həmkarlıq etməyin».
    Həqiqətdə də belədir. Yaxşı işlərdə həmkarlıq olunsa və pis işlərdə həmkarlıqdan çəkinilsə, cəmiyyətdəki çətinliklərin çox hissəsi həll olar və çoxlu günahların qarşısı alınar.
    2. «Hud» surəsinin 113-cü ayəsində oxuyuruq:
    وَلا تَرْكَنُوا اِلَى الَّذينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النّارُ
    «Zalımlara meylinizi salmayın, yoxsa od tutarsınız».
    Yə’ni zalımlarla həmkarlıq etmək, dost olmaq və onların işinə qarşı razı olmaq günahdır. Onlardan uzaq olun və onlarla bütün əlaqəni kəsin.
    3. "Ən’am» surəsinin 68-ci ayəsində oxuyuruq:
    فَلا تَقْعُدْ بَعْدَ الذِّكْرى مَعَ الْقَوْمِ الظّالِمينَ
    «Diqqətli olduqdan sonra zalımlarla oturma».
    4. «İnsan» surəsinin 24-cü ayəsində oxuyuruq:
    وَلا تَطِعْ مِنْهُمْ آثِماً اَوْ كَفُوراً
    «Onlardan kafir və günahkar olan şəxsin sözünə baxmayasan.»
    Ümumiyyətlə, "sözünə baxma”, "sözünə baxmayın” və "tabeçilik etmə” kəlmələri gələn Qur’an ayələrində zalımlara və günahkarlara kömək etmək qadağan olunmuşdur.
    Bu barədə hədislərdə də geniş bəhs olunmuşdur. Burada bir neçə hədisə diqqət yetirək:
    1. İslam dinində bid’ət qoyan bir şəxsə ehtiram qoyan, onun üzünə gülən və yaxud ona sığınacaq verən hər hansı bir şəxs islam dininin məhv edilməsinə çalışır və belə bir adam Allahın rəhmətindən uzaqdır.
    2. Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tə’rifləsə və yaxud ona tə’zim etsə, onun (zalımın) zülmündə şərikdir. Cəhənnəmdə isə Hamanın (tarixdə cinayətkar bir şəxsdir) kənarında olacaqdır.
    3. Zalım padşahdan məvacib alan (yə’ni ona xidmət edən) şəxs qiyamət günü donuz sifətində məhşur olacaqdır.
    4. Zalım padşahın üzünə diqqətlə baxmaq böyük günahlardan hesab olunur.
    5. Zalım bir şəxsin padşah olmasına razı olmaq zülmə kömək etməkdir. Allahın lə’nəti də belə şəxsə şamildir.
    6. İslam düşmənlərinə silah satmağın günahı kafir olmaq həddindədir.
    7. Qiyamət günü zalımlara və onlara kömək edən şəxslərə, hətta zalımlara kağız-qələm hazırlayanlara belə xitab olunar: «Birlikdə cəhənnəmə daxil olun.»
    8. Zalım padşahın əmrini yerinə yetirən insan ən çətin əzabla cəhənnəmə daxil edilər.
    9. İslam Peyğəmbəri (s) şərab ilə əlaqədar 10 dəstəni lə’nətləmişdi. Bunlar aşağıdakılardır:
    1. Şərab düzəltmək məqsədilə üzüm əkən;
    2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan;
    3. Şərabı hazırlayan;
    4. Şərab içən;
    5. Başqalarına şərab verən;
    6. Şərab daşıyan;
    7. Şərab satan;
    8. Şərab alan;
    9. Şərab ticarəti ilə məşğul olan;
    10. Şərab alverində dəllallıq edənlər.
    10. İmam Riza (ə) uzaq yoldan gəlmiş iki qonaqdan birinə buyurdu: Sən namazını bütöv qıl! Çünki zalım padşahın görüşünə gəlmisən.» (Çünki günah işdən ötrü səfər etmiş şəxs namazını qəsr yox, bütöv qılmalıdır).
    11. Zalım padşahın sarayında Qur’an oxuyan şəxsə oxuduğu ayələrdəki hərfin hər birinə görə 10 dəfə lə’nət olunur. Eləcə də onun oxuduğu Qur’ana qulaq asan adama hər hərfinə görə 1 dəfə lə’nət olunur.
    Bu bəhsi tamamlamaq məqsədilə, İmam Sadiq (ə) və işindən peşman olmuş bir şəxs ilə bağlı əhvalata diqqət yetirək:
    Əli ibni Həmzə deyir:
    Yaxın dostlarımdan biri şiə olmağına baxmayaraq, Bəni-üməyyə xəlifələrindən birinin sarayında işləyirdi. Bir gün o, məni görüb dedi: «Mənə İmam Sadiqdən (ə) hüzuruna çatmaq üçün icazə al!» Mən onun üçün İmam Sadiqdən (ə) icazə istədim, həzrət də icazə verdi. Birlikdə İmamın hüzuruna çatdıq. Dostum salam verib, əyləşdikdən sonra İmama xitab edərək dedi: «Sənə qurban olum, mən Bəni-üməyyə xəlifələrindən birinin sarayında işçi idim. Bu işdən çoxlu sərvət yığdım. Lakin qiyamət gününün hesab-kitabından qafil idim. İndi nə edim?» (Peşman olmuşam.)
    İmam Sadiq buyurdu: "Əgər Bəni-üməyyə xəlifələrinin sarayında heç kim işləməsəydi, müsəlmanların xums və zəkatı onlara verilməsəydi, onları müdafiə etmək üçün vuruşan olmasaydı, onlar biz Əhli-beytin haqqını qəsb edə bilməzdilər. Bəni-üməyyənin belə sərvət yığması, camaatın onlara verdiyi mal-dövlətin nəticəsindədir».
    Dostum İmama ərz etdi:
    جُعِلْتُ فَداكَ فَهَلْ لِي مِنْ مُخورِجٌ مِنْهُ
    «Sənə qurban olum! Mənim üçün çıxış yolu varmı?»
    İmam buyurdu: «Sənin vəzifəni desəm, yerinə yetirərsənmi?»
    Dostum dedi: «Bəli».
    İmam (ə) buyurdu: «Bu yolla qazandığın bütün var-dövlətini araşdır. Sahibini tanıdığın malı sahibinə qaytar, tanımadığını isə Allah yolunda payla».
    İmam (ə) sonra buyurdu:
    وَاَنَا اَضْمُنُ لَكَ عَلَى اللهِ الْجَنَّةَ
    «Bunları etsən, sənin behşitə getməyinə zamin dururam».
    Dostum bir qədər fikirləşdikdən sonra İmama söz verdi ki, tapşırılan sözə əməl edəcək.
    Əli ibni Həmzə sözünün davamında deyir:
    Dostumla birlikdə Kufəyə qayıtdıq. O, Bəni-üməyyə sarayından yığdığı bütün sərvətini bir tərəfə topladı. Hətta geydiyi paltarını da əynindən çıxartdı. Biz onun bu sərvətini İmamın buyurduğu kimi xərclədik. Dostum özünə heç bir şey saxlamamışdı. Onun üçün bir dəst paltar alıb, evinə göndərdik. Bu hadisədən bir neçə ay keçmişdi ki, o xəstələndi, xəstəliyi çox ağır idi. Bir gün yanına gedib, onu can verən halda gördüm. Gözünü açıb mənə baxdı və dedi:
    «Ey Əli! Allaha and olsun! Sənin sərvərin (İmam Sadiq (ə)) öz və’dəsinə (behişt) əməl etdi». Bu sözü dedi və dünyasını dəyişdi. Onun dəfn mərasimindən sonra İmam Sadiqin hüzuruna getdim. İmam məni görəndə bu cümləni buyurdu:
    يا عَلِيُّ وَفا لِي وَاللهُ صاحِبُكَ
    «Ey Əli! Allaha and olsun ki, sənin dostuna verdiyimiz və’dəyə əməl etdik».
    Dedim: «Sənə qurban olum, düz buyurdun. Allaha and olsun dostum ölüm vaxtı bu xəbəri mənə vermişdi.»
     
     
    Kitabın adı: Günahşünaslıq
    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 7 Mart 2016 22:11 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun heqiqeten bu dunya muveqqetide olsa cox dolawiqdir bu dolma-dolawiq yollardan uzu-aq cixmaqimizda Allah bize yar olsun Allah gunahlarimizi baqiwlasin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 7 Mart 2016 21:14 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı. Allah bizləri haqq yoldan ayırmasın inşallah. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.