164.Südəmər dövr
818. Körpənin südəmər dövrü
Qur’an:
«Öz körpələrinə süd verməyi tamamlamaq istəyən analar, bütöv iki ili süd versinlər.»
Hədis:
2605. Allahın Peyğəmbəri (s):«Körpə üçün anasının südündən yaxşı süd yoxdur.»
2606. İmam Əli (ə):«Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə ona süd verənin təbiəti ilə inkişaf edir.»
2607. İmam Baqir (ə):«Öz körpənizə süd vermək üçün gözəl əxlaqlı dayə tutun və pis əxlaqlı dayələrdən çəkinin. Çünki süd (insanın xüsusiyyətlərini) keçirir.»
819. Nalayiq dayələr
2608. Allahın Peyğəmbəri (s):«Ağıldan kəm və göz xəstəliyinə tutulan qadınları dayəliyə götürməyin. Çünki süd öz tə‘sirini qoyur.»
2609. İmam Əli (ə):«Öz körpələrinizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın. Çünki süd öz tə‘sirini göstərir.»
2610. İmam Sadiq (ə):«Yəhudi və xaçpərəst dayənin südü, nasibi (Əhli-Beyt (ə) düşməni) dayənin südündən yaxşıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild