Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə "Harun, Harun, Harun” deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: "Məni tanıyırsan?” Bəhlul dedi: "Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan.” Harun ağladı və dedi: "Halımı necə görürsən?” Bəhlul belə cavab verdi: "Qur`ana bax, halını bil.” Sonra bu ayəni oxudu: "Şübhəsiz ki, yaxşılar Behiştə və şübhəsiz ki, pislər Cəhənnəmə göndərilər.” Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu: "Allah yalnız təqvalılardan qəbul edir.” "Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olsun?”–deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu: "Sur üfürüldüyü vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz.” Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşur. Bəhlul yenə Qur`an ayəsi oxuyur: "Həmin gün Rəhman olan Allahın icazə verdiyindən savayı digər şəfaət fayda verməz.”
Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var? Bəhlul deyir: - "Günahlarımı bağışla, məni Behiştə göndər.” Harun deyir: "Məndə belə bir güc yoxdur. Amma deyirlər borcun var, bəlkə borcunu ödəyim?” Bəhlul deyir: "Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə.” Harun başqa təklif edir: "Gəl, ömrünün sonunadək sənə maaş tə`yin edim.” Bəhlul yenə e`tiraz edir: "Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!”
Xəzinələr fəna, qənaət bəqa,
Biri sultan malı, o biri gəda.
"Əfəturakə subhanəkə ya İlahi vəbihəmdikə təsməu fiha səvtə əbdinmuslimin sucinə fiha bimuxalifətihi vəzaqə tə`mə əzabiha bimə`siyətihi, vəhubisə bəynə ətbaqiha bicurmihi vəcərirətihi, və huvə yəziccu iləykə zəcicəmuəmmilin lirəhmətikə və yunadikəbilisani əhli təvhidikə və yətəvəssəluiləykə birububiyyətikə”
("Səni beləmi tanıyırlar, ey mənim mə`budum?! Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim mə`bud, Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidirsən ki, Səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadıb, cinayətlərinə görə Cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tovhid əhlinin dili ilə nida edir, Sənin rübubiyyətinə doğru vasitə axtarır.”)
Ayə və rəvayətlərdə Cəhənnəm səhnəsinin ağrı-acıları haqqında eşidən bəsirət sahiblərinin bədəni lərzəyə gəlir, qəlblərini qorxu bürüyür. Onlar bu sıxıntıdan qurtulmaq üçün Allaha pənah aparır, ilahi qadağalardan çəkinir, hətta bə`zən həyəcandan dünyalarını da dəyişirlər.
İmam Sadiq (ə) nəql edir ki, bir gün Kufədə Səlmanın yolu dəmirçilər bazarından düşür. Özündən getmiş bir gəncin başına camaatın toplaşdığını görür. Səlmana deyirlər ki, bir dua oxu, bəlkə ayıldı. Səlman gəncin başı üstə durub onun ayılmasını gözləyir. Oğlan özünə gəldikdə Səlmanı görüb deyir: "Mənim haqqımda bir söz desələr, düz deyil. Dəmirçilərin çəkic səsini eşidib "Günahkarlar üçün dəmirdən gürzlər var” ayəsini xatırladım və əzab qorxusundan huşumu itirdim.”
Səlman dedi: "Sən mənə din qardaşı olmağa dəyərsən.” Bu hadisədən sonra Səlman bu oğlanla rəfiq oldu.
Bir gün oğlan xəstələndi. Səlman can verən dostunun başı üstə oturmuş və deyirdi: "Ey ölüm mələyi, qardaşımla müdara et, yaxşı keçin.” Cavab gəldi: "Mən bütün mö`minlərlə müdara əhliyəm.”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |