BƏHLULUN XƏLIFƏ ILƏ HAMAMA GETMESI
Belə nəql edirlər ki,bir gün xəlifə Harun Bəhlul Danəndə ilə hamama gedir.
Xəlifə özünə qürurlanaraq belə deyir:
-Əgər mən nökər olsaydim,məni neçəyə alardilar?
Bəhlul çəkinmədən belə cavab verir:
-Əlli dinara.
Xəlifə əsəbi halda deyir:
-Divanəsən ki,divanə.Ağlin yoxdur heç olmazsa,gözünü yaxşi açib mənə bax gör ki,mənim belimə bağladiğim şalin qiyməti əlli dinardir.
Bəhlul sakit bir tərzdə deyir:-Sultan sağ olsun.Elə mən sənin belinə bağladiğin şalin qiymətini dedim,yoxsa xəlifənin heç bir qiyməti yoxdur..