» » Şəhvət qulunun faciəli sonu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəhvət qulunun faciəli sonu
    +10
    Müəllif: Yusifi Zehra | 26-03-2015, 19:00 | Baxılıb: 3 041
     
    Şəhvət qulunun faciəli sonu
     
    Həzrət Musa (ə) sitəmkarların diyarını fəth etmək qərarına gəlmişdi. O, Yuşə ibn Nun və öz kürəkəni Kalib ibn Yufnanın başçılığı altında böyük bir qoşunu həmin şəhərlərə göndərdi. Qoşun şəhərin mərkəzinə çatanda, yerli camaat Lut peyğəmbərin nəslindən olan Bələm Bauranın yanına gedib dedilər:
    "Musa (ə) bizi bu şəhərdən çıxarmaq üçün böyük bir qoşun göndərmişdir. Bu hücumun qarşısını almaq üçün onlara nifrin etməyi səndən xahiş edirik.”
    Bələm Baura, "İsmi-Əzəmi” çox gözəl bilirdi. O, üzünü ətrafına toplaşan camaata tutub dedi: "Möminlərin və mələklərin Musanın (ə) ətrafına toplaşdığı bir halda Allah peyğəmbərinə necə nifrin etmək olar?”
    Şəhər camaatı öz dediklərindən əl çəkmir, Bələm Baura isə onların xahişini rədd edirdi. Axırda şəhər ağsaqqallarından bir neçə nəfər qiymətli hədiyyələrlə Bauranın arvadının yanına gedib, ərini (Bauranı) bu işə (Musaya (ə) və onun qövmünə nifrin etməyi) razı salmağı xahiş edirlər. Qadın gətirilən hədiyyələri qəbul edib bu işə əncam qılacağını söz verir.
    Bələm Bauranın arvadı öz ərinə bu haqda söz açanda o yenə də razı olmadı. Arvadının əl çəkməyəcəyini görən Baura Allahla məşvərət (istixarə) etmək qərarına gəlir və Allahdan bu işdə ona yol göstərməsini istəyir. Yuxuda ona bu işi görməyi (nifrin etmək) qadağan edirlər. Baura istixarəsinin cavabını arvadına deyəndə qadın əl çəkməyib ondan ikinci dəfə istixarə etməsini istəyir. Amma Bələmin ikinci istixarəsi cavabsız qalır.
    Sonda arvadının yağlı dilinə aldanan Baura bu işi görməyə razılıq verir. Bələm eşşəyə minib Musa (ə) və onun qövmünə nifrin etmək üçün Bəni-İsrail yaşayan məntəqəyə yaxın olan dağa üz tutdu. Dağa yaxınlaşdığı vaxt eşşək yerindən tərpənmir. O, zavallı heyvanı o ki, var döyür. Eşşək bir az yol gedib yenə də dayanır. Bələm üçüncü dəfə eşşəyi döyəndə Allah-təala dilsiz heyvanı dilə gətirib danışdırır:
    "Vay olsun sənə ey Bələm! Məgər görmürsənmi ki, mələklər məni geri qaytarır?”
    Zavallı heyvan elə oradaca ölür. Bələm isə piyada yoluna davam edir. Bəni-İsrail yaşayan məntəqəyə çatdıqda Musa (ə) və onun qövmünə nifrin etmək istədi. Amma dilinə duadan başqa bir kəlam gəlmədi. Əksinə, öz şəhər camaatına dua etmək istəyəndə dilinə ancaq nifrin gəldi. Ondan bu haqda soruşanda belə cavab verir: Allah-təala bizi imtahana çəkməklə alçaltdı. Elə bu vaxt susuz itlər kimi dili çölə sallandı. O, bu görkəmindən də ibrət almayıb dedi:
    "Artıq dünya və axirətim əldən getdi. İndi isə hiyləgərlikdən başqa çıxış yolu yoxdur.” Onun əmrilə şəhərin bütün qadınlarını zinət əşyalarıyla bəzəyib, alış-veriş adıyla Həzrət Musanın (ə) qoşununa tərəf göndərdilər. Həmçinin, qadınlara onlarla cinsi əlaqədə olmaq istəyən əsgərlərə mane olmamaq tapşırığı verilmişdi. Bələmin dediyinə görə əgər Musanın (ə) qoşunundakı əsgərlərdən heç olmasa biri zina etsə, bu onların sonu demək idi.
    Bələmin tapşırığıyla qadınlar qoşunun içə-risində gəzib dolaşmağa başladılar. Züməri ibn Məşlum həmin qadınlardan birini Musanın (ə) yanına gətirib deyir:
    "Belə fikirləşirəm ki, bu qadınla yaxınlıq etməyin mənə haram olduğunu deyəcəksən. Amma and olsun Allaha, bu işdə sənə itaət etməyəcəyəm.” Sonra həmin qadını öz xeyməsinə aparıb onunla yaxınlıq edir.
    Bu günahın (zina) əvəzində Allah-təala Musanın (ə) qoşununu taun xəstəliyinə düçar etdi. Musanın qoşununa rəhbərlik edən Harun oğlu Fənhas ibn İzar həmin vaxt orada olmamışdı. Qayıdarkən qoşundakı bütün əsgərlərin ölümcül taun xəstəliinə tutulduğunu görən Fənhas ibn İzar bunun səbəbini soruşanda, baş verənlər haqqında ona danışırlar. O, çox qeyrətli və şücaətli bir adam idi. Zumərinin xeyməsinə gedəndə artıq onun (Züməri) həmin qadınla qanunsuz yaxınlıq etdiyini görür. Fənhas onların hər ikisini bir nizə ilə öldürür.
    Həmin saata qədər Musanın (ə) qoşunundakı 20 min əsgərin bu xəstəliyə yoluxaraq ölməsinə baxmayaraq, Zumərinin ölümündən sonra taun tamamilə aradan gedir. Allah-təala Bələm Baura haqqında bu ayəni nazil etdi:
    "Onlara öz sirlərimizi (İsmi-əzəmi) öyrətdiyimiz adamın əhvalatını danış ki, bizim itaətimizdən çıxdığı üçün verdiyimizi ondan geri aldıq və şeytan onu tamamilə yolundan azdırdı.”("Biharül-ənvar”, 13-cü cild, səh. 373.)
    Həzrət İsa (ə) buyurmuşdur: "Naməhrəm qadınlara baxmaqdan pərhiz edin (çəkinin). Çünki bu əməl şəhvət odunun alovlanmasına və sonda insanın həlakət uçrumuna yuvarlanmasına səbəb olur.("Mizanul-hikmət”, 10-cu cild, səh. 71.)
     
    Kitabın adı: İbrət güzgüsü
    Müəllif: Məlahət Əsədova

     
     
    Bölmə: Hekayələr
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 26 Mart 2015 20:36 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun bacı. Maraqlı idi

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 26 Mart 2015 19:46 | Redaktor | Şərh yazdı
    Allah senden razi olsun baci cox maraqliydi ellerine sagliq cox sag ol bacim.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.